Dini mövzular mediada qərəzsiz işıqlandırılmalıdır
Æurnalistlər üçün seminar keçirilib
Fevralın 6-dan 11-dək "İnternyus Azərbaycan" İctimai Birliyi "Yeni Nəsil" Æurnalistlər Birliyi ilə birgə "Üç mediada dini mövzuların işıqlandırılması" mövzusunda seminar keçirib.
"Yeni Nəsil" Æurnalistlər Birliyindən verilən məlumata görə, məqsəd islamla və ya digər dinlərlə bağlı məsələlərin mediada qərəzsiz işıqlandırılması yolları haqda iştirakçıları məlumatlandırmaq olub. Seminar nəzəri və praktiki hissələrdən ibarət olub. Sonda həm nəzəri, həm də praktiki hissələrdə fəal olan iştirakçılara sertifikatlar verilib. Seminarda iştirak edən jurnalistlər həmçinin çəkilişin əsaslarını öyrənmək imkanı qazanıblar. Seminarı üç media-televiziya, radio və mətbuat sahəsində beynəlxalq təcrübəsi olan, Fulbrayt proqramı ilə Bakıda yayım jurnalistikasını tədris edən ABŞ mütəxəssisi Brent Hurd və Bakı Dövlət Universitetinin dosenti Zeynal Məmmədli aparıb. Seminarda Bakı, Sumqayıt, Mingəçevir, Zaqatala, Lənkəran və Şəkidə fəaliyyət göstərən və hər üç media sahəsini təmsil edən jurnalistlər iştirak edib.
Firdovsi