Menyu
spacer


spacer
spacer
spacer spacer
spacer spacer
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
Ru­si­ya­dan rəs­mi açıq­la­ma tə­ləb edil­mə­li­dir
Qə­ni­rə Pa­şa­ye­va: "Vla­di­mir qu­ber­na­to­ru­nun se­pa­rat­çı­
   re­ji­m ilə mü­qa­vi­lə bağ­la­ma­sı bey­nəl­xalq hü­qu­qa zid­dir"
   
   "Ru­si­ya Fe­de­ra­si­ya­sı­nın Vla­di­mir vi­la­yə­ti baş­çı­sı­nın Azər­bay­ca­nın iş­ğal olun­muş əra­zi­lə­ri­nə sə­fər et­mə­si, se­pa­rat­çı re­jim­lə mü­za­ki­rə­lər apa­ra­raq iki­tə­rəf­li mü­qa­vi­lə im­za­la­ma­sı bey­nəl­xalq hü­quq nor­ma­la­rı­na zid­dir" Mil­lət və­ki­li Qə­ni­rə Pa­şa­ye­va bil­di­rib ki, be­lə ad­dı­mın atıl­ma­sı Azər­bay­ca­nın əra­zi bü­töv­lü­yü­nün ko­bud şə­kil­də po­zul­ma­sı de­mək­dir: "Bu həm də bi­zim üçün çox təh­lü­kə­li mə­qam­lar­dan xə­bər ve­rən amil­dir.
   
   Ona gö­rə baş ve­rən fak­ta sü­kut­la ya­na­şa bil­mə­rik. Er­mə­nis­tan-Azər­bay­can mü­na­qi­şə­si­nin sülh yo­lu ilə tən­zim­lən­mə­sin­də va­si­tə­çi­lik mis­si­ya­sı­nı hə­ya­ta ke­çi­rən ATƏT-in Minsk Qru­pu­nun həm­sədr döv­lət­lə­rin­dən və bir sı­ra mə­sə­lə­lər­də Azər­bay­can­la stra­te­ji müt­tə­fiq olan Ru­si­ya döv­lə­ti da­im bə­yan edir ki, Azər­bay­ca­nın əra­zi bü­töv­lü­yü­nü dəs­tək­lə­yir, mü­na­qi­şə­nin əra­zi bü­töv­lü­yü çər­çi­və­sin­də həl­li­nə tə­rəf­dar­dır. Əgər Ru­si­ya bə­yan et­di­yi fi­kir­də doğ­ru­dan da sə­mi­mi­dir­sə, se­pa­rat­çı re­ji­mə dəs­tək ver­mə­mə­li­dir. Ək­si­nə, bu yön­də atı­lan hər han­sı cəh­də qar­şı cid­di mü­na­si­bət or­ta­ya qoy­ma­lı­dır". Mil­lət və­ki­li­nin fik­rin­cə, Vla­di­mir vi­la­yə­ti rəs­mi­si qis­min­də Ru­si­ya­nın Dağ­lıq Qa­ra­bağ mə­sə­lə­si­nə ya­naş­ma­sı di­gər döv­lət­lər üçün pre­se­dent ola bi­lər. Ona gö­rə, mə­sə­lə­yə Mil­li Məc­lis, Xa­ri­ci İş­lər Na­zir­li­yi sə­viy­yə­sin­də re­ak­si­ya ve­ril­mə­li­dir.
   Ru­si­ya tə­rə­fin­dən mə­sə­lə­yə cid­di şə­kil­də ay­dın­lıq gə­ti­ril­mə­si tə­ləb edil­mə­li­dir. ("OLAY­LAR"İA)
De­pu­tat­lar seç­ki müd­də­ti­nin qı­sal­dıl­ma­sı­nın tə­rəf­da­rı­dır­lar
Seç­ki müd­də­ti­nin 120 gün­dən 60 gü­nə qə­dər en­di­ril­mə­si nor­mal hal­dır. Mil­lət və­ki­li, Və­tən­daş Bir­li­yi Par­ti­ya­sı­nın səd­ri Sa­bir Ha­cı­yev bil­di­rib ki, bu is­ti­qa­mət­də səs­lən­di­ri­lən fi­kir­lər ta­ma­mi­lə mən­tiq­li­dir:
   "Əs­lin­də bu tək­lif Mil­li Məc­li­sin döv­lət qu­ru­cu­lu­ğu və hü­quq si­ya­sə­ti dai­mi ko­mis­si­ya­sı tə­rə­fin­dən irə­li gə­lib. Am­ma son­ra­dan Seç­ki Mə­cəl­lə­si ət­ra­fın­da apa­rı­lan mü­za­ki­rə­lər za­ma­nı qə­ra­ra alın­dı ki, bu bir tək­lif ki­mi irə­li sü­rül­sün. Mən dün­ya təc­rü­bə­sin­dən çı­xış edə­rək seç­ki müd­də­ti­nin 120 gün­dən 60 gü­nə en­di­ril­mə­si­nin tə­rəf­da­rı­yam". Mil­lət və­ki­li­nin söz­lə­ri­nə gö­rə, dün­ya öl­kə­lə­rin­də seç­ki müd­də­ti əsa­sən iki ay­dır. ("OLAY­LAR"İA)
İki qa­nun la­yi­hə­si par­la­men­tin ple­nar ic­la­sı­na töv­si­yə edi­lib
Dü­nən Mil­li Məc­li­sin So­si­al si­ya­sət mə­sə­lə­lə­ri dai­mi ko­mis­si­ya­sı­nın ic­la­sı ke­çi­ri­lib. APA-nın mə­lu­ma­tı­na gö­rə, ic­las­da "Şər­ti ma­liy­yə va­hi­di məb­ləğ­lə­ri­nin müt­ləq rə­qəm­lər­lə əvəz olun­ma­sı məq­sə­di­lə Azər­bay­ca­nın bə­zi qa­nun­ve­ri­ci­lik akt­la­rın­da də­yi­şik­lik­lər edil­mə­si haq­qın­da" qa­nu­nun la­yi­hə­si mü­za­ki­rə olu­nub.
   Ko­mis­si­ya­nın səd­ri Ha­dı Rə­cəb­li de­yib ki, "Hər­bi qul­luq­çu­la­rın sta­tu­su haq­qın­da", "An­ti­in­hi­sar fəa­liy­yə­ti haq­qın­da", "So­si­al sı­ğor­ta haq­qın­da" və di­gər qa­nun­lar­da şər­ti ma­liy­yə va­hi­di an­la­yı­şı müt­ləq rə­qəm­lə əvəz olu­nur. Mü­za­ki­rə­lər za­ma­nı de­pu­tat­lar sə­nə­də müs­bət mü­na­si­bət bil­di­rə­rək par­la­men­tə töv­si­yə edib­lər.
    İc­las­da, həm­çi­nin "İn­zi­ba­ti ic­ra­at haq­qın­da" qa­nu­nun tət­bi­qi ilə əla­qə­dar bə­zi qa­nun­ve­ri­ci­lik akt­la­rı­na əla­və və də­yi­şik­lik­lər edil­mə­si ba­rə­də mə­sə­lə də mü­za­ki­rə olu­na­raq par­la­men­tin ple­nar ic­la­sı­na töv­si­yə olu­nub.
"Ta­ri­xi­miz və gə­lə­cə­yi­miz"
YAP Gənc­lər Bir­li­yi konf­rans ke­çi­rə­cək
Ye­ni Azər­bay­can Par­ti­ya­sı Gənc­lər Bir­li­yi­nin təş­ki­lat­çı­lı­ğı ilə Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­nin elan olun­ma­sı­nın 90 il­li­yi­nə həsr olun­muş "Ta­ri­xi­miz və gə­lə­cə­yi­miz" möv­zu­sun­da el­mi-prak­tik konf­rans ke­çi­ri­lə­cək.
   
   YAP Gənc­lər Bir­li­yi­nin səd­ri Ra­mil Hə­sə­no­vun "OLAY­LAR"İA-ya ver­di­yi mə­lu­ma­ta gö­rə, mil­lət və­kil­lə­ri, ha­kim par­ti­ya­nın rəs­mi­lə­ri, ay­rı-ay­rı gənc­lər təş­ki­lat­la­rı­nın rəh­bər­lə­ri və müx­tə­lif ali təh­sil ocaq­la­rın­da təh­sil alan tə­lə­bə­lə­rin iş­ti­ra­kı ilə ke­çi­ri­lə­cək konf­rans­da Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­nin keç­di­yi şə­rəf­li yol­dan da­nı­şı­la­caq. Konf­rans­da müs­tə­qil Azər­bay­can döv­lə­ti­nin AXC-nin ənə­nə­lə­ri­nin ya­şa­dıl­ma­sı is­ti­qa­mə­tin­də hə­ya­ta ke­çir­di­yi təd­bir­lər­dən də söh­bət açı­la­caq.
Fran­sa və Ru­si­ya­nın xa­ri­ci iş­lər na­zir­lə­ri bir ara­ya gə­lib
On­lar Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin ni­zam­lan­ma­sı mə­sə­lə­si­ni mü­za­ki­rə edib­lər
Mosk­va­da bir gün­lük sə­fər­də olan Fran­sa­nın Av­ro­pa və xa­ri­ci iş­lər na­zi­ri Ber­nar Kuş­ner ru­si­ya­lı həm­ka­rı Ser­gey Lav­rov­la gö­rü­şüb.
   APA-nın mə­lu­ma­tı­na gö­rə, na­zir­lə­rin gö­rü­şün­də Dağ­lıq Qa­ra­bağ, Dnest­rya­nı, Cə­nu­bi Ose­ti­ya və Ab­xa­zi­ya mü­na­qi­şə­lə­ri­nin ni­zam­lan­ma­sı ət­ra­fın­da fi­kir mü­ba­di­lə­si apa­rı­lıb. Fran­sa­nın xa­ri­ci iş­lər na­zi­ri bu mü­na­qi­şə­lə­rin sülh da­nı­şıq­la­rı yo­lu ilə həl­li­nə tə­rəf­dar ol­du­ğu­nu bə­yan edib.
GU­AM-ın baş ka­ti­bi Tuu­la Yur­yo­la ilə gö­rü­şüb
Ba­kı sam­mi­ti­nin ye­kun­la­rı və Tbi­li­si sam­mi­ti­nə ha­zır­lıq ba­rə­də da­nı­şıq apa­rı­lıb
GU­AM-ın baş ka­ti­bi Va­le­ri Çe­çe­laş­vi­li Fin­lan­di­ya Xa­ri­ci İş­lər Na­zir­li­yi­nin Şər­qi Av­ro­pa və Mər­kə­zi Asi­ya şö­bə­si­nin di­rek­to­ru xa­nım Tuu­la Yur­yo­la ilə gö­rü­şüb.
   
   APA-nın mə­lu­ma­tı­na gö­rə, V. Çe­çe­laş­vi­li təş­ki­la­tın məq­səd və və­zi­fə­lə­ri, GU­AM for­ma­tın­da re­gio­nal la­yi­hə­lə­rin pers­pek­tiv­lə­ri, Ba­kı sam­mi­ti­nin ye­kun­la­rı, Tbi­lisi sam­mi­ti­nə ha­zır­lıq ba­rə­də mə­lu­mat ve­rib. Gö­rüş­də ATƏT-in və qu­ru­ma sədr­lik edən Fin­lan­di­ya­nın GU­AM-ın bə­zi öl­kə­lə­ri­nin əra­zi­lə­rin­də mü­na­qi­şə­lə­rin ni­zam­lan­ma­sı üz­rə da­nı­şıq­lar pro­se­si­nin ak­tiv­ləş­mə­sin­də ro­lu­nun va­cib­li­yi vur­ğu­la­nıb. Gö­rüş­də Fin­lan­di­ya­nın Uk­ray­na­da­kı sə­fi­ri Kris­ter Mik­kels­son iş­ti­rak edib.
 
 
spacer
  Copyright (c) 2005-2012 Bütün haqqları qorunur.
Content by azDesign.ws