Menyu
spacer


spacer
spacer
spacer spacer
spacer spacer
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
Ma­sal­lı­nın Gül­lü­tə­pə kən­din­də sü­rüş­mə da­vam edir
11 ev kö­çü­rül­sə də, da­ha 23 ev sü­rüş­mə eh­ti­mal olu­nan əra­zi­də yer­lə­şir
   Ma­sal­lı ra­yo­nu­nun Gül­lü­tə­pə kən­din­də­ki yük­sək­lik­də baş ve­rən sü­rüş­mə hə­lə da­yan­ma­sa da, nis­bə­tən sən­gi­yib. 4 hek­tar əra­zi­ni əha­tə edən sü­rüş­mə zo­na­sın­da pro­ses çök­mə ilə ya­na­şı, həm də eni­nə və uzu­nu­na ge­dir.
   Da­ha təh­lü­kə­li zo­na­da yer­lə­şən 11 ai­lə əra­zi­dən kö­çü­rü­lə­rək qo­hum­la­rın evin­də sı­ğı­na­caq ta­pıb, 1 ai­lə isə so­si­al ob­yekt­də yer­ləş­di­ri­lib. Kö­çü­rü­lən ai­lə­lə­rin əsas na­ra­hat­çı­lı­ğı ev-mən­zil şə­ra­it­lə­ri­nin ya­ra­dıl­ma­sı ilə bağ­lı­dır. Ak­tiv sü­rüş­mə zo­la­ğın­da yer­lə­şən 11 evin sa­kin­lə­ri­nin dai­mi məs­kun­laş­dı­rıl­ma­sı is­ti­qa­mə­tin­də təd­bir­lər gö­rü­lür. Ma­sal­lı­ya 19 ədəd xü­su­si ça­dır gön­də­ri­lib. Ha­zır­da isə Gül­lü­tə­pə kənd sa­kin­lə­ri­nin məs­kun­laş­dı­rıl­ma­sı mə­sə­lə­si­nə ba­xı­lır. Əra­zi­si 554 hek­tar olan Gül­lü­tə­pə kən­din­də 320 ev var. Əha­li­nin sa­yı isə iki min dörd yü­zə qə­dər­dir. Ak­tiv sü­rüş­mə zo­la­ğın­da­kı 11 ev kö­çü­rül­sə də, da­ha 23 ev sü­rüş­mə eh­ti­mal olu­nan əra­zi­də yer­lə­şir. Sü­rüş­mə və çök­mə isə da­vam edir. Bir ne­çə gün əv­vəl isə ey­ni əra­zi­də da­ha bö­yük su küt­lə­si var­dı. Sü­rüş­mə­nin konk­ret sə­bə­bi açıq­lan­ma­sa da, əra­zi­də apa­rı­lan geo­lo­ji kəş­fiy­yat iş­lə­ri so­na ça­tıb. 11 ai­lə üçün ay­rı­lan tor­paq sa­hə­si­nə gə­lin­cə, bu­ra­da ti­ki­lə­cək ev­lə­rin la­yi­hə-sme­ta sə­nəd­lə­ri ha­zır­la­na­raq təs­diq edi­lib. Sa­kin­lər öz he­sab­la­rı­na ya­şa­yış evi tik­mə­yin müm­kün ol­ma­dı­ğı­nı vur­ğu­la­yıb­lar. Am­ma bu­nun­la ya­na­şı, Kənd bə­lə­diy­yə­si­nin eh­ti­yat tor­paq fon­dun­dan 1 hek­tar yer ay­rı­lıb və ai­lə­lə­rin hər bi­ri­nə 6 sot tor­paq sa­hə­si ve­ri­lib. Əra­zi­yə Föv­qə­la­də Hal­lar Na­zir­li­yi­nin (FHN) Azər­döv­lət La­yi­hə İns­ti­tu­tu­nun və Döv­lət Tor­paq və Xə­ri­tə­çək­mə Ko­mi­tə­si­nin əmək­daş­la­rı ba­xış ke­çi­rib. Qeyd edək ki, ti­kin­ti­nin si­fa­riş­çi­si FHN-dir. Na­zir­lik tə­rə­fin­dən ti­kin­ti­yə nə vaxt baş­la­na­ca­ğı ba­rə­də də­qiq ta­rix bil­di­ril­mə­sə də, işə ya­xın gün­lər­də start ve­ri­lə­cə­yi bil­di­ri­lir. Kəş­fiy­yat məq­sə­di ilə qa­zıl­mış qu­yu­lar­da su­yun en­mə­si mü­şa­hi­də olu­nur. Ha­zır­da əra­zi­də qə­za və­ziy­yə­tin­də olan 35 ev var.
   
   
Tey­mur
"Ça­lı­şır­dı­lar mən mü­sa­bi­qə­ni tərk edim"
Sey­mur El­se­vər
   Gü­lüş ul­du­zu"ndan
   öz is­tə­yi ilə uzaq­la­şıb
   
   Ta­nın­mış pa­ro­di­ya­çı və mə­də­niy­yət ya­za­rı Sey­mur El­se­vər "Xə­zər" te­le­vi­zi­ya­sın­da ya­yım­la­nan "Gü­lüş ul­du­zu" mü­sa­bi­qə­si­ni öz is­tə­yi ilə tərk edib. Qə­ra­rı­nı dü­nən ax­şam can­lı efir­də elan edən S.El­se­vər "Me­dia fo­rum"a açıq­la­ma ve­rib.
   
   O, mün­sif­lər he­yə­ti ilə heç bir prob­le­mi ol­ma­dı­ğı­nı de­yib. Pa­ro­di­ya­çı in­di­yə qə­dər tut­du­ğu möv­qe və qa­zan­dı­ğı hör­mə­tin onun üçün da­ha qiy­mət­li ol­du­ğu­nu vur­ğu­la­yıb: "Öz ab­rı­mı qo­ru­maq məq­sə­di­lə be­lə bir qə­rar ver­dim. Ba­la­ca qar­da­şım­dan da ba­la­ca olan bir uşaq mə­nə söz atır­sa, elə bir yer­də qal­ma­ğı özü­mə sı­ğış­dır­mı­ram". Mü­sa­bi­qə­ni tərk et­mə­si­nin sə­bəb­lə­ri haq­qın­da da­nı­şan S.El­se­vər bil­di­rib ki, təş­ki­la­ti ba­xım­dan bir çox mə­sə­lə­lər ya­rım­çıq­dır: "Bu­ra­da, əv­və­la, bö­yük-ki­çik bi­lin­mir. Sə­mə­rə­li, key­fiy­yət­li məşq pro­se­si yox­dur. Bir tə­rəf­dən də ya­rı­şın ge­di­şin­də şərt­lər, oyun qay­da­la­rı də­yiş­di­ril­di". S.El­se­vər şərt­lə­rin də­yiş­di­ril­mə­si­ni əda­lət prin­sip­lə­ri­nə zidd sa­yır: "Təş­ki­lat­çı­lar de­yir­di­lər ki, də­yi­şik­lik­lər mü­sa­bi­qə­nin da­ha da ma­raq­lı keç­mə­si­nə, rə­qa­bə­tin art­ma­sı­na sə­bəb ola­caq. Am­ma mən dü­şü­nü­rəm ki, ma­ra­ğı, rə­qa­bə­ti ar­tır­maq yox, baş­qa məq­səd­lər gü­dü­lür. Əv­və­la, təş­ki­lat­çı­lar iş­ti­rak­çı­la­rın səs uğ­run­da di­diş­mə­si­ni is­tə­yir­lər. İkin­ci­si, ça­lı­şır­dı­lar mən mü­sa­bi­qə­ni tərk edim. Am­ma mən nə­in­ki çıx­mır­dım, hər həf­tə yük­sək SMS top­la­yır­dım. On­lar da mə­ət­təl qal­mış­dı­lar ki, bu ada­mı mü­sa­bi­qə­dən ne­cə kə­nar­laş­dı­raq. Ke­çən həf­tə iş­ti­rak­çı­lar tə­rə­fin­dən mə­nə psi­xo­lo­ji hü­cum da ha­zır­lan­dı. İki nə­fər otaq­dan adı­mı çək­mək­lə mə­nə qar­şı çıx­dı, iki nə­fər də zal­da əy­ləş­miş iş­ti­rak­çı­lar­dan mə­ni hə­dəf seç­di. Mən he­sab edi­rəm ki, bu adam­la­ra dil ve­rən var". S.El­se­vər mü­sa­bi­qə­nin nə ilə bi­tə­cə­yi­nin də bəl­li ol­ma­dı­ğı­nı de­yib: "Qa­li­bə ma­şın ve­ri­lə­cə­yi­ni de­yir­lər. Ma­şın ət­çə­kən ma­şın da ola bi­lər, toz­so­ran ma­şın da, qab­yu­yan da, av­to­mo­bil də... Di­gər mü­sa­bi­qə­lər­də ma­şın or­ta­ya qo­yu­lur. Bu­ra­da qa­li­bə ma­şın ve­ri­lə­cə­yi­ni de­yir­lər, am­ma efir­də nə bir rek­lam ge­dir, nə hər han­sı bir löv­hə vu­ru­lub, nə də av­to­mo­bi­li ve­rə­cək şir­kə­tin təm­sil­çi­si­ni gö­rü­rük". Pa­ro­di­ya­çı nə­ti­cə­si bəl­li ol­ma­yan mü­sa­bi­qə­də iş­ti­rak et­mək is­tə­mə­di­yi­ni de­yib.
   
Tey­mur
Gənc­lə­rin li­der­lik ba­ca­rı­ğı­na tə­kan
"Azər­bay­ca­nın Gənc­lər Fon­du Proq­ra­mı" ge­niş­lən­di­ri­lir
Av­ra­si­ya Əmək­daş­lıq Fon­du (AƏF) "Azər­bay­can Gənc­lər Fon­du Proq­ra­mı"nı ge­niş­lən­di­rir. Bu mü­na­si­bət­lə fond dü­nən Bey­nəl­xalq Mət­bu­at Mər­kə­zin­də mət­bu­at konf­ran­sı ke­çir­di.
   
   AƏF-in ic­ra­çı di­rek­to­ru Ca­mal Şah­ver­di­yev mə­lu­mat ver­di ki, rəh­bər­lik et­di­yi fond AGF proq­ra­mı­nı ge­niş­lən­di­rə­rək Azər­bay­ca­nın da­ha 6 re­gio­nun­da - Za­qa­ta­la, Bər­də, Də­və­çi, Bi­lə­su­var, Min­gə­çe­vir və Ba­kı­nın Sa­hil qə­sə­bə­sin­də hə­ya­ta ke­çir­mə­yə baş­la­ya­caq. Proq­ra­mın məq­sə­di bu re­gi­on­la­rın, elə­cə də ət­raf ra­yon­la­rın gənc­lə­ri­nin so­si­al prob­lem­lə­ri­ni araş­dır­maq və on­la­rın həll edil­mə­si­nə yar­dım gös­tər­mək­dir. Onu da qeyd edək ki, la­yi­hə Bir­ləş­miş Kral­lı­ğın XİN-i, ABŞ-ın Bey­nəl­xalq İn­ki­şaf Agent­li­yi, Lo­des­tar Fon­du və "Qa­ra­dağ Se­ment" şir­kə­ti­nin ma­liy­yə və öl­kə­mi­zin Gənc­lər və İd­man Na­zir­li­yi­nin stra­te­ji dəs­tə­yi­lə ger­çək­lə­şir: "Bu pro­ses proq­ra­mın ha­zır­kı iş­ti­rak­çı­la­rı­na ye­ni ya­ra­dı­la­caq qrant ko­mi­tə­lə­ri üçün tə­lim­çi və tə­li­mat­çı ol­maq hü­qu­qu ve­rən ser­ti­fi­kat­laş­dır­ma proq­ra­mı­nı və AƏF-ə gə­lə­cək proq­ram fəa­liy­yət­lə­rin­də məs­lə­hət ve­rə­cək yö­nəl­di­ci şu­ra­nın ya­ra­dıl­ma­sı­nı əha­tə edir". O əla­və et­di ki, AƏF 2005-ci ilin de­kab­rın­dan sö­zü­ge­dən proq­ra­mı hə­ya­ta ke­çi­rir. La­yi­hə­nin bi­rin­ci mər­hə­lə­sin­də Gən­cə, Göy­çay, Şə­ki, Qu­ba və Lən­kə­ran re­gi­on­la­rın­da gənc­lər fond­la­rı ya­ra­dı­lıb. Son­ra çı­xış edən la­yi­hə­nin rəh­bə­ri Qur­ban Kə­rim­bəy­li proq­ra­mın məq­səd­lə­ri ba­rə­sin­də da­nı­şa­raq bil­dir­di ki, məqsəd tə­lim­lər və ki­çik la­yi­hə­lər va­si­tə­si ilə gənc­lə­rin pe­şə­kar ida­rə­et­mə, li­der­lik ba­ca­rıq­la­rı­nın və bi­lik­lə­ri­nin ar­tı­rıl­ma­sı, on­la­rın fə­al və­tən­daş­lar ki­mi cə­miy­yət hə­ya­tın­da iş­ti­ra­ka cəlb edil­mə­si və so­si­al prob­lem­lə­rin həl­li­nə yö­nəl­miş tə­şəb­büs­lə­rin dəs­tək­lən­mə­si üçün im­kan­lar ya­rat­maq­dır.
   
   
Sey­mur Qa­sım­bəy­li
Ba­kı bux­ta­sı üzə­rin­dən kör­pü sa­lı­na­caq
Mu­sa Pə­na­hov: "Bu la­yi­hə ilə bağ­lı Ko­re­ya şir­kət­lə­ri ilə mü­za­ki­rə­lər apa­rı­lır"
Ba­kı­da nəq­liy­ya­tın hə­rə­kə­ti­ni tən­zim­lə­mək üçün hə­ya­ta ke­çi­ri­lən təd­bir­lər bu gün də da­vam et­di­ri­lir. Ey­ni za­man­da bu təd­bir­lər pla­nı­nın gə­lə­cək­də da­ha da ge­niş­lən­di­ril­mə­si nə­zər­də tu­tu­lur.
   Hə­min təd­bir­lər pla­nı­nın ara­sın­da ən bö­yük la­yi­hə­lər­dən bi­ri də Ba­kı bux­ta­sı üzə­rin­də kör­pü­nün ti­kin­ti­si­dir. Nəq­liy­yat Na­zir­li­yin­dən isə bil­di­ri­lir ki, uzun­lu­ğu 14 ki­lo­metr olan kör­pü­nün ti­kin­ti­si­nə təq­ri­bən 1,4 mil­yard dol­lar tə­ləb olu­nur. İn­di bu la­yi­hə ilə bağ­lı Ko­re­ya şir­kət­lə­ri ilə mü­za­ki­rə­lər apa­rı­lır. Nəq­liy­yat na­zi­ri­nin müa­vi­ni Mu­sa Pə­na­hov jur­na­list­lə­rə açıq­la­ma­sın­da bil­di­rib ki, şir­kət kör­pü­nü həm la­yi­hə­lən­di­rə­cək, həm ma­liy­yə­ləş­di­rə­cək, həm də is­tis­mar edə­cək. Mu­sa Pə­na­ho­vun söz­lə­ri­nə gö­rə, Azər­bay­can tə­rə­fi­nin in­ves­ti­si­ya­sı yox­dur və kör­pü­nü ti­kən şir­kət özü bu­nu hə­ya­ta ke­çi­rə­cək. Mu­sa Pə­na­hov həm­çi­nin bil­di­rib ki, şir­kət qoy­du­ğu pu­lu gö­tü­rən­dən son­ra kör­pü­dən is­ti­fa­də hü­qu­qu Azər­bay­ca­na ve­ri­lə­cək. Kör­pü­nün ti­kin­ti­si­nin isə 5 ilə ba­şa çat­dı­rı­la­ca­ğı proq­noz­laş­dı­rı­lır.
Tey­mur
Gən­cə­də nar­ko­man­la­rın sa­yı ar­tır
Sa­hil İs­ma­yı­lov: "Nar­ko­man­la­rın sa­yı­nın ilin so­nu­na­dək bir ne­çə də­fə ar­ta­ca­ğı eh­ti­mal olu­nur"
Gən­cə­də nar­ko­tik is­ti­fa­də­çi­lə­ri­nin yaş gös­tə­ri­ci­lə­ri aşa­ğı dü­şür. Bu va­si­tə­lə­rə alu­də olan­lar əsa­sən 20-25 yaş həd­din­də­dir­lər. Bu ba­rə­də "gan­ca.az" say­tı­na Gən­cə Şə­hər Nar­ko­lo­ji Dis­pan­se­rin baş hə­ki­mi Sa­hil İs­ma­yı­lov mə­lu­mat ve­rib.
   
   Onun söz­lə­ri­nə gö­rə, bir ne­çə il bun­dan əv­vəl nar­ko­tik­lər­lə bağ­lı qeydiyyata düşənlər 25-35 yaş ara­sın­da olan­lar idi­l­sə, in­di ək­sə­riy­yə­ti 24-25 ya­şın­da­kı gənc­lər­dir. Bu gös­tə­ri­ci­lər gənc nəs­lin bu mad­də­lə­rə alü­də­li­yi­nin art­dı­ğın­dan xə­bər ve­rir. Bu ge­diş­lə nar­ko­man­la­rın sa­yı­nın ilin so­nu­na­dək bir ne­çə də­fə ar­ta­ca­ğı eh­ti­mal olu­nur. O bil­di­rib ki, ötən il ər­zin­də dis­pan­ser­də 378 nə­fər xəs­tə qey­diy­yat­da olub. On­la­rın 36 nə­fə­ri hə­min il müa­yi­nə üçün mü­ra­ci­ət edib. 19 nə­fər isə qey­diy­yat­dan çı­xıb. Ha­zır­da isə 383 nə­fər qey­diy­yat­da­dır və bu ilin 5 ayı ər­zin­də Gən­cə­də 9 nə­fər ağır də­rə­cə­li nar­ko­tik mad­də is­ti­fa­də­çi­si ki­mi qey­diy­ya­ta alı­nıb, 2 nə­fər qey­diy­yat­dan çı­xıb.
   
   Be­lə bir ar­tı­mın ol­ma­sı­nın gə­lə­cək­də fə­la­kət­dən xə­bər ver­di­yi­ni söy­lə­yən baş hə­kim, apar­dı­ğı təx­mi­ni araş­dır­ma­la­ra əsa­sən mü­ra­ci­ət edən­lə­rin ha­zır­da nar­ko­man­la­rın çox az bir fai­zi­ni təş­kil et­di­yi­ni, hə­qi­qət­də bu ki­mi xəs­tə­lə­rin sa­yı­nın qey­diy­ya­ta alı­nan­dan azı iki də­fə çox ol­du­ğu­nu de­yir.
Zir­zə­mi­də mər­mi ta­pı­lıb
Nə­si­mi ra­yo­nu əra­zi­sin­də yer­lə­şən ya­şa­yış bi­na­sı­nın zir­zə­mi­sin­dən mər­mi ta­pı­lıb. Bu ba­rə­də ANS PRESS-ə Nə­si­mi Ra­yon Po­lis İda­rə­si­nin rə­is müa­vi­ni Va­qif Müs­lü­mov mə­lu­mat ve­rib.
   
   Rə­is müa­vi­ni bil­di­rib ki, mər­mi ra­yo­nun Mir­zə İb­ra­hi­mov 68 ün­va­nın­da yer­lə­şən iki­mər­tə­bə­li ya­şa­yış bi­na­sın­da (Xa­ri­ci İş­lər Na­zir­li­yi­nin ya­xın­lı­ğı) tə­mir iş­lə­ri apa­rı­lar­kən aş­kar edi­lib. Ta­pı­lan mər­mi pas­lı və­ziy­yət­də­dir və mən­zi­lin sa­hi­bi tə­rə­fin­dən aş­kar­la­nıb. Fakt­la bağ­lı Nə­si­mi Ra­yon Po­lis İda­rə­si­nin təh­qi­qat şö­bə­sin­də araş­dır­ma apa­rı­lır. Ha­di­sə ye­rin­də Föv­qə­la­də Hal­lar Na­zir­li­yi­nin əmək­daş­la­rı iş­lə­yir.
Oğur­luq­da təq­sir­lən­di­ri­lən iki Ba­kı sa­ki­ni həbs olu­nub
Ba­kı­nın Su­ra­xa­nı ra­yo­nun­da oğur­luq­da təq­sir­lən­di­ri­lən Ba­kı sa­kin­lə­ri, 20 yaş­lı İl­ham Xu­di­yev və 19 yaş­lı El­də­niz Məm­mə­dov tu­tu­lub­lar.
   
   Su­ra­xa­nı Ra­yon Po­lis İda­rə­sin­dən APA-ya ve­ri­lən mə­lu­ma­ta gö­rə, sax­la­nı­lan şəxs­lər ev­lər­dən oğur­luq et­mək­də təq­sir­lən­di­ri­lir­lər. On­la­rın ba­rə­sin­də Ci­na­yət Mə­cəl­lə­si­nin 177-ci (oğur­luq) mad­də­si ilə ci­na­yət işi baş­la­nı­lıb, araş­dır­ma apa­rı­lır.
 
 
spacer
  Copyright (c) 2008 Bütün haqqları qorunur.
Content by azDesign.ws