Menyu
spacer


spacer
spacer
spacer spacer
spacer spacer
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
Pre­zi­dent­li­yə na­mi­zəd­lər mət­bu­at­la iş­lə­mə­yə ma­raq gös­tər­mir­lər
Baş re­dak­tor­lar de­yir ki, reklamla bağlı hə­lə mü­ra­ci­ət edən yox­dur
Pre­zi­dent seç­ki­lə­ri­nin təb­li­ğat-təş­vi­qat kam­pa­ni­ya­sı­na start ve­ril­dik­dən son­ra göz­lə­ni­lir­di ki, mət­bu­at or­qan­la­rın­da, qə­zet­lər­də na­mi­zəd­lə­rin ödə­niş­li şərt­lər­lə rek­lam­la­rı dərc olu­na­caq. Am­ma seç­ki­lə­rə bir ay­dan az vaxt qal­ma­sı­na bax­ma­ya­raq pre­zi­dent­li­yə id­dia­lı şəxs­lə­rin qə­zet­lər­lə əmək­daş­lı­ğı nə­zə­rə­çar­pa­caq də­rə­cə­də gö­rün­mür.
   
   Rek­lam ma­te­ri­al­la­rı pul­suz ol­du­ğu­na gö­rə an­caq rəs­mi qə­zet­lər­də öz ək­si­ni ta­pır. Müs­tə­qil KİV-də, qə­zet sə­hi­fə­lə­rin­də isə na­mi­zəd­lə­rin təb­li­ğat ma­te­ri­al­la­rı gö­zə dəy­mir. Bu­nun sə­bə­bi nə­dir? Na­mi­zəd­lə­rin mad­di im­kan­la­rı məh­dud­dur, yox­sa qə­zet­lə­rə rek­lam ver­mək ma­ra­ğın­da de­yil­lər? Bəl­kə qə­zet­lər na­mi­zəd­lər­lə iş­lə­mək is­tə­mir­lər?
   "Ba­kı-Xə­bər" qə­ze­ti­nin baş re­dak­to­ru Ay­dın Qu­li­yev mə­sə­lə­yə mü­na­si­bət bil­di­rər­kən de­yib ki, bu­ra­da qə­zet­lər­lə bağ­lı prob­lem yox­dur. Onun söz­lə­ri­nə gö­rə, na­mi­zəd­lə­rin rek­lam ma­te­ri­al­la­rı­nın qə­zet­lər­də çap olun­ma­sı qar­şı­lıq­lı ra­zı­laş­ma əsa­sın­da or­ta­ya qo­yu­lan biz­nes la­yi­hə­si­dir: "Han­sı­sa biz­nes la­yi­hə­si­nin də iki tə­rə­fi olur və tə­rəf­lə­rin də hər bi­ri möv­qe­yi­ni, şərt­lə­ri­ni açıq­la­yır­lar. Konk­ret ola­raq bu mə­sə­lə­də qə­zet­lər öz şərt­lə­ri­ni açıq şə­kil­də bə­yan edib­lər. İs­tər "Ba­kı-Xə­bər", is­tər "Şərq" is­tər­sə də di­gər qə­zet­lər təb­li­ğat kam­pa­ni­ya­sı baş­la­maz­dan əv­vəl MSK-ya mü­ra­ci­ət edə­rək na­mi­zəd­lər­lə əmək­daş­lıq et­mək is­tək­lə­ri­ni bil­di­rib­lər. Rek­lam ta­rif­lə­ri ilə bağ­lı da elan­lar ve­ri­lib. Gö­rü­nür, na­mi­zəd­lər rek­lam ver­mək niy­yə­tin­də və ya­xud da iq­ti­da­rın­da de­yil­lər. Na­mi­zəd­lə­rin mət­bu­at­da təb­liğ olun­ma­sı­na bu qə­dər la­qeyd mü­na­si­bət gös­tər­mə­si tə­bii ki, mü­əy­yən sə­bəb­lə­rə söy­kə­nir. Gö­rü­nür, on­lar üçün seç­ki­nin han­sı nə­ti­cə­ni ve­rə­cə­yi əhə­miy­yə­ti, seç­ki­lər­lə bağ­lı ma­ra­ğı yox­dur". Ta­rif­lər­də də­yi­şik­li­yi müm­kün sa­yan A.Qu­li­yev de­yib ki, na­mi­zəd­lər məb­ləğ­lə ra­zı­laş­ma­say­dı­lar, ən azın­dan mü­ra­ci­ət edə bi­lər­di­lər: "Tə­əs­süf ki, na­mi­zəd­lər hət­ta ta­rif­lə­rin on­la­rı qa­ne edib-et­mə­mək mə­sə­lə­si­nə də re­ak­si­ya ver­mə­di­lər".
   "525-ci qə­zet"in baş ya­za­rı Rə­şad Mə­cid isə na­mi­zəd­lə­rin rek­lam ver­mə­mə­si­nin bir sə­bə­bi ki­mi qə­zet­lər­də ta­rif­lə­rin yük­sək ol­ma­sı­nı gös­tə­rib: "Dü­şü­nü­rəm ki, te­le­vi­zi­ya­da, qə­zet­lər­də rek­lam ve­ril­mə­si mad­di ba­xım­dan ba­ha­dır. Mən­cə, bu sə­bəb­dən də na­mi­zəd­lər rek­lam ma­te­ri­al­la­rı­nı çap mət­bua­tın­da ver­mək­dən im­ti­na edir­lər". Ta­rif­lə­rin ar­tıq MSK-ya təq­dim olun­du­ğu­nu vur­ğu­la­yan R.Mə­cid söy­lə­yib ki, rəh­bər­lik et­di­yi mət­bu or­qan ən aşa­ğı məb­lə­ği tə­yin edib: "Bu­na bax­ma­ya­raq mü­ra­ci­ət edən yox­dur. Ola bil­sin ki, na­mi­zəd­lər əha­li ilə gö­rüş­lə­rə da­ha çox və­sa­it ayı­rır. Bu sə­bəb­dən də mət­bu­at­la iş­lə­mə­yə ma­raq gös­tər­mir­lər".
   Na­mi­zəd­lər isə mə­sə­lə­ni baş­qa ar­qu­ment­lər­lə izah et­mə­yə ça­lı­şır­lar. Pre­zi­dent­li­yə id­dia­lı, Bü­töv Azər­bay­can Xalq Cəb­hə­si Par­ti­ya­sı­nın səd­ri Qüd­rət Hə­sən­qu­li­ye­vin seç­ki qə­rar­ga­hı­nın rəh­bə­ri El­çin Mir­zə­bəy­li "Şərq"in əmək­da­şı ilə söh­bə­tin­də bil­di­rib ki, on­lar qə­zet­lə­rə rek­lam ver­mə­yi okt­yabr ayı­nın əv­vəl­lə­ri­nə plan­laş­dı­rıb­lar. O, mət­bua­ta rek­lam ve­ril­mə­si ilə əla­qə­dar cid­di prob­lem­lə­ri­nin ol­ma­dı­ğı­nı da söy­lə­yib: "Hər hal­da qə­zet­lər­də Qüd­rət Hə­sən­qu­li­ye­vin təb­li­ğat ma­te­ri­al­la­rı əks olu­na­caq və cə­miy­yət bu­nu gö­rə­cək. He­sab edi­rəm ki, sə­bəb­lər­dən bi­ri də mət­bua­tın özü­nün möv­cud prob­lem­lə­ri­dir. Hər bir na­mi­zəd seç­ki fon­dun­da olan və­sa­it­lə­rin düz­gün is­ti­qa­mət­də xərc­lən­mə­si­nə önəm ve­rir. Dü­şü­nür ki, mən han­sı­sa qə­ze­tə rek­lam ve­ri­rəm. Bu mə­nə nə qə­dər di­vi­dend gə­ti­rə­cək. Və ya­xud da rek­lam ver­di­yim qə­ze­tin oxu­cu küt­lə­si, nü­fu­zu han­sı sə­viy­yə­də­dir. Tə­bii ki, hər kə­sin mə­sə­lə­yə özü­nə­məx­sus ya­naş­ma­sı var. Biz də ümu­mi qay­da­da, əl­də et­di­yi­miz mə­lu­mat­la­ra uy­ğun hə­rə­kət edi­rik. Həm­çi­nin qeyd et­mə­li­yəm ki, bir çox mət­bu­at or­qan­la­rı­nın rek­lam ma­te­ri­al­la­rı ver­mək­lə əla­qə­dar MSK-ya mü­ra­ciə­ti ol­ma­yıb. Mə­lum­dur ki, sent­yabr ayı­nın 4-nə ki­mi MSK-ya mək­tub gön­dər­mə­yən qə­zet­lər ödə­niş­li si­ya­si rek­lam­lar yer­ləş­di­rə bil­məz­lər. Bu da bar­yer ya­ra­dan amil­lər­dən bi­ri­dir". BAXCP səd­ri­nin mət­bu­at­la əmək­daş­lıq et­di­yi­ni de­yən E.Mir­zə­bəy­li qeyd edib ki, Q.Hə­sən­qu­li­yev bun­dan son­ra da ödə­niş­siz və ödə­niş­li qay­da­da əmək­daş­lı­ğı­nı da­vam et­di­rə­cək.
   Pre­zi­dent­li­yə da­ha bir na­mi­zəd, Bö­yük Qu­ru­luş Par­ti­ya­sı­nın baş­qa­nı Fa­zil Qə­zən­fə­roğ­lu 4 qə­zet­də rek­lam ma­te­ria­lı­nın dərc olun­du­ğu­nu söy­lə­yib: "Di­gər qə­zet­lər­lə də mü­qa­vi­lə bağ­lan­ma­lı­dır. "Ye­ni Mü­sa­vat" qə­ze­ti ilə əmək­daş­lıq­da il­kin ad­dım­lar atı­lıb. Fik­ri­miz­də var ki, "Şərq" qə­ze­ti ilə də mü­qa­vi­lə bağ­la­yaq. Öl­kə­də olan po­pul­yar qə­zet­lər­də heç ol­ma­sa bir-iki nöm­rə­də rek­la­mı­mı­zın get­mə­yi­ni is­tə­yi­rik. Həm­çi­nin de­mə­li­yəm ki, bu qiy­mət­lər­lə də ası­lı olan bir mə­sə­lə­dir. Rek­lam ta­rif­lə­ri qa­nee­di­ci ol­ma­sa da, biz nü­fuz­lu qə­zet­lə­rin fəa­liy­yə­tin­dən is­ti­fa­də et­mə­li­yik. On­la­rın təb­li­ğat im­kan­la­rın­dan ya­rar­lan­maq na­mi­zəd üçün va­cib­dir".
   
Anar Bay­ra­moğ­lu
Nu­ru Pa­şa Fon­du­nun ya­ra­dıl­ma­sı gün­dəm­də­dir
İs­ma­yıl Ağa­yev: "Ar­tıq Tür­ki­yə­də sə­nəd­lə­rin top­lan­ma­sı is­ti­qa­mə­tin­də iş­lər apa­rı­lır"
Azər­bay­can­da Nu­ru Pa­şa Mər­kə­zi və bu­nun nəz­din­də fon­dun ya­ra­dıl­ma­sı is­ti­qa­mə­tin­də iş­lər da­vam et­di­ri­lir. Qeyd edək ki, bir müd­dət bun­dan ön­cə Ba­kı­nın azad edil­mə­si­nin 90 il­lik yu­bi­le­yi mü­na­si­bə­ti­lə öl­kə­mi­zə gə­lən Ən­vər pa­şa­nın ye­ga­nə va­ri­si Ar­zu Ən­vər bu­ra­da olan za­man bir çox gö­rüş­lər ke­çir­di.
   
   O, Dün­ya Azər­bay­can­lı­la­rı Konq­re­sin­də (DAK) olar­kən DAK nü­ma­yən­də­lə­ri Nu­ru Pa­şa Fon­du­nun ya­ra­dıl­ma­sı ide­ya­sı­nı gün­də­mə gə­ti­rib­lər. A.Ən­vər isə bu­nu müs­bət qar­şı­la­dı­ğı­nı bil­di­rə­rək, tə­sis­çi­lər­dən ol­ma­ğa ra­zı­lıq ve­rib. Fon­dun həm­tə­sis­çi­lə­rin­dən olan DAK-ın Azər­bay­can nü­ma­yən­də­li­yi­nin səd­ri İs­ma­yıl Ağa­yev "Şərq"ə açıq­la­ma­sın­da bil­di­rib ki, ar­tıq Tür­ki­yə­də sə­nəd­lə­rin top­lan­ma­sı is­ti­qa­mə­tin­də iş­lər apa­rı­lır: "Nu­ru Pa­şa Mər­kə­zi­nin Tür­ki­yə təm­sil­çi­si Ar­zu Ən­vər­dir. Mən Tür­ki­yə ilə mü­tə­ma­di ola­raq əla­qə sax­la­yı­ram. Ora­dan bil­dir­di­lər ki, la­zı­mi sə­nəd­lər Tür­ki­yə­nin Əd­liy­yə Na­zir­li­yi­nə gön­də­ri­lib. Biz də öh­də­mi­zə dü­şən iş­lə­ri bu­ra­da gö­rü­rük. Sə­nəd­lə­ri top­la­yı­rıq, ya­xın gün­lər­də qey­diy­yat üçün Əd­liy­yə Na­zir­li­yi­nə təq­dim edə­cə­yik". Tə­sis­çi­lə­rin Tür­ki­yə­də Nu­ru pa­şa və Ən­vər pa­şa­nın ai­lə üzv­lə­ri­nin ola­ca­ğı­nı de­yən İ.Ağa­yev bil­di­rib ki, Azər­bay­can­da­kı həm­tə­sis­çi­lər isə özü və mil­lət və­ki­li Gü­lər Əh­mə­do­va­dır. Mər­kə­zin gə­lə­cək fəa­liy­yət is­ti­qa­mət­lə­ri haq­qın­da mə­lu­mat ve­rən həm­tə­sis­çi vur­ğu­la­yıb ki, 1918-ci il­dən üzü bu ya­na xal­qı­mı­zın ba­şı­na gə­ti­ri­lən fə­la­kət­lər is­ti­qa­mə­tin­də araş­dır­ma­lar apa­rı­la­caq: "Ye­ni ki­tab­la­rın nəşr olun­ma­sı, qon­dar­ma er­mə­ni soy­qı­rım­la­rı­nın if­şa edil­mə­si ilə əla­qə­dar film­lə­rin çə­kil­mə­si plan­laş­dı­rı­lır. Mə­lum­dur ki, mən­fur er­mə­ni­lər türk­lə­rin on­la­ra qar­şı soy­qı­rım et­di­yi­ni dün­ya­ya bə­yan et­mək niy­yə­tin­də­dir­lər. Hal­bu­ki er­mə­ni­lər biz türk­lə­ri soyq­rı­ma, ter­ro­ra mə­ruz qo­yub­lar. Biz düş­mən­lə­rin qon­dar­ma id­dia­la­rı­nı if­şa et­mək is­tə­yi­rik. Bey­nəl­xalq aləm bil­mə­li­dir ki, gü­nah­lı kim­dir, gü­nah­sız kim­dir. Ey­ni za­man­da Tür­ki­yə-Azər­bay­can mü­na­si­bət­lə­ri­nin da­ha da yax­şı­laş­ma­sın­da fond öz kö­mək­li­yi­ni gös­tə­rə­cək. Mər­kəz va­si­tə­si­lə Tür­ki­yə və Azər­bay­can di­as­por­la­rı­nın ya­xın­laş­ma­sı is­ti­qa­mə­tin­də töh­fə­mi­zi ve­rə­cə­yik".
   
   
Anar
TQDK ali və or­ta mək­təb mü­əl­lim­lə­ri üçün se­mi­nar­lar təş­kil edir
Tə­lə­bə Qə­bu­lu üz­rə Döv­lət Ko­mis­si­ya­sı (TQDK) test tər­ti­bi me­to­di­ka­sı­nı tək­mil­ləş­dir­mək və növ­bə­ti təd­ris ili üçün qə­bul im­ta­han­la­rı­na ha­zır­lıq işi­ni hə­ya­ta ke­çir­mək məq­sə­di­lə ali və or­ta mək­təb mü­əl­lim­lə­ri üçün se­mi­nar­lar təş­kil edir.
   TQDK-dan "Şərq"ə ve­ri­lən mə­lu­ma­ta gö­rə, okt­yabr ayı­nın 1-dən start ve­ri­lə­cək el­mi-me­to­di­ki se­mi­nar­lar­da ali mək­təb­lə­rə qə­bul za­ma­nı is­ti­fa­də olu­nan test blank­la­rı­nın ha­zır­lan­ma­sı tex­no­lo­gi­ya­sı öy­rə­di­lə­cək. El­mi-me­to­dik mər­kəz­lə­rin mü­tə­xəs­sis­lə­rin də də­vət olun­du­ğu se­mi­nar­da ay­rı-ay­rı fənn məş­ğə­lə­lə­ri­nin ke­çi­ril­mə­si nə­zər­də tu­tu­lub. Məş­ğə­lə­lər 11 fənn üz­rə hə­ya­ta ke­çi­ri­lə­cək. Bun­lar ana di­li və ədə­biy­yat, in­gi­lis, fran­sız, al­man, şərq dil­lə­ri, kim­ya, fi­zi­ka, ta­rix, bio­lo­gi­ya, coğ­ra­fi­ya və ri­ya­ziy­yat fən­lə­ri­dir.
   
Anar
El­mar Məm­məd­ya­ro­vun gö­rüş­lə­ri da­vam edir
Na­zir ABŞ Döv­lət De­par­ta­men­ti­nin in­san al­ve­ri ilə mü­ba­ri­zə üz­rə ofi­sin rəh­bə­ri, sə­fir Mark La­qon ilə gö­rü­şüb
BMT Baş As­samb­le­ya­sı­nın 63-cü ses­si­ya­sı çər­çi­və­sin­də gö­rüş­lə­ri­ni da­vam et­di­rən Azər­bay­ca­nın Xa­ri­ci Si­ya­sət İda­rə­si­nin rəh­bə­ri El­mar Məm­məd­ya­rov ABŞ Döv­lət De­par­ta­men­ti­nin in­san al­ve­ri ilə mü­ba­ri­zə üz­rə ofi­sin rəh­bə­ri, sə­fir Mark La­qon ilə gö­rü­şüb.
   XİN-in mət­bu­at xid­mə­ti­nin rəh­bə­ri Xə­zər İb­ra­hi­min "Şərq"ə ver­di­yi mə­lu­ma­ta gö­rə, gö­rüş­də Azər­bay­can­la ABŞ ara­sın­da in­san al­ve­ri­nə qar­şı mü­ba­ri­zə sa­hə­sin­də əmək­daş­lıq mü­za­ki­rə olu­nub. Na­zir miq­ra­si­ya sa­hə­sin­də Azər­bay­can­da gö­rü­lən iş­lər haq­qın­da da­nı­şa­raq qə­bul olun­muş qa­nun­la­rı və ya­ra­dıl­mış Döv­lət Miq­ra­si­ya Xid­mə­ti­ni nü­mu­nə ki­mi gös­tə­rib. ABŞ tə­rə­fi isə bu sa­hə­də əl­də et­di­yi təc­rü­bə­lə­ri­ni Azər­bay­can­la bö­lü­şə­cə­yi­ni vəd edib. El­mar Məm­məd­ya­rov Baş As­samb­le­ya­nın ses­si­ya­sı çər­çi­və­sin­də, həm­çi­nin Av­ro­pa Şu­ra­sı­na üzv olan öl­kə­lə­rin və İq­ti­sa­di Əmək­daş­lıq Təş­ki­la­tı­nın (EKO) XİN baş­çı­la­rı­nın gö­rü­şün­də də iş­ti­rak edib.
Vü­sa­lə
Mi­si­rin bi­rin­ci xa­nı­mı Ba­kı sə­fə­rin­dən məm­nun­dur
Qo­naq qa­dın prob­lem­lə­ri­nin həl­li ilə bağ­lı Azər­bay­can tə­rə­fi ilə əmək­daş­lı­ğa ha­zır ol­du­ğu­nu bil­di­rib
Azər­bay­can­da sə­fər­də olan Mi­si­rin bi­rin­ci xa­nı­mı Syu­zan Mü­ba­rək dü­nən Ai­lə, Qa­dın və Uşaq Prob­lem­lə­ri üz­rə Döv­lət Ko­mi­tə­si­nin səd­ri Hic­ran Hü­sey­no­va ilə gö­rü­şüb.
   
   Gö­rüş­də Hic­ran Hü­sey­no­va Azər­bay­can­da qa­dın­la­rın hü­quq­la­rı­nın qo­run­ma­sı sa­hə­sin­də gö­rü­lən iş­lər­dən da­nı­şıb. Həm­çi­nin o, Mi­si­rin bi­rin­ci xa­nı­mı­nın dün­ya­da qa­dın­la­ra qar­şı zo­ra­kı­lı­ğın qar­şı­sı­nın alın­ma­sı is­ti­qa­mə­tin­də gör­dü­yü iş­lə­ri də yük­sək qiy­mət­lən­di­rib. Azər­bay­ca­na sə­fər et­mə­sin­dən məm­nun ol­du­ğu­nu bil­di­rən Mi­si­rin bi­rin­ci xa­nı­mı Syu­zan Mü­ba­rək bu sə­fə­ri­nin iki öl­kə ara­sın­da əla­qə­lə­rin da­ha da sıx­laş­ma­sı­na töh­fə ve­rə­cə­yi­nə əmin­li­yi­ni ifa­də edib. Azər­bay­can­da ge­dən in­ki­şa­fın şa­hi­di ol­du­ğu­nu qeyd edən qo­naq qa­dın prob­lem­lə­ri­nin həl­li ilə bağ­lı Azər­bay­can tə­rə­fi ilə əmək­daş­lı­ğa ha­zır ol­du­ğu­nu da bil­di­rib. Qeyd edək ki, Mi­si­rin bi­rin­ci xa­nı­mı ilə ke­çi­ri­lən gö­rüş­də TQDK-nın səd­ri Mə­ley­kə Ab­bas­za­də, MM-in İn­san hü­quq­la­rı dai­mi ko­mis­si­ya­sı­nın səd­ri Rə­biy­yət As­la­no­va və di­gər qa­dın mil­lət və­kil­lə­ri iş­ti­rak edib­lər.
Vü­sa­lə
Na­zir də eti­raf edir
Azər­bay­can­da olan cə­za­çək­mə mü­əs­si­sə­lə­ri müa­sir stan­dart­la­ra ca­vab ver­mir
Azər­bay­canda olan cə­za­çək­mə mü­əs­si­sə­lə­ri müa­sir stan­dart­la­ra ca­vab ver­mir.
   
   APA-nın mə­lu­ma­tı­na gö­rə, bu söz­lə­ri Azər­bay­ca­nın əd­liy­yə na­zi­ri Fik­rət Məm­mə­dov Tür­ki­yə­li həm­ka­rı Meh­met Əli Şa­hin­lə ötən gün ke­çir­di­yi gö­rüş­də de­yib. Azər­bay­can­da olan cə­za­çək­mə mü­əs­si­sə­lə­ri­nin bö­yük ək­sə­riy­yə­ti­nin so­vet dö­nə­min­dən qal­dı­ğı­nı vur­ğu­la­yan na­zir on­la­rın müa­sir stan­dart­la­ra ca­vab ver­mə­di­yi­ni vur­ğu­la­yıb. O, ar­tıq Nax­çı­van Mux­tar Res­pub­li­ka­sın­da (MR) müa­sir stan­dart­la­ra ca­vab ve­rən ye­ni cə­za­çək­mə mü­əs­si­sə­si­nin is­ti­fa­də­yə ve­ril­di­yi­ni və ana­lo­ji təd­bir­lə­rin öl­kə­nin bü­tün əya­lət­lə­rin­də apa­rı­la­ca­ğı­nı bil­di­rib. Tü­ki­yə­nin əd­liy­yə na­zi­ri Meh­met Əli Şa­hin də öz növ­bə­sin­də Nax­çı­van­da is­ti­fa­də­yə ve­ri­lən cə­za­çək­mə mü­əs­si­sə­si­nə baş çə­kə­cə­yi­ni bil­di­rib.
Mək­təb­lər­də bi­li­yin qiy­mət­lən­di­ril­mə­si də­yiş­di­ri­lə­cək
Vur­ğun Əy­yub:
   "Or­ta mək­təb­lər­də­ki
   qiy­mət­lən­dir­mə
   sis­te­mi qü­sur­lu­dur"
   
   Ham­let İsa­xan­lı:
   "Gün­də­lik qiy­mət­lən­dir­mə­də tə­sa­düf­lər ola bi­lər"
   
   Eti­bar Əliyev:
   "Şa­gird­lər da­ha çox test­lə­rə ha­zır­la­şır, nə­in­ki mək­təb proq­ra­mı­nı öy­rə­nir­lər"
   
   
   Təh­sil Na­zir­li­yi növ­bə­ti təd­ris ilin­dən or­ta mək­təb­lər­də gün­də­lik qiy­mət­lən­dir­mə sis­te­mi­ni ləğv et­mə­yə ha­zır­la­şır. Bu ye­ni­li­yi me­dia­ya açıq­la­yan təh­sil na­zi­ri Mi­sir Mər­da­nov bil­di­rib ki, şa­gird­lər ənə­nə­vi gün­də­lik­lər­dən da­ha is­ti­fa­də et­mə­yə­cək­lər. Na­zi­rin söz­lə­ri­nə gö­rə, mü­əl­li­min sub­yek­tiv fik­ri­nə əsas­la­nan gün­də­lik qiy­mət­lən­dir­mə sis­te­mi şa­gird­lə­rin təh­si­lə ma­ra­ğı­nı ar­tır­maq əvə­zi­nə, azal­dır.
   
   Şa­gird­lər mək­tə­bə elm öy­rən­mə­yə de­yil, qiy­mət al­maq xa­ti­ri­nə gə­lir. Na­zir köh­nə sis­te­mi han­sı ye­ni sis­te­min əvəz­lə­yə­cə­yi­nə konk­ret­lik gə­tir­mə­yib. Qeyd edib ki, şa­gird nai­liy­yət­lə­ri­nin qiy­mət­lən­di­ril­mə­si sis­te­min­də kök­lü də­yi­şik­lik­lə­ri nə­zər­də tu­tan ye­ni me­xa­nizm­lər ha­zır­kı təd­ris ili ər­zin­də ha­zır­la­na­caq, 2009-2010-cu təd­ris ilin­dən isə onun sı­naq­dan ke­çi­ril­mə­si­nə baş­la­na­caq. Qeyd edək ki, şa­gird nai­liy­yət­lə­ri­nin qiy­mət­lən­di­ril­mə­sin­də key­fiy­yə­tin yük­səl­dil­mə­si mə­sə­lə­si elə-be­lə or­ta­ya çıx­ma­yıb. Bu mə­sə­lə sra­ğa­gün Təh­sil Na­zir­li­yi ilə Dün­ya Ban­kı ara­sın­da im­za­lan­mış kre­dit sa­zi­şi üz­rə la­yi­hə­yə da­xil­dir. Yə­ni şa­gird nai­liy­yət­lə­ri­nin qiy­mət­lən­di­ril­mə­sin­də­ki is­la­hat­la­rın bir his­sə­si Dün­ya Ban­kı­nın ayır­dı­ğı kre­dit­lər he­sa­bı­na hə­ya­ta ke­çi­ri­lə­cək. Bəs ye­ni qiy­mət­lən­dir­mə sis­te­mi şa­gird­lə­rə nə ve­rə­cək və ümu­mi­lik­də təh­sil sa­hə­sin­də han­sı müs­bət is­la­hat­la­ra gə­ti­rib çı­xa­ra­caq? Mə­sə­lə ət­ra­fın­da təh­sil sa­hə­si üz­rə bir ne­çə mü­tə­xəs­sis fik­ri­ni öy­rən­dik.
   TQDK-nın sa­biq səd­ri Vur­ğun Əy­yub:
   - Or­ta mək­təb­lər­də tət­biq olu­nan qiy­mət­lən­dir­mə sis­te­mi, tə­bii ki, qü­sur­lu­dur. Qiy­mət­lən­dir­mə sis­te­mi də­yiş­mə­li­dir, an­caq han­sı üsul tət­biq edi­lə­cək, hə­lə ki, bu ba­rə­də da­nı­şan yox­dur. Me­xa­nizm or­ta­da ol­ma­lı­dır ki, onun ət­ra­fın­da da fi­kir mü­ba­di­lə­si apa­rıl­sın, mü­za­ki­rə­lər açıl­sın. Müx­tə­lif va­ri­ant­lar tək­lif olu­nur. Bə­zi­si de­yir ki, şa­gird­lər han­sı­sa böl­mə­ni ba­şa vur­duq­dan son­ra test üsu­lu ilə qiy­mət­lən­di­ril­sin. An­caq bu­ra­da da mü­əl­lim­lə­rin sub­yek­tiv­li­yə əsas­lan­ma­ya­ca­ğı­na kim zə­ma­nət ve­rə bi­lər? Mü­əl­lim­lə­rin sub­yek­ti­viz­mi­ni han­sı­sa üsu­lu də­yi­şib ye­ri­nə baş­qa­sı­nı tət­biq et­mək­lə də­yiş­mək müm­kün de­yil. Bu­nun üçün ilk növ­bə­də tə­fək­kür də­yiş­mə­li­dir. Av­ro­pa öl­kə­lə­rin­də­ki li­sey və kol­lec­lər­də bi­li­yin qiy­mət­lən­di­ril­mə­sin­də tam sər­bəst­lik­dir. Çün­ki Av­ro­pa­da təh­si­lə ba­xış fərq­li­dir.
   Xə­zər Uni­ver­si­te­ti­nin rek­to­ru, pro­fes­sor Ham­let İsa­xan­lı:
   - Qiy­mət­lən­dir­mə sis­te­mi­nin də­yiş­mə­si çox ağır, də­rin mə­sə­lə­dir. Bu ilk il­lər­də mü­əy­yən mək­təb­lər­də pi­lot la­yi­hə ki­mi hə­ya­ta ke­çi­ril­mə­li­dir. Həm də aşa­ğı si­nif­lər­də. Çün­ki yu­xa­rı si­nif­lə­rə qalx­dıq­ca qiy­mət­lən­dir­mə­yə eh­ti­yac ya­ra­nır. Mə­sə­lən, İn­gil­tə­rə­də aşa­ğı si­nif şa­gird­lə­ri­nin rə­qəm­lə qiy­mət­lən­di­ril­mə­si prin­si­pi yox­dur. Ora­da yax­şı oxu­yan şa­gir­də "ul­duz" ve­ri­lir. Bir müd­dət keç­dik­dən son­ra qiy­mət­lən­dir­mə sis­te­mi də­yi­şir. Gün­də­lik qiy­mət­lən­dir­mə­də tə­sa­düf­lər ola bi­lər. Şa­gird bir gün dər­sə ha­zır­lıq­lı gə­lə bi­lər, o bi­ri gün ha­zır­lıq­sız gə­lər. Bi­zim Xə­zər Uni­ver­si­te­ti nəz­din­də "Dün­ya" mək­tə­bi fəa­liy­yət gös­tə­rir. Bu, mək­təb­də həf­tə­lik qiy­mət­lən­dir­mə­dir. Həm də mü­əl­lim­lər qiy­mə­ti şa­gir­də bil­dir­mir, mək­tub şək­lin­də onun va­li­dey­ni­nə gön­də­rir­lər. Çün­ki va­li­deyn öv­la­dı­nın han­sı fən­nə ma­ra­ğı ol­du­ğu­nu, han­sı fən­dən zə­if, han­sın­dan güc­lü ol­du­ğu­nu ha­mı­dan yax­şı bi­lir. An­caq bu me­tod aşa­ğı si­nif­lər­də - va­li­deyn uşaq­la da­ha çox məş­ğul ol­du­ğu, ona da­ha çox vaxt ayır­dı­ğı mər­hə­lə­də tət­biq olu­nur. Bu cür sis­tem tə­bii ki, yu­xa­rı si­nif­lə­rə tət­biq edi­lə bil­məz.
   "XXI əsr" Təh­sil Mər­kə­zi­nin rəh­bə­ri Eti­bar Əli­yev:
   - İn­ki­şaf et­miş öl­kə­lə­rin bir ço­xun­da, İn­gil­tə­rə­də, Ya­po­ni­ya­da şa­gird­lə­rin bi­li­yi­nin qiy­mət­lən­di­ril­mə­si uni­ver­sal əlif­ba­nın ilk beş hər­fi ilə apa­rı­lır. Hət­ta "a" hər­fi­nin üs­tün­də "ul­duz" işa­rə­si ilə qiy­mət­lən­dir­mə də var. Bu döv­lət­lə­rin təh­sil sis­te­min­də şa­gir­din bi­li­yi­nin tam qiy­mət­lən­di­ril­mə­si apa­rı­lır. Qiy­mət­lən­dir­mə­də ba­za bi­lik­lə­ri ilə ya­na­şı, es­se­lər, te­ma­tik, at­tes­ta­si­on və di­aq­nos­tik test­lər əsas gö­tü­rü­lür. Biz­də isə 5 bal­lıq qiy­mət­lən­dir­mə­dir. Və is­tə­ni­lən şa­gird or­ta mək­tə­bi "əla­çı" ki­mi bi­ti­rə bi­lər. Am­ma or­ta mək­tə­bi əla qiy­mət­lər­lə bi­tir­miş şa­gird­lə­rin 40 fai­zin­dən ço­xu qə­bul im­ta­han­la­rın­da yüksək bala mü­vəf­fəq ola bil­mir, bə­zən heç ke­çid ba­lı da top­la­ya bil­mir. Or­ta mək­tə­bin qiy­mət­lən­dir­mə­si ilə qə­bul­da­kı qiy­mət­lən­dir­mə ara­sın­da fərq bö­yük­dür. De­mə­li, or­ta mək­təb­lər­də­ki qiy­mət­lən­dir­mə­nin 80 fai­zi fal­si­fi­ka­si­ya­dır. Şa­gird­lər da­ha çox test­lə­rə ha­zır­la­şır, nə­in­ki mək­təb proq­ra­mı­nı öy­rə­nir­lər. Av­ro­pa­da hər han­sı mək­təb 15 fa­iz­dən ar­tıq at­tes­tat ve­rə bil­mir­sə, dər­hal bağ­la­nır. Biz­də be­lə bir hal müm­kün­dür­mü? İn­di­yə­dək han­sı­sa mək­tə­bin bağ­lan­dı­ğı­nı, cə­za­lan­dı­ğı­nı heç kim gör­mə­yib. Bu­nun bir əsas sə­bə­bi də və­tən­daş cə­miy­yə­ti­nin mək­təb­lə­rə bu­ra­xıl­ma­ma­sı­dır. Təh­sil Na­zir­li­yi isə öh­də­sin­də olan heç bir or­ta mək­tə­bi bağ­la­maz. Ona gö­rə də qiy­mət­lən­dir­mə sis­te­min­də han­sı is­la­hat­la­rın apa­rı­la­ca­ğı əsas de­yil, əsas stra­te­gi­ya­nın düz­gün qu­rul­ma­sı­dır.
   
Mə­la­hət Rza­ye­va
Pro­ku­ror­luq­dan "Ye­ni Mü­sa­vat"a xə­bər­dar­lıq edi­lib
Bu­na "Ba­kı­da ter­ror şa­yiə­si" baş­lıq­lı ya­zı sə­bəb olub
Dü­nən Ba­kı Şə­hər Pro­ku­ror­lu­ğu "Ye­ni Mü­sa­vat" qə­ze­ti­nə rəs­mi xə­bər­dar­lıq edib. Lent.az-ın xə­bə­ri­nə gö­rə, Pro­ku­ror­lu­ğun yay­dı­ğı rəs­mi mə­lu­mat­da bil­di­ri­lir ki, bu­na qə­ze­tin 24 sent­yabr 2008-ci il ta­rix­li sa­yın­da dərc edil­miş "Ba­kı­da ter­ror şa­yiə­si" baş­lıq­lı ya­zı sə­bəb olub.
   
   Hə­min ya­zı­da sent­yab­rın 23-də met­ro­nun 28 May stan­si­ya­sın­da part­la­yış baş ver­di­yi, son­ra isə bu mə­lu­ma­tın şa­yiə ol­du­ğu gös­tə­ri­lib. Qə­ze­tin baş re­dak­to­ru­nun 1-ci müa­vi­ni Azər Ay­xan və müx­bi­ri Mə­həb­bət Oru­cov bu­nun­la bağ­lı şə­hər Pro­ku­ror­lu­ğu­na də­vət edi­lib­lər. Hər iki şəxs söh­bət za­ma­nı bil­di­rib ki, bu ba­rə­də ta­nı­ma­dı­ğı adam­lar­dan eşi­dib­lər. Be­lə ki, hə­min ta­rix­də met­ro­da heç bir part­la­yış baş ver­mə­yib. Şə­hər Pro­ku­ror­lu­ğun­da Azər Ay­xa­na qa­nun po­zun­tu­la­rın­dan çə­kin­dir­mək məq­sə­di­lə rəs­mi xə­bər­dar­lıq edil­mək­lə, on­la­rın nə­zə­ri­nə çat­dı­rı­lıb ki, əha­li ara­sın­da ter­ror ak­tı­na da­ir bi­lə-bi­lə ya­lan şa­yiə­lə­rin ya­yıl­ma­sı yol­ve­ril­məz­dir və ci­na­yət mə­su­liy­yə­ti­nə sə­bəb olur. Azər Ay­xan Lent.az-a ver­di­yi açıq­la­ma­da bil­di­rib ki, Ba­kı Şə­hər Pro­ku­ror­lu­ğun­da on­lar­dan ya­zı­nın mən­bə­yi­ni so­ru­şub­lar: "La­kin biz bil­dir­dik ki, müx­bir yol­da ge­dər­kən bu­nun­la bağ­lı ca­maa­tın söh­bət­lə­ri­ni eşi­dib, son­ra bi­zə mə­lu­mat ve­rib. Biz də de­mi­şik araş­dır­sın, fakt­la­rı gə­tir­sin, yaz­sın. Be­lə də et­mi­şik".
   A.Ay­xan de­yib ki, rəs­mi xə­bər­dar­lıq olun­sa da, hə­min xə­bər­dar­lı­ğın nüs­xə­si ona ve­ril­mə­yib: "Mən də onun ar­xa­sı­na öz qeyd­lə­ri­mi ya­za­raq, bu cür xə­bər­dar­lı­ğa öz eti­ra­zı­mı bil­dir­dim. Bu, KİV-ə qar­şı bö­yük təp­ki­dir. Pro­ku­ror­luq or­qa­nı­nın bu cür mə­sə­lə­lə­rə re­ak­si­ya ver­mə­si təq­dir olun­ma­lı­dır, la­kin bu cür for­ma­da yox".
Nəs­rəd­din Tu­si kü­çə­si­nin sa­kin­lə­ri şi­ka­yət­çi­dir
On­la­rın ya­şa­dıq­la­rı əra­zi zi­bil­lik­lər­dən tə­miz­lən­mir
Xə­tai ra­yo­nun­da­kı Nəs­rəd­din Tu­si kü­çə­si­nin sa­kin­lə­ri kü­çə­də tə­miz­lik iş­lə­ri­nin apa­rıl­ma­ma­sın­dan na­ra­zı­dır.
   Şi­ka­yət­lə­ri­ni "Şərq"lə bö­lü­şən Tu­si 19, blok 10, mən­zil 105-də ya­şa­yan Əli­yev Ma­lik bil­di­rib ki, kü­çə­də tə­miz­lik işi­nə ca­vab­deh olan qu­rum­la­rın səh­lən­kar fəa­liy­yə­ti sa­kin­lə­ri çı­xıl­maz və­ziy­yət­də qo­yub: "Kü­çə­nin heç bir ye­rin­də tə­miz­lik işi apa­rıl­mır. İn­san­lar an­ti­sa­ni­ta­ri­ya və­ziy­yə­tin­də ya­şa­yır. Bu və­ziy­yət uşaq­la­rın da sağ­lam­lı­ğı­nı təh­lü­kə al­tın­da qo­yur. Ada­mın ağ­la­ma­ğı gə­lir. Hey­dər Əli­yev par­kı­nın ya­nın­da yer­lə­şən kü­çə­də be­lə acı­na­caq­lı və­ziy­yə­tin hökm sür­mə­si ayıb­dır". Şi­ka­yət­çi­nin söz­lə­ri­nə gö­rə, kü­çə­də abad­lıq iş­lə­ri də apa­rıl­mır: "Bir də­fə də ol­sun abad­lıq işi apar­ma­yıb­lar. Hər yer ça­la-çu­xur­dur. Ya­ğış möv­sü­mü baş­la­yan ki­mi hər ya­nı su ba­sır".
   
Nə­si­mi
Nax­çı­van­da hə­lak olan əs­gər­lə­rin me­yi­ti ai­lə­lə­ri­nə ve­ri­lib
Baş ver­miş ha­di­sə ilə bağ­lı hə­lə ci­na­yət işi açılmayıb
Sent­yab­rın 24-də Nax­çı­van Mux­tar Res­pub­li­ka­sın­da­kı "N" say­lı hər­bi his­sə­də tə­lim za­ma­nı tank­da baş ver­miş part­la­yış­la bağ­lı hə­lə ci­na­yət işi qal­dı­rıl­ma­yıb.
   Bu ba­rə­də qə­ze­ti­mi­zə Mü­da­fiə Na­zir­li­yi­nin mət­bu­at xid­mə­ti­nin rəh­bə­ri El­dar Sa­bi­roğ­lu mə­lu­mat ve­rib. O bil­di­rib ki, ha­zır­da na­zir­li­yin əmək­daş­la­rın­dan iba­rət xü­su­si ko­mis­si­ya baş ver­miş ha­di­sə­nin sə­bəb­lə­ri­ni araş­dı­rır. E.Sa­bi­roğ­lu qeyd edib ki, ha­di­sə za­ma­nı hə­lak olan­la­rın me­yi­ti ai­lə­lə­ri­nə təh­vil ve­ri­lib. Onun söz­lə­ri­nə gö­rə, əs­gər­lə­rin dəfn və yas mə­ra­sim­lə­ri­nin bü­tün xər­ci­ni Mü­da­fiə Na­zir­li­yi ödə­yə­cək.
   Xa­tır­la­daq ki, part­la­yış za­ma­nı hə­lak olan­lar tank­da 1989-cu il tə­vəl­lüd­lü, əs­gər Asif Hə­sən oğ­lu Oru­cov, 1989-cu il tə­vəl­lüd­lü, əs­gər Ra­uf İl­qar oğ­lu Məm­mə­dov və 1977-ci il tə­vəl­lüd­lü, gi­zir Ma­yis Ta­hir oğ­lu Abı­yev­dir.
Fir­dov­si
"Əbu-Bəkr"in ima­mı­na ca­vab ve­ril­di
Ya­qut Əli­ye­va: "Məs­ci­din na­maz üçün açıl­ma­sı hü­quq-mü­ha­fi­zə or­qan­la­rı­nın sə­la­hiy­yə­ti­nə aid­dir"
Ba­kı­nın Nə­ri­ma­nov ra­yo­nu əra­zi­sin­də­ki Cü­mə məs­ci­di­nin ("Əbu-Bəkr" məs­ci­di) ima­mı Qa­mət Sü­ley­ma­nın Ra­ma­zan bay­ra­mı­nın so­nun­cu cü­mə na­ma­zı və bay­ram na­ma­zı­nın məs­cid­də qı­lın­ma­sı­na ica­zə ve­ril­mə­si xa­hi­şi ilə Di­ni Qu­rum­lar­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nə et­di­yi mü­ra­ciə­tə ca­vab ve­ri­lib.
   
    Ko­mi­tə­nin mət­bu­at xid­mə­ti­nin rəh­bə­ri Ya­qut Əli­ye­va "Şərq"ə açıq­la­ma­sın­da bil­di­rib ki, Q.Sü­ley­ma­nın mü­ra­ciə­ti­nə ba­xıl­ma­sın­da DQİDK rol oy­na­mır. Sö­zü­ge­dən məs­cid ora­da is­tin­taq hə­rə­kət­lə­ri apa­rıl­ma­sı sə­bə­bi ilə bağ­la­nıb. Ha­zır­da is­tin­taq da­vam edir və bu­na gö­rə də Q.Sü­ley­man mü­ra­ciə­ti­ni hü­quq-mü­ha­fi­zə or­qan­la­rı­na ün­van­la­ma­lı­dır. Məs­ci­din na­maz üçün açıl­ma­sı hü­quq-mü­ha­fi­zə or­qan­la­rı­nın sə­la­hiy­yə­ti­nə aid­dir.
   
   Xa­tır­la­daq ki, Nə­ri­ma­nov ra­yo­nu Cü­mə məs­ci­di avqustun 17-də baş ver­miş ter­ror ha­di­sə­sin­dən son­ra is­tin­taq hə­rə­kət­lə­ri apa­rıl­ma­sı sə­bə­bi ilə bağ­lı qa­lır.
   
   
Mə­la­hət
100 ma­nat bor­ca gö­rə adam öl­dü­rüb
Göy­çay sa­ki­ni it­ti­ham olu­nur
Dü­nən Ağır Ci­na­yət­lə­rə Da­ir İş­lər üz­rə Məh­kə­mə­də ha­kim Ey­nul­la Və­li­ye­vin sədr­li­yi ilə qətl­də təq­sir­lən­di­ri­lən Göy­çay ra­yon sa­ki­ni Sə­nan Ta­hi­ro­vun işi üz­rə məh­kə­mə­nin ha­zır­lıq ic­la­sı ke­çi­ri­lib.
   
   S.Ta­hi­rov həm­yer­li­si Vü­sal Abi­do­vu qət­lə ye­tir­mək­də it­ti­ham edi­lir. İt­ti­ham ak­tı­na gö­rə, Sə­nan Vü­sa­la borc ver­di­yi 100 ma­na­tı ala bil­mə­di­yin­dən onu öl­dü­rüb. Pro­ses­də məh­kə­mə ba­xı­şı sent­yab­rın 27-nə tə­yin olu­nub.
Fir­dov­si
Sum­qa­yıt­da qa­da­ğan olun­muş di­ni ədə­biy­yat­lar aş­kar­la­nıb
Da­xi­li İş­lər Na­zir­li­yi­nin (DİN) Baş Ci­na­yət-Ax­ta­rış İda­rə­si və Sum­qa­yıt Şə­hər Po­lis İda­rə­si əmək­daş­la­rı­nın bir­gə ke­çir­dik­lə­ri əmə­liy­yat təd­bir­lə­ri nə­ti­cə­sin­də Sum­qa­yıt şə­hə­rin­də­ki ma­ğa­za­dan qa­da­ğan olun­muş di­ni ədə­biy­yat aş­kar­la­nıb.
   
   DİN mət­bu­at xid­mə­tin­dən "Şərq"ə ve­ri­lən mə­lu­ma­ta gö­rə, Sum­qa­yıt şə­hər 17-ci mik­ro­ra­yon əra­zi­sin­də, şə­hər sa­ki­ni Nə­ri­man Kə­ri­mo­vun iş­lət­di­yi "İs­lam Nu­ru" ma­ğa­za­sın­dan müx­tə­lif di­ni tə­ri­qət­lə­ri təb­liğ edən, qa­nun­la qa­da­ğan edil­miş 77 ədəd di­ni ki­tab aş­kar­la­na­raq gö­tü­rü­lüb.
 
 
spacer
  Copyright © 2008 Bütün haqqları qorunur.
Content by azDesign.ws