Menyu
spacer


spacer
spacer
spacer spacer
spacer spacer
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
Nef­tin qüd­rə­ti...
Müa­sir dün­ya­nın ida­rə edil­mə­sin­də "qa­ra qı­zıl"ın və onun qiy­mə­ti­nin ro­lu in­ka­ro­lun­maz fak­to­ra çev­ri­lib
Dün­ya­nın si­ya­sət və iq­ti­sa­diy­yat mə­ka­nın­da ma­raq­lı pro­ses­lə­rin cə­rə­yan et­di­yi mü­şa­hi­də olu­nur. Həm də, hər iki mə­kan­da cə­rə­yan edən pro­ses­lər bir-bi­ri­nə zən­cir­va­ri şə­kil­də bağ­lı ol­maq­la pa­ra­lel­lik təş­kil edir. Yə­ni, si­ya­si məz­mun­lu pro­ses­lər dün­ya iq­ti­sa­diy­ya­tın­da baş ve­rən­lə­rə bir­ba­şa tə­sir gös­tə­rir. Ey­ni za­man­da, iq­ti­sa­diy­yat mə­ka­nın­da baş ve­rən də­yi­şik­lik­lər dün­ya si­ya­sə­ti­nin key­fiy­yə­ti­ni və is­ti­qa­mət­lə­ri­ni mü­əy­yən­ləş­di­rir. Bu ba­xım­dan, si­ya­sət və iq­ti­sa­diy­ya­tın bir-bi­riy­lə sıx bağ­lı fak­tor­lar ol­ma­sı növ­bə­ti də­fə təs­diq­lən­miş ki­mi gö­rü­nür.
   
   Onu da qeyd edək ki, ha­zır­da ən qə­ri­bə və göz­lə­nil­məz pro­ses­lər ener­ji re­surs­la­rı­nın, xü­su­si­lə də nef­tin dün­ya ba­zar­la­rın­da­kı qiy­mət­lə­ri ət­ra­fın­da cə­rə­yan edir. Xa­tır­la­daq ki, son dövr­lə­rə qə­dər dün­ya ba­zar­la­rın­da nef­tin qiy­mə­ti bö­yük sü­rət­lə yük­sə­lir­di. Hət­ta bu ilin ilk ya­rı­sın­dan son­ra "qa­ra qı­zıl"ın bir ba­re­li­nin də­yə­ri re­kord sə­viy­yə­yə - 150 dol­la­ra qə­dər ba­ha­lan­mış­dı.
   Tə­bii ki, nef­tin də­yə­ri­nin be­lə fak­tas­tik rə­qəm­lə­rə yük­səl­mə­si bey­nəl­xalq sə­viy­yə­də cid­di çaş­qın­lıq və na­ra­hat­lıq do­ğur­muş­du. Çün­ki ener­ji re­surs­la­rı­nın ba­ha­lan­ma­sı ilk növ­bə­də dün­ya iq­ti­sa­diy­ya­tı­na sar­sı­dı­cı zər­bə­lər vu­ra bi­lə­cək fak­tor­lar­dan sa­yı­lır. Hər hal­da, dün­ya iq­ti­sa­diy­ya­tı məhz ener­ji re­surs­la­rın­dan ası­lı ol­du­ğun­dan bu­nun han­sı təh­lü­kə­li nə­ti­cə­lər do­ğu­ra bi­lə­cə­yi­ni tə­səv­vür et­mək o qə­dər də çə­tin de­yil­di. Üs­tə­lik, bu pro­se­sin mən­fi tə­sir­lə­ri özü­nü elə də çox göz­lət­mə­di. Və dün­ya­da ər­zaq ba­ha­lan­ma­sı pro­se­si­nə də sti­mul ver­miş ol­du. Nə­ti­cə­də dün­ya sə­viy­yə­sin­də ər­zaq böh­ra­nı­nın il­kin əla­mət­lə­ri or­ta­ya çıx­ma­ğa baş­la­dı.
   An­caq bu təh­lü­kə­li pro­se­sin vəd et­di­yi bey­nəl­xalq ka­tak­lizm­lər yal­nız yu­xa­rı­da qeyd olu­nan­lar­la məh­dud­laş­mır­dı. Be­lə ki, bə­zi Qərb eks­pert­lə­ri "qa­ra qı­zıl"ın qey­də alı­nan re­kord də­yə­ri­nin hə­lə son hədd ol­ma­dı­ğı­nı is­rar­la vur­ğu­la­yır­dı­lar. On­lar he­sab edir­di­lər ki, be­lə da­vam edər­sə, nef­tin bir bar­e­li­nin dün­ya ba­zar­la­rın­da­kı də­yə­ri 200 dol­la­ra, hət­ta 250 dol­la­ra qə­dər də yük­sə­lə bi­lər. Və bu­nun mü­əy­yən sə­bəb­lə­ri ol­ma­mış de­yil­di.
   Tə­bii ki, Qərb eks­pert­lə­ri bu pro­se­sə sti­mul ve­rən sə­bəb­lə­ri də sa­da­la­yır­dı­lar. An­caq qə­ri­bə də ol­sa, hə­min sə­bəb­lə­rin içə­ri­sin­də, de­mək olar ki, iq­ti­sa­di fak­tor­la­rın tə­si­ri yer al­mır­dı. Yə­ni, Qərb eks­pert­lə­ri nef­tin ba­ha­lan­ma­sı­nın əsas sə­bəb­lə­ri­ni məhz si­ya­si fak­tor­lar­la ar­qu­ment­ləş­dir­mə­yə ça­lı­şır­dı­lar.
   Əsas ar­qu­ment ki­mi, İraq sa­va­şı gös­tə­ri­lir­di. Be­lə ki, İraq neft ya­taq­la­rıy­la zən­gin öl­kə­dir. Ona gö­rə də, İra­qın iş­ğal edil­mə­si­nin və bu öl­kə­də xa­os sə­viy­yə­si­nə çat­mış da­xi­li gər­gin­li­yin hökm sür­mə­si dün­ya­nın neft ba­zar­la­rı­na tə­sir gös­tər­mə­yə bil­məz­di. Bu ba­xım­dan, nef­tin ba­ha­laş­ma pro­se­si­nin məhz İraq sa­va­şı­nın baş­lan­ma dö­nə­mi­nə tə­sa­düf et­mə­si qə­tiy­yən tə­əc­cüb­lü de­yil.
   An­caq nef­ti ba­ha­laş­dı­ran sə­bəb­lər yal­nız bun­lar­la məh­dud­laş­mır­dı. ABŞ-ın İra­qı iş­ğal et­dik­dən dər­hal son­ra bu öl­kə­nin qon­şu­lu­ğun­da­kı İra­nı hə­də­fə al­ma­sı dün­ya ba­zar­la­rın­da nef­tin ba­ha­laş­ma­sıy­la bağ­lı pro­se­sin da­vam­lı xa­rak­ter al­ma­sı­na mün­bit şə­ra­it ya­rat­dı. Yə­ni, ABŞ İran­la qar­şı­dur­ma­nı də­rin­ləş­dir­dik­cə və Ağ Ev rəs­mi Teh­ra­nı hər­bi mü­da­xi­ləy­lə təh­did et­dik­cə ener­ji re­surs­la­rı da ba­ha­lan­ma tem­pi­ni qo­ru­yub sax­la­dı.
   Bu­ra­da bir mə­sə­lə­ni də qeyd et­mək la­zım­dır ki, ABŞ-ın İra­na qar­şı hər­bi mü­da­xi­lə təh­did­lə­ri­nin ar­xa­sın­da məhz dün­ya­nın nə­həng si­lah və neft şir­kət­lə­ri­nin özəl biz­nes ma­raq­la­rı­nın giz­lən­mə­sin­dən şüb­hə­lən­mək üçün mü­əy­yən əsas­lar möv­cud­dur. Çün­ki son sək­kiz il ər­zin­də ABŞ-ı ida­rə edən si­ya­si qüv­və­lər neft və si­lah sə­na­ye­si­ni təm­sil edir­lər. Və on­la­rın ABŞ-İran qar­şı­dur­ma­sı­nı də­rin­ləş­dir­mək­lə, bağ­lı ol­duq­la­rı nə­həng şir­kət­lə­rin ma­liy­yə gə­lir­lə­ri­nin ar­tı­rıl­ma­sı­na mün­bit şə­ra­it ya­rat­dıq­la­rı­nı id­dia et­mək müm­kün­dür. Hər hal­da, iki nü­fuz­lu döv­lə­tin bü­tün dün­ya­nı hə­yə­can içə­ri­sin­də sax­la­yan qar­şı­dur­ma­sı­nın məhz hə­min nə­həng şir­kət­lə­rin fəa­liy­yət hə­də­fi olan stra­te­ji məh­su­lu - nef­ti ba­ha­laş­dır­ma­sı ol­duq­ca dü­şün­dü­rü­cü fakt­dır.
   De­mə­li, ABŞ-İraq qar­şı­dur­ma­sı­nın möv­cud­lu­ğu Ağ Ev­dən da­ha çox elə hə­min nə­həng şir­kət­lə­rə la­zım­dır. Be­lə ki, han­sı böl­gə­də hər­bi-si­ya­si gər­gin­lik var­sa, ora­da si­lah biz­ne­si­nin "çi­çək­lən­mə­si" qa­çıl­maz­dır. Ey­ni za­man­da, gər­gin­lik həm də ener­ji re­surs­la­rı­nın də­yə­ri­ni mü­əy­yən­ləş­di­rən ən önəm­li fak­tor­lar­dan­dır. Hər hal­da, gər­gin­li­yin yük­sək ol­du­ğu dövr­lər­də ək­sər dün­ya döv­lət­lə­ri­nin ener­ji re­surs­la­rı eh­ti­yat­la­rı­nı müm­kün qə­dər ar­tır­ma­ğa meyl gös­tər­mə­si tə­bii pro­ses­dir.
   İn­di dün­ya ba­zar­la­rın­da nef­tin ba­ha­lan­ma­sı­nın sü­ni su­rət­də ida­rə edil­di­yi­ni sü­bu­ta ye­ti­rə bi­lə­cək da­ha bir önəm­li fak­ta nə­zər sa­laq. Av­qust ayı­nın əv­vəl­lə­rin­də Cə­nu­bi Qaf­qaz re­gio­nun­da hər­bi-si­ya­si böh­ran ya­ran­dı. Ru­si­ya­nın Gür­cüs­ta­na qar­şı hər­bi mü­da­xi­lə­si ABŞ-ın re­gio­nal ma­raq­la­rı­na sar­sı­dı­cı zər­bə­lər vur­du. Ağ Ev Cə­nu­bi Qaf­qaz re­gio­nun­da­kı nə­za­rət im­kan­la­rı­nı ta­ma­mi­lə itir­mək təh­lü­kə­siy­lə üz­ləş­di. Bu­nun qar­şı­lı­ğın­da ABŞ və Qər­bin Ru­si­ya­ya qar­şı hər­bi-si­ya­si təz­yiq­lə­ri göz­lə­ni­lən nə­ti­cə­ni ver­mə­di. Və Ağ Ev an­la­dı ki, Ru­si­ya­nı ge­ri çə­kil­mək məc­bu­riy­yə­tin­də qoy­maq üçün da­ha tə­sir­li və fərq­li va­si­tə­lər tap­maq la­zım­dır.
   Nə­ti­cə­də dün­ya ba­zar­la­rın­da nef­tin də­yə­ri bö­yük sü­rət­lə aşa­ğı düş­mə­yə baş­la­dı. Hal­bu­ki adə­tən, hər­bi-si­ya­si gər­gin­lik hal­la­rın­da ener­ji re­surs­la­rı bir­qay­da ola­raq ba­ha­lan­ma­ya da­ha meyl­li­dir. Bu də­fə əks-pro­se­sin get­mə­si nef­tin ucuz­laş­ma­sı­nın məhz ABŞ-ın sü­ni mü­da­xi­lə­si nə­ti­cə­sin­də baş ver­di­yi qə­tiy­yən şüb­hə do­ğur­mur. Ən azın­dan ona gö­rə ki, Cə­nu­bi Qaf­qaz böh­ra­nı­na qə­dər 140 dol­lar­dan ba­ha olan neft bir ne­çə gün ər­zin­də 86 dol­la­ra qə­dər ucuz­laş­dı. Və iq­ti­sa­diy­ya­tı əsa­sən ener­ji re­surs­la­rı­nın Qərb ba­zar­la­rı­na ix­ra­cın­dan qa­za­nı­lan gə­lir­lər üzə­rin­də du­ran Ru­si­ya mil­yard­lar­la dol­lar həc­min­də ma­liy­yə it­ki­lə­ri­nə mə­ruz qal­dı. Ey­ni za­man­da, neft gə­lir­lə­rin­də üz­lə­şi­lən fan­tas­tik it­ki­lər Ru­si­ya­nın bir­ja­la­rı­na da sar­sı­dı­cı zər­bə­lər vur­du. Hət­ta Ru­si­ya hö­ku­mə­ti cid­di ma­liy­yə-iq­ti­sa­di böh­ra­nın ya­ran­ma eh­ti­ma­lı­nı nə­zə­rə ala­raq döv­lə­tin eh­ti­yat fon­dun­dan yüz mil­yard­lar­la dol­lar həc­min­də yar­dım­lar ayır­maq məc­bu­riy­yə­tin­də qal­dı. Bu­nun­la be­lə, Ru­si­ya mə­ruz qal­dı­ğı sar­sı­dı­cı ma­liy­yə-iq­ti­sa­di zər­bə­lə­rin tə­si­rin­dən hə­lə də xi­las ola bil­mə­yib. Ən əsa­sı­sa, ümu­miy­yət­lə, xi­las ola bi­lib-bil­mə­yə­cə­yi hə­lə­lik tam mə­lum de­yil.
   Mə­sə­lə on­da­dır ki, hər şey ABŞ və Qər­bin nef­tin sü­ni su­rət­də ucuz­laş­dı­rıl­ma­sıy­la Ru­si­ya­nı mə­ruz qoy­ma­ğa ça­lış­dı­ğı təz­yiq­lə­rə Krem­lin han­sı sə­viy­yə­də du­ruş gə­ti­rə və ya mü­qa­vi­mət gös­tə­rə bi­lə­cə­yin­dən ası­lı­dır. Be­lə ki, Krem­lin du­ruş gə­ti­rə bil­mə­yə­cə­yi təq­dir­də, Ru­si­ya­nın ABŞ və Qər­bin ma­raq­la­rıy­la he­sab­laş­maq zo­run­da qal­ma­sı qa­çıl­maz xa­rak­ter da­şı­ya bi­lər. Bu isə, su­per­güc­lə­rin ener­ji re­surs­la­rın­dan bir-bi­ri­nə qar­şı təz­yiq va­si­tə­si ki­mi ya­rar­lan­ma­sı an­la­mı­na gə­lir.
   An­caq ABŞ-ın bu va­si­təy­lə Ru­si­ya üzə­rin­də asan­lıq­la üs­tün­lük qa­za­na­ca­ğı da bir qə­dər şüb­hə­li gö­rü­nür. Çün­ki nef­tin ucuz­laş­ma­sı yal­nız Ru­si­ya­nın ma­raq­la­rı­na zər­bə vur­mur. Zi­ya­na mə­ruz qa­lan­la­rın sı­ra­sın­da­sa, ABŞ-ın si­ya­si kur­su­na tə­sir gös­tər­mək im­kan­la­rı­na sa­hib olan nə­həng neft şir­kət­lə­ri, elə­cə də dol­la­rın də­yər­dən düş­mə­si­ni nə­zə­rə ala­raq öz ka­pi­tal­la­rı­nı qo­ru­maq məq­sə­di­lə neft biz­ne­si­nə son dövr­lər­də qo­şul­muş bə­zi iq­ti­sa­di dai­rə­lər də yer alır. İn­di bu şir­kət və dai­rə­lə­rin Ağ Evin nef­tin ucuz­laş­dı­rıl­ma­sı plan­la­rı­na mü­qa­vi­mət gös­tər­mə­yə­cə­yi­nə tə­mi­nat ver­mək qə­tiy­yən müm­kün de­yil.
   Onu da qeyd edək ki, be­lə bir mü­qa­vi­mə­tin il­kin əla­mət­lə­ri ar­tıq qa­ba­rıq şə­kil­də nə­zə­rə çarp­ma­ğa baş­la­yıb. Be­lə ki, in­di ABŞ bir­ja­la­rın­da da əsl tə­la­tüm ya­şan­maq­da­dır. Üs­tə­lik, ABŞ-ın ən nə­həng bank­la­rın­dan bir ne­çə­si if­la­sa uğ­ra­ya­raq müf­lis ol­duq­la­rı­nı rəs­mən elan edib. Bu isə, ABŞ-da ma­liy­yə böh­ra­nı­nın ya­ran­ma­sı an­la­mı­na gə­lir.
   Düz­dür, ABŞ hö­ku­mə­ti bu böh­ra­nı­nın qar­şı­sı­nı al­maq üçün döv­lə­tin eh­ti­yat fond­la­rı­nı hə­rə­kə­tə gə­ti­rib. An­caq ABŞ bir­ja­la­rın­da baş ve­rən­lə­rin və bank sis­te­min­də müf­lis­ləş­mə­nin mü­əm­ma­lı xa­rak­te­ri Ağ Evi şüb­hə­lən­dir­mə­yə baş­la­yıb. Çün­ki bü­tün bun­lar son gün­lər­də 86 dol­la­ra qə­dər ucuz­laş­mış nef­tin qiy­mə­ti­nin ye­ni­dən bir sıç­ra­yış­la 105 dol­la­ra ya­xın­laş­ma­sıy­la nə­ti­cə­lə­nib. Ona gö­rə də, ABŞ hö­ku­mə­ti və xü­su­si xid­mət ser­vis­lə­ri baş ve­rən­lə­rin bir­ja fı­rıl­daq­çı­la­rı, elə­cə də özəl ma­raq­lar­dan çı­xış edən bə­zi iq­ti­sa­di dai­rə­lə­rin əməl­lə­ri ola bi­lə­cə­yin­dən şüb­hə­lə­nə­rək araş­dır­ma­la­ra baş­la­yıb. Bu araş­dır­ma­la­rın ne­cə nə­ti­cə­lə­nə­cə­yi hə­lə­lik mə­lum ol­ma­sa da, neft və onun qiy­mə­ti­nin ar­tıq dün­ya­nın ida­rə edil­mə­sin­də xü­su­si əhə­miy­yət da­şı­yan fak­to­ra çev­ril­di­yi in­ka­ro­lun­maz re­al­lıq­dır.
   
   
   
El­çin XA­LİD­BƏY­Lİ
"İran tez­lik­lə kos­mo­sa ra­ket bu­ra­xa­caq"
Mah­mud Əh­mə­di­ne­jad sen­sa­si­on bə­ya­na­t verib
İran pre­zi­den­ti Mah­mud Əh­mə­di­ne­jad öl­kə­si­nin ya­xın za­man­lar­da kos­mo­sa ra­ket bu­ra­xa­ca­ğı­nı bə­yan edib.
   APA-nın mə­lu­ma­tı­na gö­rə, pre­zi­dent bu sen­sa­si­on bə­ya­na­tı ABŞ-da ya­şa­yan İran ic­ma­sı­nın nü­ma­yən­də­lə­ri ilə gö­rüş­də ve­rib. Onun söz­lə­ri­nə gö­rə, 16 mü­hər­rik­li ra­ket va­si­tə­si­lə 650 ki­lo­metr hün­dür­lü­yə peyk çı­xa­rıl­ma­sı nə­zər­də tu­tu­lur. Qeyd edək ki, Mah­mud Əh­məd­ne­jad BMT Baş As­samb­le­ya­sı­nın 63-cü ses­si­ya­sın­da iş­ti­rak et­mək məq­sə­di­lə Nyu-Yor­ka ge­dib.
Pre­zi­den­tə sui-qəsd ha­zır­la­yan iki nə­fər həbs olu­nub
Ve­ne­sue­la Da­xi­li İş­lər Na­zir­li­yi sax­la­nan şəxs­lə­rin ad­la­rı­nı açıq­la­ma­yıb
Ve­ne­sue­la pre­zi­den­ti Uqo Ça­ve­sə qar­şı sui-qəsd ha­zır­la­yan iki şüb­hə­li şəxs həbs olu­nub.
   
   APA-nın mə­lu­ma­tı­na gö­rə, Zu­li­ya şta­tın­da sax­la­nan şəxs­lər­dən tank əley­hi­nə qum­ba­raa­tan və onun üçün sur­sat, həm­çi­nin əl qum­ba­ra­la­rı gö­tü­rü­lüb. Ve­ne­sue­la Da­xi­li İş­lər Na­zir­li­yi sax­la­nan şəxs­lə­rin ad­la­rı­nı açıq­la­ma­yıb. Qeyd edək ki, öl­kə­nin təh­lü­kə­siz­lik or­qan­la­rı pre­zi­dent Ça­ve­sə qar­şı sui-qəsd pla­nı­nın üs­tü­nün açıl­ma­sı ba­rə­də hə­lə sent­yab­rın 12-də mə­lu­mat ya­yıb­lar. Mə­lu­mat­da bil­di­ri­lir­di ki, sui-qəsd ABŞ ha­ki­miy­yət or­qan­la­rı­nın dəs­tə­yi ilə is­te­fa­da olan hərb­çi­lər və mü­xa­li­fət təm­sil­çi­lə­ri tə­rə­fin­dən ha­zır­la­nıb. Xü­su­si xid­mət or­qan­la­rı­nın mə­lu­ma­tı­na gö­rə, sui-qəsd­çi­lər Uqo Ça­ve­sin təy­ya­rə­si­ni vur­ma­ğı plan­laş­dı­rıb­lar. Sui-qəsd pla­nı­nı üs­tü açıl­dıq­dan son­ra pre­zi­dent Ça­ves ABŞ sə­fi­ri Pat­rik Dad­di­ni per­so­na non-qra­ta elan edə­rək on­dan 72 sa­at ər­zin­də öl­kə­dən get­mə­yi tə­ləb edib.
Ter­ror ak­tı göz­lə­ni­lir
Pa­kis­ta­nın bü­tün ae­ro­port­la­rı fəa­liy­yə­ti­ni da­yan­dı­rıb
Pa­kis­ta­nın bü­tün ha­va li­man­la­rı mü­vəq­qə­ti ola­raq fəa­liy­yə­ti­ni da­yan­dı­rıb.
   
   APA-nın mə­lu­ma­tı­na gö­rə, dünən sə­hər İs­la­ma­bad­da­kı Bə­na­zir Bhut­to adı­na ae­ro­por­tu­nun dis­pet­çer mən­tə­qə­si­nə və Pa­kis­tan İn­ter­na­tio­nal Air­li­nes şir­kə­ti­nə zəng vu­ran şəxs ha­va li­ma­nı­nın əsas bi­na­sı­nın mi­na­lan­dı­ğı­nı bil­di­rib. Da­ha son­ra yer­li küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri­nin re­dak­si­ya­la­rı­na da ana­lo­ji məz­mun­da zəng­lər da­xil olub. Bu zəng­lər­də öl­kə­nin bü­tün ha­va li­man­la­rı­nın mi­na­lan­dı­ğı bil­di­ri­lir. Ter­ror ak­tı eh­ti­ma­lı sə­bə­bi­lə öl­kə əra­zi­sin­də bü­tün da­xi­li və xa­ri­ci reys­lər üz­rə uçuş­lar tə­xi­rə sa­lı­nıb. Xa­tır­la­daq ki, sent­yab­rın 20-də İs­la­ma­bad­da "Mar­ri­ot" ote­lin­də tö­rə­di­lən part­la­yı­şa gö­rə mə­su­liy­yə­ti öz üzə­ri­nə gö­tür­müş "İs­lam fə­dai­lə­ri" qrup­laş­ma­sı hö­ku­mə­ti ye­ni ter­ror akt­la­rı ilə hə­də­lə­yib.
İran par­la­men­ti ye­ni qa­nun qə­bul edib
Di­ni­ni də­yi­şən mü­səl­man­lar ölüm hök­mü­nə məh­kum olu­na­caq
İran par­la­men­ti is­lam di­nin­dən dö­nən­lə­rin edam cə­za­sı­na məh­kum edil­mə­si ba­rə­də qa­nun qə­bul edib.
   
   APA-nın mə­lu­ma­tı­na gö­rə, par­la­ment üzv­lə­ri şə­ri­ət qa­nun­la­rı­nı əsas gö­tü­rə­rək is­lam di­nin­dən im­ti­na edən ki­şi­lə­rin ölüm cə­za­sı­na, qa­dın­la­rın isə ömür­lük həbs cə­za­sı­na məh­kum edil­mə­si­nə qə­rar ve­rib­lər. Ye­ni qa­nu­nun di­gər müd­dəa­la­rı­na əsa­sən, eks­tra­sens­lər, fal­çı­lar və ho­mo­sek­sua­list­lər də ölüm cə­za­sı­na məh­kum edi­lə­cək­lər. Bu ağır cə­za şü­ur­lu ça­ğın­da is­lam di­nin­dən im­ti­na edən ki­şi və qa­dın­la­ra şa­mil olu­nur. Səs­ver­mə za­ma­nı İran par­la­men­ti­nin 196 de­pu­ta­tı qa­nu­nun le­hi­nə, 7 de­pu­tat əley­hi­nə səs ve­rib, iki mil­lət və­ki­li isə bi­tə­rəf qa­lıb. Av­ro­pa­nın mis­sio­ner təş­ki­lat­la­rı İran par­la­men­ti­nin bu qə­ra­rı­nı pis­lə­yib­lər.
   
   Qeyd edək ki, bu ilin ma­yın­da Şi­raz­da xris­ti­an di­ni­ni qə­bul edən iki ki­şi həbs olu­nub. İran İn­qi­lab Məh­kə­mə­si hər iki şəx­sə ölüm cə­za­sı­nın ve­ril­mə­si­ni tə­ləb edir.
 
 
spacer
  Copyright © 2008 Bütün haqqları qorunur.
Content by azDesign.ws