Menyu
spacer


spacer
spacer
spacer spacer
spacer spacer
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
İtaliya Ronaldoya kabus oldu
Hücumçunun "Milan"dakı erası demək olar ki başa çatdı
İtaliyanın "Milan" klubunun "Real"dan böyük ümidlərlə aldığı braziliyalı hücumçusu Ronaldo yenə sıradan çıxıb. İtaliya A seriyasının 22-ci turunda "Siena" ilə keçirilən matçda forvard yenə zədələnib. Kaka və Patunun yoxluğunda meydana çıxan hücumçu istəyinə çatmayıb. Yenicə zədəsini sağaldan Ronaldonun əzələsi yenə dartılıb və meydançanı tərk edib.
   
   Tibbi müayinədən keçdikdən sonra həkimlər bildiriblər ki, zədə ciddidir və onun tezliklə meydanlara qayıtması mümkün deyil. Madriddən Milana gəldikdən sonra zədə üzündən meydanlara gec-gec çıxan forvard Çempionlar Liqasının 1/8 finalında "Arsenal"la keçiriləcək matçda hazırlaşdığı halda başına iş gəlib. Həkimlər onun zədəsinin gec sağalacağını da deyiblər. Bu isə o deməkdir ki, Ronaldonun "Milan"dakı karyerası başa çatır. Yəni klubun rəhbərliyi futbolçu ilə yeni müqavilə bağlamayacaq. Mövsümün sonunda müqaviləsi başa çatacaq Braziliya yığmasının sabiq hücumçusu transferə çıxarılacaq. Çünki stabil oyun nümayiş etdirə bilməyən futbolçu "Milan"da qala bilməz. Bu barədə "rossonyerlər"in prezidenti Berluskoni də açıqlama verib. O bildirib ki, Ronaldonun yerinə hansı futbolçu da olsa, komandada qalması düzgün deyil. Çünki "Milan"ın hədəfləri böyükdü və komandaya əsl formada olan futbolçu lazımdı. Yayda Ronaldo hətta sərbəst agent kimi də istədiyi kluba transfer oluna bilər.
Terri meydanlara qayıdır
"Çelsi"nin kapitanı bu ay forma geyinəcək
Londonun "Çelsi" klubunun kapitanı Con Terri yenidən yaşıl meydanlara qayıdır. Artıq müdafiəçi zədəsini tam sağaldıb. Bu barədə dünən komandanın baş məşqçisi Avraam Qrant və futbolçunun özü məlumat verib.
   
   Baş məşqçi bildirib ki, Terri artıq komanda ilə birgə məşqlərə başlayıb. Həkimlər isə ona hələ oynamağa icazə vermirlər. İngiltərə yığmasının futbolçusu isə oynamaq istəyir. Mətbuata açıqlama verən Terri bildirib ki, dekabr ayından meydanlara həsrətdi. Artıq bu həsrətə son qoymaq istəyir. "Mən özümü artıq rahat hiss edirəm. Zədəm məni incitmir. Baş məşqçi icazə versə, oynayacam".
"Verder" 30 milyona razı olmadı
Diequ "Yuventus"a baha satılacaq
Almaniyanın "Verder" klubu braziliyalı pleymekeri Diequnu "Yuventus"a satmaq istəyir. Amma "qoca sinyora"nın təklifi qəbul edilməyib.
   
   Keçən həftə 30 milyon avroya razılıq verən Bremen klubu dünən fikrindən daşınıb. Klubun rəhbərliyi bəyan edib ki, Diequnun transferi 30 milyona gerçəkləşməyəcək. Ancaq Turin klubu bəyan edib ki, futbolçu komandasından yayda ayrılmağa razıdı. Buna görə də transferə 30 milyon avro kifayət edər. "Verder"in menecerləri ilə görüşdə qərara alınıb ki, transferlə bağlı danışıqlar yayda davam etdirilsin.
Azarkeşlər artıq Oueni bəyənmir
Kiqan isə Mayklın qalmasını arzulayır
İngiltərənin "Nyukasl" klubunun hücumçusu Maykl Ouen komandasını yayda tərk edə bilər. Çünki zədəsini yenicə sağaldıb yaşıl meydanlara qayıdan forvard əvvəlki kimi oynaya bilmir.
   
   Buna görə də artıq "sağsağanlar"ın fanatları Oueni bəyənmir. Komandanın yeni baş məşqçisi Kevin Kiqan isə bildirib ki, bu, futbolçudan asılı olan məsələ deyil. "Ouen uzun müddət zədəli qaldı. İndi o, komandasına qoşulub və əvvəlki kimi oynaya bilmir. Azarkeşlər də buna görə onun komandadan getməsini istəyirlər. Ancaq mən düşünürəm ki, Ouenə vaxt lazımdı. Əgər komandada qalsa, düzələcək" deyən baş məşqçi forvarda komandada qalmağı məsləhət bilib.
"Real" Robinyonu itirdi
Hücumçunun nə zaman sağalacağı bilinmir
Madridin "Real" klubu indi də hücumçusu Robinyonu itirib. İspaniya Premyerosunun növbəti turunda "Valyadolid" klubu ilə qarşılaşan "kral klubu" rəqibin qapısına qol "yağdırıb".
   
   Madrid klubu "Valyadolid"in qapısından 7 cavabsız top keçirib. Bu matçın 14-cü dəqiqəsində isə komandanın braziliyalı hücumçusu Robinyo sıradan çıxıb. Topuğundan zədə alan forvard yerini Drenteyə verib. Hələlik hücumçunun nə qədər zədəli qalacağı bilinmir.
AFFA-nın prezidenti kim olacaq?
Namizədlərin qeydiyyatı davam edir
AFFA-nın İcraiyyə Komitəsinin 29 yanvar 2008-ci il tarixli iclasının qərarına əsasən, prezident seçkiləri ilə əlaqədar növbədənkənar konfrans bu il martın 14-də saat 11:00-da assosiasiyanın inzibati binasında keçiriləcək.
   
   Prezidentliyə namizədlər yanvarın 30-dan başlayaraq martın 4-nə qədər qeydiyyatdan keçə bilər. Hər bir namizəd ən azı AFFA-nın bir üzvü tərəfindən təklif olunmalıdır. Qeyd edək ki, bütün namizədlər Azərbaycan Respublikasının vətəndaşı olmalı, AFFA üzvlərinin və ya dolayı üzvlərinin birində, yaxud FİFA üzvünün və onun öz üzvlərinin hər hansı tanınmış futbol orqanı daxilində aktiv fəaliyyət göstərməlidir.
Əcnəbilər "Qalatasaray"a problem yaradır
Baş məşqçi Feldkamp onları ehtiyatda saxlayacaq
İstanbulun "Qalatasaray" klubunda vəziyyət düzəlir. Artıq komandanın zədəli futbolçuları sağalıb. Eyni zamanda Afrika Kubokunda iştirak etməyə yollanan Riqober Sonq və yeni transfer olunan Barusso İstanbula dönüb.
   
   Braziliyalı yarımmüdafiəçi Linkoln isə son turda "Vestel Manisaspor"la keçirilən matçda meydana çıxıb. Komandada bu cür vəziyyətin yaranması baş məşqçi Feldkampı çətinə salıb. Çünki heyətdə forma geyinən türk futbolçular əla oyun sərgiləyirlər. Bu səbəbdən də Feldkamp UEFA Kubokunda Leverkuzenin "Bayer" klubu ilə keçiriləcək matçda əcnəbi futbolçuları ehtiyatda saxlamaq fikrindədi. Bu barədə baş məşqçi artıq rəhbərliyə də məlumat verib.
"Beşiktaş" razılıq alıb
"Kayserispor" Mehmet Topuzu 11 milyona satacaq
İstanbulun "Beşiktaş" klubu yayda heyətinə daha bir futbolçu cəlb edəcək. Bu, "Kayserispor"un yarımmüdafiəçisi və Türkiyə yığmasının futbolçusu Mehmet Topuzdur.
   
   Hər iki klubun prezidentlərinin görüşündə razılıq əldə olunub. "Qara qartal"ın prezidenti Yıldırım Dəmirörən bildirib ki, "Fənərbaxça" Kayseri klubuna bundan öncə təklif edib. "Sarı-lacivərdli"lər Gökhan Ünal və Mehmet Topuza görə 12 milyon dollar ödəməyə hazır olduğunu bəyanlayıb. Onlar isə təkcə Topuza görə 11 milyon avro təklif ediblər. "Kayserispor"un rəhbərliyi isə mövsümün sonunda müqavilənin bağlanacağını söyləyib.
Canlı sədd yığışdırılsın
Pele qaydaları dəyişmək istəyir
Dünya futbolunun əfsanəsi Pele yeni qaydalar fikirləşib. Braziliya yığmasının unudulmaz isimlərindən biri olan Pele belə qərara gəlib ki, cərimə zərbələri yerinə yetirilərkən canlı sədd qurulmasın.
   
   Artıq Pele layihəsini FİFA və UEFA-ya təqdim edib. Onun fikrincə, bu layihə gerçəkləşərsə, futbol daha maraqlı olacaq. Çünki komandaların müdafiəçiləri hərdən sərt oyun nümayiş etdirirlər və qırmızı vərəqə alıb meydandan qovulurlar. Ancaq 100 faizlik qol vəziyyəti yaradan komanda istəyinə çata bilmir. Buna görə də əgər canlı sədd yığışdırılsa, bu, bir növ uzaqdan vurulacaq "penalti" kimi dəyərləndiriləcək. Heç bir müdafiəçi də komandasını çətinə salmamaq üçün kobudluğa yol verməyəcək. Bununla da müdafiəçilər dəqiq və səlis futbol sərgiləyəcəklər.
Sonqun səhvi Kamerunu "yıxdı"
Afrika kuboku yenə Misirə getdi
Afrika Kuboku uğrunda mübarizə artıq başa çatıb. Bu dəfə də kubok Misirə aparılıb. Finalda mübarizə aparan Misir və Kamerun yığmaları maraqlı oyun sərgiləyiblər.
   
   Finalın taleyini 1 qol həll edib. İstanbulun "Qalatasaray" klubunun müdafiəçisi Riqober Sonqun səhvi Kamerunun məğlubiyyəti ilə nəticələnib. Beşqat çempion istəyinə matçın 76-cı dəqiqəsində çatıb. Abo Terika kamerunlu Sonqun səhvindən istifadə edərək hesabı açıb və bu qol finalda vurulan yeganə qol olub. Misir millisi 6-cı dəfə kuboku başı üzərinə qaldırıb. Dünən bütün Misir əhalisi küçələrə axışaraq bayram keçirib.
Anri yenə zədələnib
Hücumçu "Seltik" matçını buraxa bilər
İspaniyanın "Barselona" klubunun fransız hücumçusu Terri Anri yenə zədələnib. İspaniya çempionatının sonuncu turunda "Sevilya" ilə keçirilən matçda forvard sıradan çıxıb.
   
   Meydanda zədəsinin ciddi olduğunu görən Anri baş məşqçi Frank Raykarddan əvəzlənməsini istəyib. Komandanın gələcək matçlarını düşünən baş məşqçi 59-cu dəqiqədə Anrini əvəzləyib. Dünən tibbi müayinədən keçən futbolçuya bildirilib ki, zədə ciddi deyil. Amma onun Çempionlar Liqasının 1/8 finalında Şotlandiyanın "Seltik" klubu ilə keçiriləcək matçda oynayıb-oynamayacağı sual altındadı.
 
 
spacer
  Copyright © 2008 Bütün haqqları qorunur.
Content by azDesign.ws