Menyu
spacer


spacer
spacer
spacer spacer
spacer spacer
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
Marş­rut­lar­da xa­os ya­ra­nıb
İki gün­dür sər­ni­şin­lər kü­çə­lər­də əsir-ye­sir qa­lıb­lar
3 gün­dür pay­taxt sa­kin­lə­ri kü­çə­lər­də əsir-ye­sir­dir. Min­mə­yə av­to­bus ta­pıl­mır, ta­pı­lan­da da ya ya­rı yol­da sər­ni­şin­lər av­to­bus­dan en­di­ri­lir, ya da mə­lum olur ki, av­to­bus da­ha əv­vəl­ki marş­ru­tu ilə hə­rə­kət et­mir. Pay­tax­tın mər­kə­zin­dən kə­nar­la­ra, elə­cə də kə­nar­lar­dan mər­kə­zə hə­rə­kət et­mək isə sər­ni­şin­lər üçün əsl əza­ba və əsə­bə çev­ri­lib. Ya­sa­mal ra­yo­nu ilə mər­kəz ara­sın­da ən yax­şı əla­qə­lən­di­ri­ci olan 39 və 177 say­lı marş­rut­lar, ümu­miy­yət­lə, yo­xa çı­xıb.
   306, 58, 207 say­lı marş­rut­lar "Elm­lər Aka­de­mi­ya­sı"na bu­ra­xıl­mır. Marş­rut­la­rın sü­rü­cü­lə­ri elə be­lə də de­yir: "Bi­zi "Elm­lər Aka­de­mi­ya­sı"na bu­rax­mır­lar". "Mon­tin"dən "Sa­hil" met­ros­tan­si­ya­sı­na­dək hə­rə­kət edən 283 say­lı marş­rut da "itib". Bu marş­ru­tun sər­ni­şin­lə­ri mən­zi­lə çat­maq üçün in­di iki marş­rut də­yiş­mə­li olur. Ye­ni Gü­nəş­li­dən "Ni­za­mi" met­ros­tan­si­ya­sı­na iş­lə­yən 244 say­lı marş­rut da "Xə­tai" met­ros­tan­si­ya­sı­na ça­tan­da "bi­zi şə­hə­rə bu­rax­mır­lar" de­yib ca­maa­tı aşa­ğı tö­kür, sər­ni­şin də ye­ni­dən 20, ya­xud 9 say­lı marş­rut­la­ra min­mə­li olur. Qı­sa­sı, şə­hər­da­xi­li nəq­liy­yat­da əsl xa­os ya­ra­nıb, "ara qa­rı­şıb, məz­həb itib". İc­ti­mai nəq­liy­yat de­yi­lən ifa­də də de­mək olar ki, an­la­mı­nı iti­rib.
   Əs­lin­də, sər­ni­şin­da­şı­ma­dan sa­va­yı bü­tün di­gər tə­yi­nat­la­ra ya­ra­yan mik­ro­av­to­bus­la­rın marş­rut­dan çı­xa­rıl­ma­sı təq­di­ro­lu­na­sı­dır. Bəl­kə Cə­nu­bi Ko­re­ya­nın, Öz­bə­kis­ta­nın ya­ra­şıq­lı, ra­hat av­to­bus­la­rı­na mi­nib biz də özü­mü­zü tam­hü­quq­lu sər­ni­şin ki­mi hiss edə­rik. Am­ma da­ha bu yol­la yox. Nə­dən­sə bi­zim öl­kə­də yax­şı ye­ni­lik­lə­rə ke­çid də ən pis xa­ti­rə­lər­lə yad­da qa­lır. Bir sa­at da­ya­na­caq­da da­ya­nan­dan son­ra, nə­ha­yət av­to­bu­sa mi­nən, am­ma ya­rı yol­da aşa­ğı en­di­ri­lən sər­ni­şi­nin ke­çir­di­yi stress, əsəb uzun il­lər ya­dın­dan çıx­mır. Yə­ni is­la­ha­tı da elə hə­ya­ta ke­çir­mək la­zım­dır ki, in­san­lar na­ra­zı yox, ra­zı qal­sın. Biz­də isə ək­si­nə­dir. Ça­naq hə­mi­şə ca­maa­tın ba­şın­da çat­la­yır. İn­di ic­ti­mai nəq­liy­yat­dan is­ti­fa­də edən is­tə­ni­lən şəx­si din­dir­sən, əsə­bi hal­da de­yə­cək ki, is­tə­mi­rəm o qə­şəng av­to­bu­su, bir sa­at­dı yol­da qal­mı­şam, iki-üç marş­rut də­yiş­mi­şəm, 20 qə­pi­yə ge­də bi­lə­cə­yim yol mə­nə az qa­la 1 ma­na­ta ba­şa gə­lib. Elə o ba­la­ca, yön­dəm­siz, qı­rıq-sö­kük mik­ro­av­to­bus yax­şı­dır. Heç ol­ma­sa, evi­mi­zə-eşi­yi­mi­zə vax­tın­da ge­dib çı­xır­dıq. Sa­kin­lə­rin sö­zün­də hə­qi­qət var. Əsas nə­ti­cə­dir, onun han­sı yol­la əl­də edil­mə­si yox.
   
   "Dü­nən mə­ni evə
   bu­rax­mır­dı­lar..."
   
   Bu söz­lə­ri "Şərq"ə Nəq­liy­yat Na­zir­li­yi mət­bu­at xid­mə­ti­nin rəh­bə­ri Na­miq Hə­sə­nov de­di. Sə­hər­dən bə­ri te­le­fon­la­rın bir də­qi­qə də sus­ma­dı­ğı­nı, bü­tün zəng­lə­rin an­caq şə­hər marş­ru­tun­da ya­ran­mış prob­lem­lə bağ­lı ol­du­ğu­nu de­yən N.Hə­sə­nov mə­sə­lə­nin nə za­man həl­li­ni ta­pa­ca­ğı­na da­ir də konk­ret müd­dət söy­lə­yə bil­mə­di:
   - Şə­hər­da­xi­li marş­rut­la­ra iri­tu­tum­lu av­to­bus­la­rın yer­ləş­di­ri­lə­cə­yi dü­nə­nin, bu gü­nün işi de­yil. Nəq­liy­yat Na­zir­li­yi 2 il­dir bil­di­rir ki, ki­çik­tu­tum­lu av­to­bus­la­rı marş­rut­dan çı­xa­rın, am­ma çı­xar­mır­dı­lar, elə bi­lir­di­lər, söz­dü de­yi­lir. İn­di ar­tıq əmə­lə ke­çən­də baş­la­yır­lar na­ra­zı­lı­ğa, sər­ni­şin­lər də əziy­yət çə­kir. Biz də ba­şa dü­şü­rük ki, bu, bir-iki gün­də həll olu­na­sı prob­lem de­yil. Ya­xın gün­lər­də öl­kə­yə da­ha 300 iri­tu­tum­lu av­to­bus gə­ti­ri­lə­cək. Prob­lem ya­vaş-ya­vaş həl­li­ni ta­pa­caq. Şə­hər­da­xi­li marş­rut­lar­da or­ta və iri­tu­tum­lu av­to­bus­la­ra ke­çid 2009-cu il­də ba­şa çat­ma­lı­dır. Biz in­san­la­rı ba­şa dü­şü­rük. Şə­hər­də ya­ran­mış və­ziy­yət­dən də xə­bər­da­rıq. Tə­səv­vür edin ki, dü­nən mə­ni evə bu­rax­mır­dı­lar. De­yir­di­lər, bu nə iş­di ba­şı­mı­za açır­sı­nız?! Yə­ni de­mək is­tə­yi­rəm ki, biz də ic­ti­mai nəq­liy­yat­dan is­ti­fa­də edi­rik. Prob­lem­lə­ri də gö­rü­rük, sər­ni­şin­lə­rin və­ziy­yə­ti­ni də.
   Bə­zi marş­rut­la­rın iki­yə bö­lün­mə­si­nə gə­lin­cə, N.Hə­sə­nov bil­dir­di ki, bu ye­ni­lik marş­rut­la­rın op­ti­mal­laş­dı­rıl­ma­sı proq­ra­mı­na uy­ğun hə­ya­ta ke­çi­ri­lir:
   
   Bir-bi­ri­ni "dö­yən" marş­rut­lar
   
   - Bu proq­ra­ma əsa­sən bir-bi­ri­ni "dö­yən" marş­rut­lar (ey­ni hə­rə­kət sxe­mi­nə ma­lik olan av­to­bus­lar) baş­qa­la­rı ilə əvəz­lə­nir. Bu proq­ram həm də tı­xac­la­rın müm­kün qə­dər ara­dan qal­dı­rıl­ma­sı məq­sə­di da­şı­yır. Ey­ni sxem üz­rə bir ne­çə av­to­bu­sun hə­rə­kət et­mə­si yol­lar­da prob­lem­lər ya­ra­dır. Sa­də­cə, in­san­lar köh­nə marş­rut­la­ra vər­diş edib ye­ni­lə­ri­nə uy­ğun­la­şa bil­mir­lər.
   Di­gər bir prob­lem or­ta və iri­tu­tum­lu av­to­bus­la­rın sər­ni­şin az ol­duq­da yo­la çıx­ma­ma­sıy­la bağ­lı­dır. Av­to­bus sü­rü­cü­lə­ri bil­di­rir ki, 3 nə­fər sər­ni­şin­lə hə­rə­kət et­mək mad­di prob­lem­lər ya­ra­dır. Sü­rü­cü heç ben­zin pu­lu­nu çı­xa­ra bil­mir. Bu sə­bəb­dən də iri­tu­tum­lu av­to­bus da­ya­na­caq­da 5 də­qi­qə əvə­zi­nə 20 də­qi­qə da­ya­nıb av­to­bu­sun dol­ma­sı­nı göz­lə­yir. Ey­ni hal "Sa­hil" met­ros­tan­si­ya­sı­nın ya­xın­lı­ğın­da, Aka­de­mik Zə­ri­fə Əli­ye­va kü­çə­sində­ki da­ya­na­caq­da baş ve­rir. 20 və 65 say­lı marş­rut­lar dur­du­ğu yer­dən tər­pən­mək bil­mir. Ar­xa­dan gə­lən marş­rut­la­rın siq­nal səs­lə­ri kü­çə­ni "ba­şı­na alır". N.Hə­sə­nov qay­da­nı po­zan sü­rü­cü­lə­rin də cə­za­lan­dı­rıl­ma­sı me­xa­niz­mi­nin tez­lik­lə işə dü­şə­cə­yi­ni bil­dir­di:
   - Na­zir­lik tə­rə­fin­dən nəq­liy­ya­tın in­tel­lek­tu­al ida­rəe­dil­mə­si sis­te­mi ha­zır­la­nır. Bu sis­te­mə əsa­sən bü­tün da­ya­na­caq­lar dis­pet­çer­lə­rin nə­za­rə­ti al­tın­da ola­caq. Mo­ni­tor­la marş­rut­la­rı iz­lə­yən dis­pet­çer­lər qay­da­nı po­zan və di­gər av­to­bus­la­rın hə­rə­kət sxe­mi­nə ma­ne olan sü­rü­cü­lə­ri tə­yin edə­cək­lər.
   "İc­ti­mai nəq­liy­yat­da ya­ran­mış bu prob­lem nə za­man həll olu­na­caq" sua­lı­na gə­lin­cə, N.Hə­sə­nov "Mən de­yə bil­mə­rəm, bir gü­nə, yox­sa iki-üç gü­nə. Prob­lem ya­xın gün­lər­də həl­li­ni ta­pa­caq".
   
   Mə­sə­lə ilə bağ­lı marş­rut
   sü­rü­cü­lə­ri­nin və sər­ni­şin­lə­rin də fi­kir­lə­ri­ni öy­rən­mə­yə ça­lış­dıq.
   
   Meh­man Hü­sey­nov, 177
   nöm­rə­li marş­ru­tun sü­rü­cü­sü:
   -Bi­zi heç Əziz­bə­yov hey­kə­li­nin qar­şı­sın­da­kı da­ya­na­ca­ğa qə­dər get­mə­yə də qoy­mur­lar. La­kin biz ca­maa­ta gö­rə ora qə­dər ge­di­rik. De­yir­lər ki, mik­ro­av­to­bus­lar "Azər­bay­can" nəş­riy­ya­tı­nın ya­nın­dan ge­ri qa­yıt­ma­lı­dır. İn­di bi­zi yol po­lis­lə­ri gör­sə, ma­şın­la­rı­mı­zı cə­ri­mə mey­dan­ça­sı­na apa­ra­caq­lar. Ca­ma­at isə bi­zi dan­la­yır, şi­ka­yət edir­lər. Am­ma on­lar öz­lə­ri ca­ma­at­la iş­lə­mir­lər. İş­lə­sə­lər, bu işin çə­tin­lik­lə­ri­ni gö­rər­lər. De­yir­lər ki, şə­hə­rin mər­kə­zi­nə mik­ro­av­to­bus­lar­la gir­mək ol­maz. Bö­yük av­to­bus­la­rı da öz­lə­ri ver­mir. De­yir­lər ki, biz­də bö­yük av­to­bus­lar yox­dur. Biz də adi sü­rü­cü­lə­rik, qal­mı­şıq ça­rə­siz. Marş­rut sa­hi­bi də iri­tu­tum­lu av­to­bus­lar gə­ti­rib marş­ru­ta sal­ma­lı­dır. Sa­bah 10 av­to­bus gə­tir­mə­li­dir. On­lar gə­lən­dən son­ra işi­miz əv­vəl­ki qay­da­ya dü­şə­cək.
   Pla­nı­mı­zı ya­rı­dan çox azal­dır­lar. İn­di iş­lə­mək bi­zə sərf edir. Çün­ki az mə­sa­fə qət edi­rik. Am­ma əha­li­yə sərf et­mir. Çün­ki on­lar bir marş­rut­la get­dik­lə­ri yo­lu in­di iki-üç av­to­bus­la get­mə­li olur­lar. Bu­na gö­rə də müş­tə­ri­lə­ri­miz ya­rı­ba­ya­rı aza­lıb. Bu­na gö­rə də pla­nın da ya­rı­sı­nı ödə­yi­rik. Əv­vəl 36 ma­nat plan ve­rir­dik­sə, in­di 24 ma­nat ödə­yi­rik. De­yir­lər ki, or­ta­tu­tum­lu av­to­bus­lar gə­lən­dən son­ra pla­na iş­lə­mə­yə­cə­yik. Yə­ni bi­zə ma­aş ve­rə­cək­lər.
   
   Araz Hü­sey­nov, 39 nöm­rə­li marş­ru­tun sü­rü­cü­sü:
   
   -Marş­rut yi­yə­si bi­zə de­yib ki, şə­hə­rə çıx­ma­yın. Ona da Nəq­liy­yat Na­zir­li­yin­dən tap­şı­rıb­lar. Biz də şə­hə­rə çıx­saq, tu­tub apa­ra­caq­lar. İri­tu­tum­lu av­to­bus­la­rın isə nə vaxt gə­ti­ri­lə­cə­yi ilə bağ­lı xə­bə­rim yox­dur. Bi­zə de­yir­lər ki, Ya­sa­mal­dan yo­la çı­xın və "Azər­bay­can" nəş­riy­ya­tın­dan ge­ri qa­yı­dın. Am­ma bu, müm­kün olan şey de­yil. Çün­ki ca­ma­at ada­mın ba­şı­nı yo­lur. Əha­li de­yir ki, heç ol­ma­sa on­la­rı elə yer­də dü­şü­rək ki, get­mə­li ol­duq­la­rı ye­rə növ­bə­ti marş­rut­la get­sin­lər. Am­ma na­zir­lik de­yir ki, sər­ni­şin­lə­ri nəş­riy­ya­tın ya­nın­da dü­şürt və ge­ri qa­yıt.
   Hə­lə ki plan­la bağ­lı söh­bət ol­ma­yıb. Çün­ki sər­ni­şin­lər kəs­kin şə­kil­də aza­lıb və bu­na gö­rə də plan ba­rə­sin­də də­qiq qə­ra­ra gə­lə bil­mə­yib­lər. Bir-iki gü­nə av­to­bus­lar gəl­sə, iş­lə­yə­cə­yik, gəl­mə­sə, on­da məc­bu­ruq ki, ge­dib özü­mü­zə baş­qa iş ax­ta­raq.
   
   39 nöm­rə­li marş­ru­tun sü­rü­cü­sü (adı­nın çə­kil­mə­si­ni is­tə­mə­di):
   
   Bi­zə bu mə­sə­lə ilə bağ­lı qa­baq­ca­dan heç bir mə­lu­mat ve­ril­mə­miş­di. Dü­nən (sra­ğa­gün-red.) ver­gi­dən gə­lib gə­lir ver­gi­si ilə bağ­lı 41 ma­nat pul alıb­lar, əvə­zin­də "padp­res"ə ka­ğız ya­pış­dı­rıb­lar. Bu gün de­yir­lər ki, iş­lə­mə. Bəs nə edək, acın­dan ölək? De­yir­lər ki, iki-üç gü­nə bö­yük av­to­bus­lar gə­ti­rə­cək­lər. Sər­ni­şin­lər də na­ra­zı­lıq edir. On­la­rı da ba­şa sa­la bil­mi­rik ki, bu, biz­lik de­yil. Mə­nə be­lə gə­lir ki, bu hə­rə­kət­lə­ri ilə bi­zim səs ve­rə­cə­yi­miz pre­zi­den­tə qar­şı na­ra­zı­lıq ya­rat­maq is­tə­yir­lər. Xalq qa­lıb ya­ğı­şın al­tın­da. Ca­ma­at bu­na gö­rə əsə­bi­lə­şir. Hirs­lə­ri­ni də sü­rü­cü­lə­rin üzə­ri­nə tö­kür­lər.
   
   Sev­da Ca­van­şi­ro­va, sər­ni­şin:
   
   -Biz iki uşaq­la mək­tə­bə ne­cə ge­dib-gə­lək? Ye­ni Ya­sa­mal­dan şə­hə­rə tək­cə 177 nöm­rə­li marş­rut iş­lə­yir. O da nəş­riy­ya­ta qə­dər ge­dir. Mə­nim öv­lad­la­rım isə 20 say­lı or­ta mək­təb­də oxu­yur­lar. Bu hal çox na­ra­hat­lıq ya­ra­dır. Dü­şün­mə­miş ad­dım atır­lar. Döv­lət adam­la­rı otu­rub bu mə­sə­lə­ni həll et­mə­li idi­lər. Be­lə ol­maz axı. İki kör­pə uşaq­la bu­gün­kü ya­ğı­şın al­tın­da sa­at­lar­la marş­rut göz­lə­mi­şəm. Bu gün (dü­nən- red.) zülm­lə uşaq­la­rı mək­tə­bə apar­mı­şam. Ya­rım sa­at da ge­cik­dik. Uşaq­lar bi­rin­ci dər­si ötür­mə­li ol­du­lar.
   Ha­bil Hə­sə­nov, sər­ni­şin:
   
   -Əgər ki­çik av­to­bus­la­rı bö­yük­lə­ri ilə əvəz et­mək is­tə­yir­di­lər­sə, əv­vəl­cə­dən bu­nu ca­maa­ta bil­dir­mə­li, xə­bər ver­mə­li idi­lər. Mək­təb vax­tı baş­la­yıb və ha­mı da uşa­ğı mək­tə­bə apa­rıb-gə­tir­mə­li­dir. Ona gö­rə də əv­vəl­cə­dən de­yil­səy­di, ha­mı işi­ni qu­rar­dı. Bö­yük av­to­bus­la­rın gə­ti­ril­mə­si təq­di­rə­la­yiq­dir. Ona gö­rə ki, on­lar­la mən­zil ba­şı­na ra­hat ge­dib-gəl­mək olur. An­caq hər şe­yi əv­vəl­cə­dən öl­çüb-biç­mək la­zım­dır. Son­ra isə iş gör­mək olar. Üç gün­dür ki, 39 və 177 nöm­rə­li marş­rut­lar­da prob­lem ya­ra­nıb. Ca­ma­at sa­at 8-də iş­də ol­ma­lı­dır, am­ma bu mə­sə­lə­yə gö­rə vax­tın­da işə ge­də bil­mi­rik. Ən azı bir sa­at ge­ci­ki­rik. Nə üçün av­to­bus­lar nəş­riy­ya­ta qə­dər get­mə­li­dir? Nə üçün sər­ni­şin 3 də­fə marş­rut də­yiş­mə­li­dir? Ona gö­rə də prob­lem döv­lət sə­viy­yə­sin­də həll olun­ma­lı­dır.
   
   
   
Mə­la­hət Rza­ye­va, Sey­mur Qa­sım­bəy­li
 
 
spacer
  Copyright © 2008 Bütün haqqları qorunur.
Content by azDesign.ws