Menyu
spacer


spacer
spacer
spacer spacer
spacer spacer
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
Qatarlar dayanmayıb
Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri metroda sayıqlığı yoxlayıb
Dünən saat 14:15 radələrində metronun "Nizami" stansiyasında hər iki istiqamətə - həm "Memar Əcəmi", həm də "Həzi Aslanov" tərəfə gedən qatarlar dayanmayıb. Qatarlarda olan sərnişinlərə bu, "texniki nasazlıq" kimi izah edilib.
   
   
   
   "Media forum" saytının əməkdaşı ilə söhbətində Bakı Metropoliteninin Hərəkət Xidmətinin baş mühəndisi Etibar İsayev sözügedən vaxtda qatarların "Nizami" stansiyasında dayanmadığını təsdiqləyib. Onun bildirdiyinə görə bu, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin, eləcə də Bakı Metropoliteninin birgə keçirdiyi təlimlə bağlı olub: "Təlim metropolitendə sayıqlığın gücləndirilməsi və effektivliyin artırılmasına yönəlib. Belə tədbirlər vaxtaşırı keçirilir. Çox vaxt axşamlar keçirildiyindən sərnişinlər, əhali bundan xəbər tutmur. Bugünkü tədbir iş saatlarında keçirilən ikinci belə təlimdir".
   
   Baş mühəndis bir müddət əvvəl Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin "Bakı soveti" metrostansiyasında belə bir təlim keçirdiyini xatırladıb: "Sözsüz ki, belə təlimlər yenə də keçiriləcək. Növbəti dəfə harada olacağına gəlincə, bu barədə əvvəlcədən açıqlama verilmir".
Elşad Quliyevin səhhəti pisləşib
AzTV-nin keçmiş sədri həkimlərin nəzarəti altındadır
Azərbaycanın əməkdar incəsənət xadimi, televiziya üzrə ekspert, AzTV-nin keçmiş sədri Elşad Quliyevin səhhəti pisləşib.
   
   Bu barədə APA-ya E. Quliyevin oğlu Cəmil Quliyev məlumat verib. O bildirib ki, atası şəkərli diabet xəstəliyindən əziyyət çəkir: "Artıq iki aydır atam səhhəti ilə bağlı problemlər yaşayır. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir və müalicəsi davam etdirilir".
   
   Qeyd edək ki, 67 yaşlı E. Quliyev hazırda həkimlərin nəzarəti altında ev şəraitində müalicə olunur.
"Nabukko Avropa üçün prioritet layihədir"
"Biz bu layihənin mümkün qədər sürətlə gerçəkləşməsinə çalışırıq"
"Nabukko Avropa üçün prioritet layihədir". "AzərTAc"-ın məlumatına görə, Avstriyanın nüfuzlu "Die Presse" gündəlik qəzetinin həftəsonu buraxılışında bu başlıqlı məqalə dərc olunub. Yazıda bildirilir ki, Avropa İttifaqının Xarici əlaqələr üzrə komissarı Benita Ferrero-Valdner Avropanın enerji məsələlərində Rusiyadan asılılığını azaltmaq məqsədi ilə Qafqaz regionu ilə daha yaxşı münasibətlərin qurulmasının tərəfdarıdır.
   
   
   
   Avropanın maraqlarının mərkəzində isə nəhəng qaz yataqlarına malik olan Azərbaycanın dayandığına toxunan müəllif qeyd edir ki, 2006-cı ildə enerji resurslarının tranziti və ixracından əldə olunan vəsaitdən səmərəli istifadə sayəsində ölkədə iqtisadi artım 35 faiz, ötən il isə 24,7 faiz olmuşdur.
   
   Avropa İttifaqının ali idarəçilik orqanı Avropa Komissiyası "Nabukko" qaz kəmərini prioritet layihə elan etmişdir. Məqalədə, həmçinin B.Ferrero-Valdnerin bu fikirləri də əks olunmuşdur: "Avropa ölkələrində enerjidaşıyıcılarına böyük tələbat və maraq vardır. Bu səbəbdən də biz bu layihənin mümkün qədər sürətlə gerçəkləşməsinə çalışırıq".
   
   Məqalədə deyilir ki, Avropa İttifaqı enerji təminatında Rusiyadan asılı olduğunu yaxşı bilir və neft-qaz təminatında müxtəlif mənbə və kəmərlərdən istifadə etməlidir.
   
   Bu gün hər il Rusiyadan alınan 125 milyard kubmetr qaz Avropanın qaza tələbatının dörddəbir hissəsini ödəyir. Bu səbəbdən Azərbaycan həm istehsalçı, həm də Orta Asiya bazarından Avropaya qaz daşımalarında tranzit ölkə kimi Avropa üçün çox cəlbedici tərəfdaşdır.
Ələtdə 4 mərtəbəli bina qəza vəziyyətdədir
Sakinlər kanalizasiya sularının mühasirəsinə düşüb
Kanalizasiya sistemindəki nasazlıq Qaradağ rayonu Ələt qəsəbəsindəki Sülh küçəsində yerləşən 1 saylı binanın sakinlərini çıxılmaz vəziyyətdə qoyub. Sakinlər deyir ki, çirkab sularının zirzəmiyə axması dördmərtəbəli yaşayış binasını qəzalı hala salıb.
   
   
   
   Onların sözlərinə görə, dəfələrlə problemlə bağlı Mənzil İstismar Sahəsinə müraciət ediblər. "Hətta bir dəfə gəlib binanın zirzəmisindəki suyu nasoslar vasitəsi ilə təmizləyiblər. Amma yenə də köməyi olmayıb. Bir neçə gündən sonra çirkab suları əvvəlki səviyyəyə çatıb". Məsələ ilə bağlı Qaradağ rayonu Ələt qəsəbəsi MİS-in rəisi Rövşən Nuriyevə müraciət etdik. MİS rəisi qeyd olunan ünvanda yaşayan sakinlərin probleminin olduğunu təsdiqlədi. O qeyd etdi ki, hazırda orada yaranmış problemin aradan qaldırılması istiqamətində iş gedir. Məsələ Qaradağ Rayon İcra Hakimiyyətinin də diqqətindədir: "Biz problemlə bağlı məlumatlıyıq. İcra hakimiyyətində keçirilən toplantıda da bu məsələ qeyd olundu. Çalışırıq, qısa müddət ərzində problemi aradan qaldıraq".
   
   R.Nuriyev bildirdi ki, əslində problemi yaradan sakinlər elə özləridir: "48 ailə üçün nəzərdə tutulmuş xəttə azı 480 ev qoşulub. Digər bir tərəfdən də əllərinə nə düşürsə, hamısını atırlar kanalizasiyaya. Oranın kanalizasiya xətti dəfələrlə təmizlənib. Ayaqqabı tayı, paltar, hər şey çıxır". MİS rəisi həmçinin dedi ki, binanın qəzalı vəziyyətə düşməsi ilə bağlı deyilənlər həqiqəti əks etdirmir: "Təkcə kanalizasiya problemi var ki, o da qısa müddətdə aradan qaldırılacaq".
   
   
Nəsimi
Azərbaycan vətəndaşı 15 bıçaq yarası alıb
Qətl müşahidə kamerası ilə çəkilib
Moskvanın cənubunda Azərbaycan vətəndaşı qətlə yetirilib. Moskva milisinin yaydığı xəbərə görə, hadisə bazar günü axşam baş verib. Rusiyanın "İTAR-TASS" agentliyinin məlumatına görə, qətl müşahidə kamerası ilə çəkilib. Agentliyin Moskva hüquq-mühafizə orqanlarına istinadən yaydığı məlumata görə, qətli törədən 3 naməlum şəxsdir və hazırda onların axtarışı və yaxalanması üzrə əməliyyat keçirilir.
   
   Bildirilir ki, Azərbaycan vətəndaşı 15 bıçaq yarası alıb və elə hadisə yerindəcə keçinib. Hadisə yaxınlıqdakı evlərin birində quraşdırılmış kameraya çəkilib və lentdən aydın olur ki, qətlə yetirilmiş şəxs qara paltar geymiş 3 nəfər tərəfindən bıçaqlanıb.
   
   Milis hadisənin məişət münaqişəsi zəminində baş verməsi ehtimalını nəzərdən keçirir. Bununla belə, milli ədavət zəminində qətl versiyası da istisna edilmir və hüquq-mühafizə orqanları bu versiyanı da yoxlayır.
   
   Hazırda milis qətl törətməkdə şübhəli bilinənlərin axtarışını aparır "İnterfaks" agentliyi isə hadisənin Orexovo bulvarında baş verdiyini xəbər verib. Qeyd olunur ki, Azərbaycan vətəndaşı Rafiq İsayevə 3 şəxs yaxınlaşıb və onların arasında mübahisə baş verib. Uzunsürən mübahisə gedişində moskvalılardan biri soydaşımıza dərin bıçaq zərbəsi endirib.
Fərhad Bədəlbəyli hələ də reanimasiya şöbəsindədir
Xalq artisti hazırda gəzir, danışır və səhhəti normaldır
Xalq artisti Fərhad Bədəlbəylinin vəziyyəti qənaətbəxşdir. Mərkəzi Klinik Xəstəxananın həkimi, neyrocərrah Əli Ələkbərov APA-ya bildirib ki, F. Bədəlbəyli hələ də xəstəxananın reanimasiya şöbəsindədir:
   
   "Onun palataya köçürülməsinə heç nə mane olmur. Sadəcə, bu, həm onun özünün, həm də rəhbərliyin istəyidir. Fərhad müəllim hazırda gəzir, danışır, səhhəti normaldır". Ələkbərovun sözlərinə görə, 1 il ərzində xalq artisti ciddi pəhriz gözləməlidir: "O, evə köçürüləndən bir müddət sonra da həkim nəzarəti altında olacaq. Xəstənin bu həftənin ortaları evə buraxılacağı gözlənilir".
   
   Qeyd edək ki, Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli fevralın 6-da beyin qansızması diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanaya gətirilib və onun başında cərrahiyyə əməliyyatı aparılıb.
Ola bilsin təyyarənin üstünü qum örtüb
Nə "qara qutu"dan xəbər var, nə də cəsədlərdən
İki həftə əvvəl qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 döyüş təyyarəsi üzrə axtarışlar hələ ki bir nəticə verməyib.
   
   Təyyarənin düşdüyü yeri indiyədək dəqiq müəyyənləşdirmək mümkün olmayıb, təyyarənin qalıqları, "qara qutu"su, pilotların cəsədləri tapılmayıb. Müdafiə Nazirliyi mətbuat və informasiya idarəsinin rəisi Eldar Sabiroğlu bildirib ki, axtarışlara Müdafiə və Fövqəladə Hallar nazirliklərindən başqa, Dövlət Neft Şirkəti və Dövlət Sərhəd Xidmətinin qüvvələri də cəlb edilib. Onun sözlərinə görə, havaların bir müddət sərt keçməsi axtarışları çətinləşdirib, təyyarənin qəzaya uğradığı güman olunan yerlərdə su bulanıq olub. E.Sabiroğlu qeyd etdi ki, axtarış Xəzər dənizinin həm şimal, həm də cənub hissəsində aparılır. O, təyyarənin üstünü qumun örtməsini də istisna etmədi.
Gürcüstana satılan qazın qiyməti artırılacaq
Bu haqda Natiq Əliyev məlumat verib
"Qazdan zəhərlənmələr heç də qazın tam təmizlənməməsindən deyil, əhalinin ehtiyatsızlığından baş verir". Sənaye və energetika naziri Natiq Əliyev dünən bu açıqlamanı verib.
   
   Nazir bildirib ki, Azərbaycanın qaz emalı zavodları əldə olunan qazın yalnız 60 faizini təmizləyə bilir. "Əlbəttə, qazın tam təmizlənməsi yaxşıdır. Bunun nəticəsində sənaye əhəmiyyətli bir sıra başqa dəyərli birləşmələr də əldə etmək olar"- deyən nazir etiraf edib ki, Azərbaycandakı qaztəmizləyən zavodların belə gücü yoxdur. Azərbaycanın Gürcüstana satdığı qazın qiyməti ilə bağlı tərəflər arasında yaranmış problemin necə həll ediləcəyinə gəlincə isə, Natiq Əliyev Gürcüstana satılan qazın qiymətinin qaldırılacağını bildirib. Onun sözlərinə görə, bütün dünyada qazın qiyməti artıb. Onu da qeyd edək ki, hazırda Azərbaycanın Gürcüstana satdığı qazın qiyməti 120 dollardı. Bu isə dünya bazarındakı qiymətlərdən ən azı 100 dollar ucuzdu.
   
   
Vüsalə
Səbaildə dəm qazından boğulma hadisəsi baş verib
Səbail rayonu ərazisində dəm qazından boğulma hadisəsi baş verib. Səbail rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, rayonun Neftçilər prospekti 61, mənzil 16-da yaşayan Vüqar Turabov qazsızmadan boğulub.
   
   Hadisə yerinə gələn həkimlər yardım göstərsələr də, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. /ANSPRESS/
 
 
spacer
  Copyright © 2008 Bütün haqqları qorunur.
Content by azDesign.ws