Menyu
spacer


spacer
spacer
spacer spacer
spacer spacer
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
"Alaturka"da Azərbaycan səsi...
Gəlin, Aygünə dəstək olaq!

Biz çox zaman Azərbaycan musiqisinin, Azərbaycan sənətçilərinin dünya arenasına çıxmasından danışırıq. Deyirik ki, sənətçilərimizi Biləcəridən o tərəfdə tanımırlar. Halbuki Azərbaycanın elə istedadlı sənətçiləri var ki, bu gün onları dünyanın bir çox ölkələrində tanıyırlar. Xüsusilə də muğam ifaçılarımızın çıxışları maraqla qarşılanır. Ancaq hələ ki estrada və digər janrlarda oxuyan sənətçilərin xarici ölkələrdə tanınmasının az-az şahidi olmuşuq.
   
   Əslində heç estrada ifaçılarımızı tanımırlar desək, bəlkə də səhv etmərik. Bunun obyektiv və subyektiv səbəbləri var. Məsələ burasındadır ki, obyektiv səbəblər hər kəsə məlumdur. Subyektiv səbəblər isə ondan ibarətdir ki, biz dünya arenasına çıxmaq istəyənlərə də kömək etməyə çalışmırıq. Elə çox uzağa getməyək, hazırda Türkiyədə "Alaturka" müsabiqəsi keçirilir ki, bu müsabiqəni dünyanın bir çox ölkələrində izləyirlər. Həmin müsabiqədə Azərbaycanı təmsil edən bir istedadlı gəncimiz də var ki, həqiqətən iştirakçılar arasında ifası ilə diqqət cəlb edə bilib. Söhbət vaxtilə "Azəri-Star" yarışmasının iştirakçısı olan Aygündən gedir. Bu gənc azərbaycanlı qız "Alaturka" müsabiqəsində istər vizual səhnə görünüşü, istər ifa tərzi, istər səs tembri, istərsə də səs diapazonu ilə xeyli fərqlənir. Məlumdur ki, bu müsabiqədə klassik türk musiqiləri də ifa olunur. Aygün istər klassik türk musiqilərini, istər Azərbaycan xalq mahnılarını, istər Azərbaycanın xalq və bəstəkar mahnılarını, istərsə də digər musiqiləri o qədər məharətlə oxuyur ki, bu günə qədər müsabiqədə qala bilib. Ancaq nədənsə sənətçimizə Azərbaycan mətbuatı dəstək olmur. Ən azı mətbuat səhifələrimizdə Aygün Şükürova barədə materiallara rast gəlmirik. Türkiyədə isə bizdən fərqli olaraq azəri qızının ifasına etinasız yanaşmırlar. Həm Türkiyə mətbuatında Aygün barədə yazılara rast gəlmək olur, həm də ümumilikdə müsabiqə barədə səslənən fikirlərdə Aygün kənarda qalmır. Hər halda etiraf edək ki, Azərbaycan sənətçisinin bu gün belə böyük bir müsabiqədə iştirakı önəmli hadisələrdən sayılmalıdır. Ən azı "Alaturka" müsabiqəsini bütün türkdilli dövlətlərlə yanaşı, eyni zamanda Avropa ölkələri də izləyirlər. Demək, azəri qızının səsini Azərbaycandan çox-çox uzaqlarda da dinləyənlər var. Ən azı Azərbaycan bayrağının müsabiqə boyu dalğalanması, Aygünün çıxışı zamanı azərbaycanlı olmasının vurğulanması bizlər üçün fəxr sayılmalıdır. Türkiyənin ən böyük sənətçilərindən sayılan və müsabiqədə münsif kürsüsündə oturan Bülənt Ərsoyun türk musiqisində, türk səhnəsində çəkisi hər kəsə bəllidir. O da məlumdur ki, Bülənt Ərsoyun fikirlərinə hörmətlə yanaşılır və hətta müəyyən dairələrdə ondan qorxurlar desək, yəqin səhv etmərik. Məhz belə bir sənətçinin diqqətini Aygün çəkə bilibsə, demək, həqiqətən azəri qızının istedadı göz qabağındadır. Bülənt Ərsoy tərif söyləməyi sevmir. Əslində nadir hallarda o, kiminsə ifasını bəyəndiyini dilə gətirir. Belə "kapriz"li sənətçinin ürəyini oxşamaq asan olmasa da, Aygün Şükürova buna nail ola bilib. Hətta müsabiqədə münsif kürsüsündə oturan Ebru Gündəşi də təəccübləndirən məqam oldu. Bülənt Ərsoy Aygünün istər görünüşü, istər ifası, səs diapazonu barədə xoş sözlər söyləyəndə Ebru Gündəş təəccübünü gizlədə bilmədi. Hətta Bülənt Ərsoya üzünü tutaraq "Mən doğrudan da həm sevinirəm, həm də çaşqın vəziyyətdəyəm. Siz belə gözəl fikirləri mənim barəmdə deməmisiz" söylədi. Bülənt Ərsoy də Ebru Gündəşin bu fikrini cavabsız qoymadı. Bildirdi ki, o, heç vaxt tərif söyləmir. Layiq olan insana, istedadlı gəncə qiymət verməyi bacarır. Hətta Bülənt Ərsoy çıxışında "Aygünün istər ifası, istər səhnə mədəniyyəti, istər repertuar seçimi o qədər mükəmməldir ki, qüsur tapmağa ehtiyac yoxdur" bildirdi.
   
   Bu bizlər üçün də sevindiricidir ki, müsabiqə boyu azəri qızının ifası barədə xoş sözlər səslənir. Ancaq belə bir fikir də var ki, istedadlı insana hər zaman dəstək lazımdır və hesab edirik ki, bu gün hər bir azərbaycanlı Aygün Şükürovaya dəstək olmağa çalışmalıdır. Burada təbliğatın da böyük rolu var. Demək, mətbuat orqanlarının da üzərinə məsuliyyət düşür. Biz burada yerli şou-biznesimizdə baş verən yerli-yersiz qalmaqalları tez-tez işıqlandırsaq da, mətbuat səhifələrində onlara kifayət qədər imkan yaratsaq da, nədənsə Aygün kimi gəncləri unuduruq. Halbuki Aygün bu gün təkcə fərdi şəkildə "Alaturka" müsabiqəsində iştirak etmir, bütünlükdə Azərbaycanı təmsil edir. Demək, hər birimiz ona dəstək olmağa çalışmalıyıq. Ancaq təəssüf ki, mətbuat səhifələrində Aygün Şükürova barədə materiala rast gəlməmişik. "Şərq" hər zaman gənc istedadlara dəstək olmağa çalışır. Bu dəfə də eyni mövqedən çıxış etdik və hesab edirik ki, Aygünün istedadına ümid etməyə dəyər. Aygün Şükürova barədə daha ətraflı məlumat almaq üçün "Azəri-Star" yarışmasının təsisçisi və Aygün Şükürovanı Türkiyəyə aparan Cenk bəylə əlaqə saxladıq. Cenk bəy "Şərq"ə açıqlamasında "İlk əvvəl onu qeyd edim ki, mən buradan 5 qız, 3 oğlan seçmişdim. Türkiyədə olanda bildirildi ki, yalnız Azərbaycandan bir nəfər iştirak edə bilər. Təşkilat Komitəsinin diqqətinə çatdırdım ki, Azərbaycandan təkcə bir nəfərin iştirak etməsi ədalətsiz olardı. Məhz o üzdən buradan iki nəfərin aparılmasına izin aldım. Aygünlə Ülviyyəni apardım. Ülviyyə axıra qədər gedə bilmədi. Ancaq Aygün bu günə qədər yarışmada mübarizəni davam etdirir. Etiraf edim ki, bu gün Aygün Şükürova təkcə Azərbaycanın deyil, türk xalqlarının böyük dəstəyini qazanıb, onun ifası maraqla qarşılanır. Türkiyənin özündə onu kifayət qədər dəstəkləyənlər var. Azəri qızı Aygün kimi o bu gün böyük reytinq əldə edib. Bir prodüser kimi onu deyə bilərəm ki, Aygün bu müsabiqəyə qatılan gündən birinciliyə iddialıdır. Çünki Aygündə maraqlı türk boğazları var və məhz bu boğazları edəndə inanın ki, zaldakıların böyük alqışını qazanır. Onu da qeyd edim ki, mən Aygünü bu müsabiqəyə aparmaqla fəxr edirəm. Çünki Aygün təkcə istedadı ilə deyil, əfəndi qız olmağı ilə də seçilir. İştirakçıların hamısı, yaradıcı heyət "Akgün" otelində yerləşdiriliblər. Demək olar ki, bir yerdə çörək yeyirlər, bir yerdə otururlar. Aygün Şükürova kübarlığı, əfəndiliyi, mədəniyyəti ilə özünə o qədər hörmət qazanıb ki, oradakıların dilindən düşmür. Ümid edirəm ki, bu iddia, bu istedadla Aygün "Alaturka"da birincilik qazanacaq. Mənim üçün də bu, sözün həqiqi mənasında fəxr olar. Çünki mən Türkiyədə bu müsabiqədə Azərbaycanı təmsil edirəm. Hər dəfə Azərbaycan bayrağının zalda dalğalanması məni sevindirir. Ümid edirəm ki, Azərbaycana qələbə ilə qayıdacağıq".
Oxunub: 544
ARXİV
Sezen Aksu və Sərdar Ortac Bakıya gələcək
Mayda Yaşıl Teatrda konsert verəcək
"Yol ver, türkün bayrağına"Gənclər əcnəbi tələbələr üçün tədbir keçirəcək
İlhamə Ukraynaya yola düşüb
Meqastar fevralın 12-də Kiyevdə böyük konsert proqramı ilə çıxış edəcək
"Dey avto dey" Belqrada iddialı gedəcək
Gövhər Həsənzadə mahnını yenidən hazırlamağı düşünür
"Alaturka"da Azərbaycan səsi...
Gəlin, Aygünə dəstək olaq!
 
spacer
  Copyright (c) 2008 Bütün haqqları qorunur.
Content by azDesign.ws