Menyu
spacer


spacer
spacer
spacer spacer
spacer spacer
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
"Dey avto dey" Belqrada iddialı gedəcək
Gövhər Həsənzadə mahnını yenidən hazırlamağı düşünür

"Evrovizion-2008" müsabiqəsində Azərbaycanı təmsil edəcək gənclərin adı bəlli oldu. Azərbaycanı bu müsabiqədə Elnur Hüseynov və Samir Cavadzadə dueti təmsil edəcək.
   
   "Evrovizion-2008"də Elnurla Samirin konkret hansı mahnı ifa edəcəyi barədə müxtəlif söz-söhbətlər gəzir. Odur ki, bu söz-söhbətlərə aydınlıq gətirmək üçün Gövhər Həsənzadə ilə əlaqə saxlamaq qərarına gəldik. Gövhər Həsənzadə "Şərq"ə açıqlamasında "Biz hamımız Təşkilat Komitəsinin son qərarını gözləyirik. Əgər "Evrovizion-2008"də Elnurla Samir duet şəklində çıxış etsələr, onda təbii ki, mənim mahnım səslənəcək. "Dey avto dey" adlı mahnının sözləri Zəhra Bədəlbəylinindir. Bu barədə indidən söz danışmaq istəmirəm" söylədi. Maraqlandıq ki, yerli final gecəsində Elnurla Samirin ifa etdiyi duet böyük alqışlar qazansa da, ancaq ümumilikdə fikirlər də birmənalı deyildi. Bəziləri bu mahnıda milli koloritin olmamasını qüsur kimi vurğulayırdılar. Bu məsələyə Gövhər Həsənzadə aydınlıq gətirdi: "Əvvəla, onu qeyd edim ki, mahnının ilkin aranjimanı fərqlidir. Yaşar Baxış bu mahnının ilk aranjimançısı oldu. Sonra bir qədər də Avropa dinləyicisinin zövqünə uyğun olsun deyə, mahnı xaricə aranjiman olunmaq üçün göndərildi. Həqiqətən mahnı xaricdə aranjiman olunması milli koloritləri itirmişdi. Əgər bu mahnı "Evrovizion-2008"də səslənəcəksə, əmin edirəm ki, mahnı maksimum şəkildə yenidən işləniləcək. Biz çalışacağıq ki, "Evrovizion"a qatılarkən seçdiyimiz mahnıda heç bir irad, qüsur tapmasınlar. Həqiqətən bu duetdə milli koloritlərin olmaması fikri ilə çıxış edənlər çox oldu. Bu gün Avropa dinləyicisini heyrətləndirmək heç də asan deyil. Digər tərəfdən "Evrovizion-2008" folklor müsabiqəsi də deyil. Ona görə də biz düşündük ki, Avropasayağı musiqi ritmləri üstünlük təşkil etsin. Avropanın böyük əksəriyyəti bu müsabiqəyə qatılıb. Təbii ki, müsabiqədə səslənəcək mahnı da Avropa dinləyicisinə yad görünməməlidir, onların zövqünə cavab verməlidir. Ona görə də biz maksimum dərəcədə bu tərəfləri nəzərə aldıq. Açığını deyim ki, mənim üçün Avropa standartlarında musiqi yazmaq daha asandır, nəinki Azərbaycan dinləyicisi üçün. Çünki Azərbaycan dinləyicisi daha tələbkardır. Ancaq Avropa stilində musiqi yazmaq mənim üçün çətinlik yaratmır. İkinci tərəfdən, əgər Təşkilat Komitəsi qərar qəbul etsə ki, "Evrovizion-2008"də məhz bu duet ifa olunacaq, onda mən bu mahnını yenidən hazırlamağı düşünürəm. Mənim üçün açığını desəm, yerli final mərhələsi daha önəmli idi. Ən böyük imtahanı mən məhz həmin gecə verdim. Düşünürdüm ki, əgər mahnım burada sevilərsə, Avropa tamaşaçısı onu qəbul edə bilər. Bir də ki, yerli final mərhələsində bu mahnının və ümumiyyətlə, bu duetin 20 faizi təqdim olundu. Məni qane edən şəkildə mahnının təqdimatı məhz "Evrovizion-2008"-də göstəriləcək. Əminəm ki, biz bu duetlə üçlükdə yer qazanacağıq. Konkret şəkildə Gövhər Həsənzadə, Samir və Elnur dueti üçlüyə iddialıdır. Biz bütün iş prinsiplərimizi məhz bu iddia üzərində qurmuşuq. Hətta mən birinciliyə iddialı olduğumuzu da deyə bilərəm. Düzdür, Azərbaycan ilk dəfədir ki, "Evrovizion"da iştirak edir. Müəyyən mənada səriştəsizlik var. Ancaq Samirlə Elnurun duet şəklində ifası bir daha sübut etdi ki, Azərbaycanın istedadları var və biz bunu yerli final gecəsində sübut etdik. Yerli final gecəsində iştirakçıları təkcə azərbaycanlılar deyil, o cümlədən bir çox xarici ölkələrin nümayəndələri, prodüserləri, sənətçiləri izləyirdilər və əgər biz yerli final konserti ilə onların marağını qazana bildiksə, demək "Evrovizion-2008"in üçlüyündə yerimiz var. Təbii ki, müsabiqədə səsvermə qərəzsiz aparılsa, Azərbaycan "Evrovizion-2008"-dən qələbə ilə qayıtmalıdır. Gövhər Həsənzadə kimi deyirəm ki, mən ilk üçlüyə çox iddialıyam".
Oxunub: 525
ARXİV
Sezen Aksu və Sərdar Ortac Bakıya gələcək
Mayda Yaşıl Teatrda konsert verəcək
"Yol ver, türkün bayrağına"Gənclər əcnəbi tələbələr üçün tədbir keçirəcək
İlhamə Ukraynaya yola düşüb
Meqastar fevralın 12-də Kiyevdə böyük konsert proqramı ilə çıxış edəcək
"Dey avto dey" Belqrada iddialı gedəcək
Gövhər Həsənzadə mahnını yenidən hazırlamağı düşünür
"Alaturka"da Azərbaycan səsi...
Gəlin, Aygünə dəstək olaq!
 
spacer
  Copyright © 2008 Bütün haqqları qorunur.
Content by azDesign.ws