Sezen Aksu və Sərdar Ortac Bakıya gələcək
Mayda Yaşıl Teatrda konsert verəcək
Türkiyənin tanınmış sənətçiləri Sezen Aksu və Sərdar Ortac yenə Bakıya gələcək. "SES organization"ın təşkilatçılığı ilə keçiriləcək konsertlər may ayında reallaşacaq.
Təşkilatın rəhbəri Nahid Emiloğlunun "Olaylar"a verdiyi məlumata görə, konsertlərin hər ikisi Yaşıl Teatrda baş tutacaq. Sənətçilərlə danışıqların artıq tam başa çatdığını söyləyən təşkilatçı bildirib ki, Sərdar Ortacın konserti mayın 16-da, Sezen Aksunun konserti isə mayın 19-da gercəkləşəcək. ("OLAYLAR"İA)