Menyu
spacer


spacer
spacer
spacer spacer
spacer spacer
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
Da­hi və sa­də Azər­bay­can­lı - Lüt­fi Za­də
Onun haq­qın­da çox oxu­muş­dum. El­mə gə­tir­di­yi ye­ni­lik­lər, dün­ya­nın bu ye­ni­lik­lər­dən əl­də et­di­yi bö­yük nə­ti­cə­lər və qa­zanc­lar içim­də bu da­hi alim­lə gö­rüş­mək, onun­la nə­zə­riy­yə­lə­ri ilə bağ­lı fi­kir mü­ba­di­lə­si apar­maq, çox­lu su­al­la­rı­ma ca­vab al­maq is­tə­yi do­ğur­muş­du. Çün­ki bir azər­bay­can­lı ola­raq, bu da­hi azər­bay­can­lı ilə sö­zün əsil mə­na­sın­da fəxr edir­dim!
   Hər bir mil­lət dün­ya­ya, bə­şər ta­ri­xi­nə bəxş et­di­yi bö­yük in­san­la­rı ilə fəxr edir. Bü cür in­san­lar tək­cə öz mil­lə­ti üçün de­yil, bü­tün dün­ya və in­san­lıq üçün bö­yük iş­lər gö­rür və öz adı ki­mi, mil­lə­ti­nin də adı­nı ta­ri­xə ya­zır. Bə­zən bir in­san bir mil­lə­tin dün­ya­ya ta­nı­dıl­ma­sın­da çox bö­yük rol oy­na­yır və ya oy­na­ya bi­lər.
   
   Meh­ri­ban və sa­də in­san
   
   Həm­yer­li­miz O.Ba­ba­za­də­nin və M.Sə­mə­din çək­di­yi çox gö­zəl bir film "Uzaq və ya­xın Lüt­fi Za­də" fil­mi­ni seyr et­dik­dən son­ra onun­la tək­cə da­hi alim ki­mi el­mi iş­lə­rin­dən de­yil, bir azər­bay­can­lı ki­mi də sə­mi­mi söh­bət et­mək is­tə­yir­dim. Onun­la uzun il­lər­dir ya­şa­dı­ğı və fəa­liy­yət gös­tər­di­yi ABŞ-ın Ka­li­for­ni­ya Şta­tın­da ta­nış ol­duq. Qar­şım­da bə­zi­lə­ri­nin dü­şün­dü­yü ki­mi so­yuq və uzaq ame­ri­ka­lı alim L.Za­də yox, meh­ri­ban və ya­xın, sa­də azər­bay­can­lı L.Za­də da­yan­mış­dı. Bu in­san­da mə­ni ilk hey­rət­lən­di­rən həd­dən ar­tıq sa­də­lik və meh­ri­ban­lıq idi. Bir ne­çə də­qi­qə ər­zin­də dost­la­şıb çox meh­ri­ban­ca­sı­na söh­bə­tə baş­la­dı­ğı­mız bu in­san adı dün­ya el­mi­nin nə­həng­lə­ri ilə bir sı­ra­da çə­ki­lən bir alim, qey­ri-sə­lis mən­ti­qin ata­sı he­sab olu­nan Lüt­fi Za­də idi. Həd­dən ar­tıq sə­mi­mi və meh­ri­ban Lüt­fi Za­də...
   
   Dün­ya el­min­də in­qi­lab
   edən da­hi azər­bay­can­lı
   
   Ma­raq­lı­dır ki, uzaq San-Fran­sis­ko­da mil­li mət­bə­xi­mi­zin ən gö­zəl tə­am­la­rı­nın ol­du­ğu bir res­to­ran­da ma­sa ar­xa­sın­da Azər­bay­can­dan gəl­miş mil­lət və­kil­lə­ri, Los-An­ce­les­də­ki baş kon­su­lu­muz və kon­sul­lu­ğun əmək­daş­la­rı, bir söz­lə, soy­daş­la­rı ara­sın­da ol­maq­dan və söh­bət­lər­dən çox ra­zı gö­rü­nür­dü. Elə biz də... Bu bi­zim üçün Ka­li­for­ni­ya­da ke­çir­di­yi­miz gö­rüş­lə­rin bəl­kə də ən ma­raq­lı­sı idi. Azər­bay­can­la bağ­lı çox­lu su­al­lar ve­rir­di. Azər­bay­ca­nın Er­mə­nis­tan tə­rə­fin­dən iş­ğal olun­muş əra­zi­lə­ri, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin həl­li is­ti­qa­mə­tin­də və­ziy­yə­tin nə yer­də ol­ma­sı, Azər­bay­ca­nın in­ki­şa­fı, iq­ti­sa­di po­ten­sia­lı, öl­kə­mi­zin keç­di­yi yol, elm, mə­də­niy­yət və bir çox sa­hə­lər­də mü­za­ki­rə­lər edir­dik. Gö­rüş sa­at­lar­la da­vam et­di. Heç kəs ay­rı­lıb get­mək is­tə­mir­di. Bi­zim üçün də onun­la söh­bət çox ma­raq­lı idi. Ma­sa­da ye­ri­miz ya­na­şı ol­du­ğun­dan onun­la da­ha çox söh­bət et­mək im­ka­nım var­dı və bu da­hi ali­mi, azər­bay­can­lı­nı da­ha ya­xın­dan ta­nı­maq is­tə­yir­dim.
   
   Qu­ra­ni-Kə­rim və qey­ri-sə­lis
   mən­tiq nə­zə­riy­yə­si
   
   Lüt­fi Za­də­nin ən bö­yük xid­mə­ti klas­sik ri­ya­ziy­ya­tın əsa­sı olan iki­li çox­luq an­la­yı­şı­na ye­ni ifa­də ver­mə­si­dir - qey­ri-sə­lis çox­luq­la­rı tək­lif et­mə­si­dir. Elm­də qey­ri-sə­lis öl­çü­nün da­xil edil­mə­si tə­bi­ət­də və cə­miy­yət­də ge­dən pro­ses­lə­rin qey­ri-mü­əy­yən­li­yi­ni da­ha adek­vat nə­zə­rə al­ma­ğa im­kan ya­ra­dıb.
   Lüt­fi Za­də al­ter­na­tiv ri­ya­ziy­yat (qey­ri-sə­lis ri­ya­ziy­yat) ya­rat­dı! El­min di­li, qey­ri-mü­əy­yən­lik öl­çü­sü də­yiş­di­yin­dən qey­ri-sə­lis fi­zi­ka, qey­ri-sə­lis kim­ya, qey­ri-sə­lis ri­ya­ziy­yat və baş­qa qey­ri-sə­lis elm­lər ya­ran­dı. Onun­la bağ­lı oxu­du­ğum ya­zı­lar­da ma­raq­lı bir ifa­də var­dı. "O, elm­də elə bö­yük bir in­qi­lab et­di ki, bu nə­zə­riy­yə ya­yıl­ma su­rə­ti­nə və əha­tə dai­rə­si­nə gö­rə elm­dən çox di­ni xa­tır­la­dır". Ra­zı­laş­ma­maq müm­kün de­yil. Çün­ki bu gün dün­ya­da be­lə bir elm sa­hə­si yox­dur ki, hər il 10-lar­ca bey­nəl­xalq konf­rans­lar təş­kil olun­sun, 50-dən çox el­mi jur­nal nəşr olun­sun. Bu, Lüt­fi Za­də­nin ya­rat­dı­ğı qey­ri-sə­lis mən­tiq sa­hə­si­dir! Fəxr ət­mə­yə də­yər!
   
   Al­lah kai­nat­la zər oy­na­mır və ya
   hə­yat­la vi­da­la­şan Eyn­ştey­nin eti­ra­fı
   
   Ai­lə­sin­dən da­nı­şı­rıq. Hə­yat yol­da­şı Fey xa­nım de­yir ki, Nə­ri­man ad­lı bir oğul­la­rı və Stel­la adın­da bir qız­la­rı var. Hə­yat yol­da­şı onu bü­tün təd­bir­lə­rin­də, sə­fər­lə­rin­də mü­şayi­ət edir. Çox meh­ri­ban bir cüt­lük­dür, sö­zün hə­qi­qi mə­na­sın­da hə­yat dos­tu. Lüt­fi Za­də haq­qın­da bir ya­zı yaz­maq niy­yə­ti­mi de­yi­rəm. Fey xa­nım mə­nə is­ti­fa­də edə bi­lə­cə­yim mən­bə­lər­dən da­nı­şır. Mən­bə­lər isə say­sız-he­sab­sız... Söh­bə­ti ye­ni­dən Lüt­fi Za­də­nin dün­ya­ya səs sa­lan el­mi ye­ni­lik­lə­ri­nin üzə­ri­nə qay­ta­rı­rıq. Lut­fi Za­də dün­ya el­mi­nə 5 fun­da­men­tal nə­zə­riy­yə bəxş edib. "Tə­əs­sü­rat­lar nə­zə­riy­yə­si", "Fə­za və­ziy­yət­lə­ri nə­zə­riy­yə­si", "Söz­lə he­sab­la­ma nə­zə­riy­yə­si", "Soft Kom­pü­ting nə­zə­riy­yə­si", "Qey­ri-sə­lis mən­tiq və çox­luq­lar nə­zə­riy­yə­si" ki­mi el­mi kəşf­lər dün­ya el­mi­nin in­ki­şa­fın­da bö­yük rol oy­na­yıb. Ey­ni za­man­da, bu gün bu nə­zə­riy­yə­lər hə­ya­tı­mı­zın bü­tün sa­hə­lə­rin­də çox ge­niş tət­biq olu­nur.
   İn­san ki­mi dü­şün­mək qa­bi­liy­yə­ti­nə ma­lik kom­pyu­ter­lə­rin, yə­ni təc­rü­bə­yə və el­mi bi­lik­lə­rə yi­yə­lən­miş ma­şın­la­rın- sü­ni in­tel­lek­tin ya­ra­dıl­ma­sın­da bö­yük ali­min el­mi nə­ti­cə­lə­ri bö­yük rol oy­na­yıb
   
   Ya­şın fər­qi yox­dur
   
   87 ya­şı­nın ol­ma­sı­na bax­ma­ya­raq, ya­şın­dan çox ca­van gö­rü­nür. Bu ba­rə­də komp­li­ment­lə­ri­mi­zi mə­mu­niy­yət­lə qə­bul edir. Sə­bə­bi­ni düz­gün hə­yat tər­zi, düz­gün qi­da­lan­ma, id­man­la bağ­la­yır. Əla­və edi­rik ki, özü­nün nə­zə­riy­yə­lə­rin­dən yə­qin bir in­san ki­mi özü də bəh­rə­lə­nib. Qey­ri-sə­lis mən­tiq nə­zə­riy­yə­si onun hə­ya­ta ba­xı­şı, hə­yat fəl­sə­fə­si ki­mi onun bu yaş­la­ra ki­mi sağ­lam, güm­rah və hə­yat eş­qi ilə do­lu ya­şa­ma­sı­nın əsas sə­bəb­lə­rin­dən­dir. O, bu gün dün­ya­da ori­ji­nal ide­ya­lar irə­li sü­rən və ye­ni el­mi is­ti­qa­mət­lə­ri mü­əy­yən edən na­dir alim­lər­dən­dir. Onun hər bir əsə­ri elm alə­min­də ha­di­sə­yə çev­ri­lir. Am­ma vaxt ta­pıb Ka­li­for­ni­ya­da­kı Azər­bay­can di­as­po­ru­nun təd­bir­lə­ri­nə də qa­tıl­ma­ğa baş­la­yıb. Mə­sə­lən, Ka­li­for­ni­ya­da fəa­liy­yət gös­tə­rən Ame­ri­ka­lı Azər­bay­can­lı­lar Şu­ra­sı­nın Berk­li Uni­ver­si­te­tin­də təş­kil et­di­yi gənc­lə­rin 2-ci aka­de­mik fo­ru­mun­da iş­ti­rak və çı­xış edib. Tə­bii ki, Berk­li­nin if­ti­xa­rı olan L.Za­də­nin bir azər­bay­can­lı ola­raq azər­bay­can­lı­la­rın təd­bi­rin­də iş­ti­ra­kı çox va­cib və əhə­miy­yət­li­dir. Ona ba­xa­raq baş­qa mil­lət­lə­rin nü­ma­yən­də­lə­rin­də azər­bay­can­lı­lar haq­qın­da han­sı yük­sək təs­sü­rat­la­rın ya­ran­ma­sı­nı izah et­mə­yə, mən­cə, eh­ti­yac yox­dur. Ey­ni za­man­da, onun bu cür təd­bir­lər­də iş­ti­ra­kı­nın Ame­ri­ka­da ya­şa­yan və ya təh­sil alan azər­bay­can­lı­lar, azər­bay­can­lı gənc­lər üçün bö­yük bir sti­mul ol­ma­sı­nı da...
   
   Tə­va­zö­kar Lüt­fi Za­də
   
   İn­san ki­mi çox sa­də olan Lüt­fi Za­də­yə ba­xan­da ya­dı­ma bir ata­lar mi­sa­lı­mız dü­şür­dü: "Bar ve­rən ağac ba­şı­nı aşa­ğı di­kər". San­ki ya­rat­dı­ğı el­mi nə­zə­riy­yə­lər­lə dün­ya el­min­də in­qi­la­bi çev­ri­liş edib onun ümu­mi mən­zə­rə­si­ni də­yiş­dir­miş in­san o de­yil. San­ki ABŞ-ın Berk­li şə­hə­rin­də­ki İn­for­ma­si­ya Tex­no­lo­gi­ya­la­rı üz­rə Za­də ins­ti­tu­tu-ZİFT ins­ti­tu­tu onun şə­rə­fi­nə ya­ra­dıl­ma­yıb, Ya­po­ni­ya elm adam­la­rı­na ver­di­yi ən yük­sək mü­ka­fat - "Hon­da"-nın sa­hi­bi o de­yil. O, bu ada qey­ri-sə­lis mən­tiq nə­zə­riy­yə­si­nin sə­na­ye­də­ki uğur­la­rı­na gö­rə la­yiq go­rü­lüb. Lüt­fi Za­də bu gün dün­ya­da əsər­lə­ri­nə ən çox is­ti­nad edi­lən alim sa­yı­lır. O, bir çox aka­de­mi­ya­la­rın fəx­ri aka­de­mi­ki, uni­ver­si­tet­lə­rin fəx­ri pro­fes­so­ru­dur. Çox­lu say­da cə­miy­yət və fond­la­rın mü­ka­fat­la­rı­na la­yiq gö­rül­müş, me­dal­lar­la təl­tif edi­lib. Əs­lin­də onun al­dı­ğı mü­ka­fat­la­rın və la­yiq gö­rül­dü­yü me­dal­la­rın tam si­ya­hı­sı­nı ver­mək çox çə­tin­dir. Çün­ki bu­nun üçün sə­hi­fə­lər la­zım gə­lər. Bir azər­bay­can­lı­nın dün­ya­nın elm sa­hə­sin­də ən yük­sək sə­viy­yə­də qə­bul olun­ma­sı və qiy­mət­lən­di­ril­mə­sin­dən gö­zəl nə ola bi­lər?
   Bu gün dün­ya­da məi­şət tex­ni­ka­sın­dan tut­muş-qey­ri-sə­lis mən­tiq­li toz­so­ran­lar, pal­tar­yu­yan­lar, dom­na so­ba­la­rı, atom ener­ji blok­la­rı ki­mi mü­rək­kəb tex­no­lo­ji pro­ses­lə­rə, met­ro qa­tar­la­rı, av­to­mo­bil­lər, ver­tol­yot­lar, ro­bot­lar ki­mi di­na­mik ob­yekt­lə­rin ida­rə olun­ma­sın­da qey­ri-sə­lis ida­rə­et­mə mo­de­li tət­biq olu­nur. Yə­ni Lüt­fi Za­də nə­zə­riy­yə­si məi­şə­ti­miz­dən tut­muş hə­ya­tı­mı­zın bü­tün sa­hə­lə­ri­nə qə­dər nü­fuz edir. Fəxr et­mə­yə də­yər!
   O, Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı­nın üz­vü, Ba­kı Döv­lət Uni­ver­si­te­ti də da­xil ol­maq­la bir ne­çə uni­ver­si­te­tin fəx­ri dok­to­ru­dur. Söh­bət ara­sı da­vam­çı­la­rın­dan da da­nı­şı­rıq. Azər­bay­ca­nın məh­şur alim­lə­rin­dən bi­ri, aka­de­mik, zi­ya­lı Ra­fiq Əli­ye­vin adı­nı çə­kib, haq­qın­da çox yük­sək fi­kir­lər söy­lə­di. Xa­nı­mı isə əla­və et­di ki, on­lar həm də ai­lə dos­tu­dur­lar, çox yax­şı mü­na­si­bət­lə­ri var və vax­ta­şı­rı gö­rü­şür­lər. Ra­fiq mü­əl­li­min bey­nəl­xalq sə­viy­yə­də qə­bul edi­lən bir alim ol­du­ğu­nu bi­lir­dik, am­ma da­hi alim Lüt­fi Za­də­nin bu cür qiy­mə­ti bi­zi də se­vin­dir­di (Ye­ri gəl­miş­kən, bu ya­zı­nın ha­zır­lan­ma­sın­da Ra­fiq Əli­ye­vin Lüt­fi Za­də ilə bağ­lı mü­əy­yən fi­kir­lə­rin­dən qay­naq ki­mi is­ti­fa­də olu­nub).
   
   Unu­dul­maz ax­şam
   
   Çay­la­rı­mı­zı içib qur­tar­saq da sa­at­lar­la da­vam edən və ge­cə ya­rı­sı­na qə­dər uza­nan söh­bə­ti­mi­zi heç kəs tərk et­mək is­tə­mir­di. Ma­sa­mı­za bir nə­fər xa­ri­ci və­tən­daş ya­xın­la­şır. Lüt­fi Za­də­nin əli­ni sı­xa­raq, onun­la gö­rüş­mək­dən şə­rəf duy­du­ğu­nu de­yir. Ma­sa­ya ya­xın­la­şan in­san ali­min onu ta­nı­ma­dı­ğı­nı gö­rüb, "siz mə­ni ta­nı­mır­sı­nız, am­ma biz si­zi çox yax­şı ta­nı­yı­rıq və qiy­mət­lən­di­ri­rik" de­yir. Bir in­san üçün bun­dan bö­yük nə xoş­bəx­lik ola bi­lər!
   Xa­ti­rə şə­kil­lə­ri çək­dir­dik. Ona həd­di­yə edi­lən Azər­bay­can mu­si­qi­si disk­lə­ri­nə çox se­vin­di. Mu­si­qi­mi­zi çox sev­di­yi­ni və da­im qəl­bin­də və evin­də ya­şat­dı­ğı­nı de­di. Ay­rıl­maq vax­tı­dır. Am­ma söh­bə­ti­mi­zi kü­çə­də də da­vam et­di­ri­rik. Gö­zəl bir av­qust ge­cə­si idi. "İn­di Ba­kı­da gö­zəl ha­va var, lap bu­ra­nın ha­va­sı ki­mi, Ba­kı üçün ya­man da­rıx­dım" de­yi­rəm. Ba­xıb gü­lüm­sə­yir. Ha­mı­mız bir ağız­dan "Ba­kı­da gö­rü­şə­nə­dək" de­yi­rik.
   
   Və son...
   
   Mən da­hi azər­bay­can­lı alim Lüt­fi Za­də ilə fəxr edir­dim, onun­la gö­rüş­dən son­ra isə həm də qü­rur duy­dum. Mən­cə, siz də. İna­nı­ram ki, bu gün in­for­ma­si­ya tex­no­lo­gi­ya­la­rı sa­hə­si­ni özü­nün prio­ri­tet­lə­rin­dən bi­ri he­sab edən Azər­bay­can, onun elm alə­mi, bü­tün və­tən­daş­la­rı üçün bö­yük ali­min töv­si­yə və məs­lə­hət­lə­ri çox əhə­miy­yət­li olar­dı. Elə onun Azər­bay­ca­na sə­fər­lə­ri də... Ay­rı­lan­da "Azər­bay­can­da gö­rü­şə­nə­dək" de­miş­dik.
   
   Azər­bay­can­da gö­rü­şə­nə­dək, da­hi və sa­də azər­bay­can­lı Lüt­fi Za­də!
   
   PS. Məqalə ixtirasla verilib və Lent.az saytından götürülüb.
Qə­ni­rə PA­ŞA­YE­VA, Millət Vəkili
Pre­zi­dent­li­yə na­mi­zə­din id­dia­sı tə­min edil­mə­yib
Qüd­rət Hə­sən­qu­li­yev kas­sa­si­ya şi­ka­yə­ti ve­rə­cək
Dü­nən Ba­kı Apel­ya­si­ya Məh­kə­mə­sin­də ha­kim İs­ma­yıl Və­li­ye­vitn sədr­li­yi ilə pre­zi­dent­li­yə na­mi­zəd, Bü­töv Azər­bay­can Xalq Cəb­hə­si Par­ti­ya­sı­nın (BAXCP) səd­ri Qüd­rət Hə­sən­qu­li­ye­vin Mər­kə­zi Seç­ki Ko­mis­si­ya­sı­na (MSK) qar­şı qal­dır­dı­ğı id­dia əsa­sın­da növ­bə­ti pro­ses ke­çi­ri­lib.
   Mə­lu­mat üçün bil­di­rək ki, MSK-nın qə­ra­rı­na əsa­sən bu pre­zi­dent seç­ki­lə­rin­də Q.Hə­sən­qu­li­yev döv­lət büd­cə­sin­dən na­mi­zəd­lər üçün ay­rı­lan və­sa­it­dən ya­rar­la­na bil­mə­yə­cək. Sə­bəb ki­mi isə onun ötən pre­zi­dent seç­ki­lə­rin­də 3 fa­iz­lik səs bar­ye­ri­ni ke­çə bil­mə­mə­si və təb­li­ğat üçün döv­lət­dən al­dı­ğı pu­lu qay­tar­ma­ma­sı gös­tə­ri­lib.
   Q.Hə­sən­qu­li­ye­vin seç­ki qə­rar­ga­hı­nın rəh­bə­ri El­çin Mir­zə­bəy­li­nin "Şərq"ə ver­di­yi mə­lu­ma­ta gö­rə, dü­nən ke­çi­ri­lən ic­las­da pre­zi­dent­li­yə na­mi­zəd­li­yin id­dia­sı tə­min edil­mə­yib. E.Mir­zə­bəy­li məh­kə­mə­nin qə­ra­rın­dan kas­sa­si­ya şi­ka­yə­ti ve­rə­cək­lə­ri­ni bil­dir­di.
   
Fir­dov­si
ATƏT mü­şa­hi­də­çi­lə­ri Qə­bə­lə­də olub­lar
ATƏT-in De­mok­ra­tik Tə­si­sat­lar və İn­san Hü­quq­la­rı Bü­ro­su­nun Seç­ki Mü­şa­hi­də Mis­si­ya­sı­nın uzun­müd­dət­li mü­şa­hi­də­çi­lə­ri Qə­bə­lə ra­yo­nun­da olub­lar.
   
    APA-nın yer­li bü­ro­su­nun xə­bə­ri­nə gö­rə, İn­gil­tə­rə və Al­ma­ni­ya­dan olan mü­şa­hi­də­çi­lər ra­yon İc­ra Ha­ki­miy­yə­ti­nin baş­çı­sı To­fiq İb­ra­hi­mov­la gö­rü­şüb­lər. T. İb­ra­hi­mov mü­şa­hi­də­çi­lə­rə ra­yon­da 15 okt­yabr pre­zi­dent seç­ki­lə­ri­nə ha­zır­lıq­la bağ­lı mə­lu­mat ve­rib, on­la­rın su­al­la­rı­nı ca­vab­lan­dı­rıb. ATƏT mü­şa­hi­də­çi­lə­ri 116 say­lı Dai­rə Seç­ki Ko­mis­si­ya­sın­da da olub­lar.
Ye­ni si­ya­si par­ti­ya ya­ra­dı­lır
Azər­bay­can De­mok­ra­tik Sol Par­ti­ya­sı da ola­caq
Azər­bay­can So­si­al De­mok­rat Par­ti­ya­sı (ASDP) Mər­kə­zi Ko­mi­tə­si Bü­ro­su­nun sa­biq üz­vü, par­ti­ya­nın keç­miş ideo­lo­gi­ya ka­ti­bi El­şən Ma­na­fov Azər­bay­can De­mok­ra­tik Sol Par­ti­ya­sı­nın (ADSP) Tə­şəb­büs Qru­pu­nu ya­ra­dıb.
   
   Bu ba­rə­də APA-ya E. Ma­na­fov mə­lu­mat ve­rib. O bil­di­rib ki, pre­zi­dent seç­ki­sin­dən son­ra təş­ki­lat ko­mi­tə­si for­ma­laş­dı­rı­la­caq: "Par­ti­ya­nın proq­ra­mı üzə­rin­də iş ge­dir. Ça­lı­şı­rıq ki, par­ti­ya­nın sə­nəd­lə­rin­də bey­nəl­xalq təc­rü­bə nə­zə­rə alın­sın". E. Ma­na­fo­vun söz­lə­ri­nə gö­rə, Tə­şəb­büs Qru­pun­da ASDP üzv­lə­ri də var: "ASDP-yə mə­nə gö­rə üzv olan­lar bu par­ti­ya­nı tərk edə­cək­lər". E. Ma­na­fov di­gər sol tə­ma­yül­lü par­ti­ya­lar­la da­nı­şıq­lar apar­dıq­la­rı­nı da söy­lə­yib: "Da­nı­şıq­lar apar­dı­ğım par­ti­ya­lar ara­sın­da iq­ti­dar­yö­nüm­lü par­ti­ya­la­rın top­laş­dı­ğı Məş­və­rət Məc­li­sin­də təm­sil olu­nan qu­rum­lar da var".
20 700 yer­li mü­şa­hi­də­çi qey­diy­yat­dan ke­çib
Okt­yab­rın 15-də ke­çi­ri­lə­cək pre­zi­dent seç­ki­lə­ri ilə bağ­lı seç­ki ko­mis­si­ya­la­rın­da bu gü­nə qə­dər 20 700 yer­li mü­şa­hi­də­çi qey­diy­yat­dan ke­çib.
   
   Bu ba­rə­də Mər­kə­zi Seç­ki Ko­mis­si­ya­sı­nın (MSK) mət­bu­at xid­mə­ti­nin rəh­bə­ri Azər Sa­rı­yev mə­lu­mat ve­rib. Onun söz­lə­ri­nə gö­rə, hə­min mü­şa­hi­də­çi­lə­rin 20 mi­ni Dai­rə Seç­ki Ko­mis­si­ya­la­rın­da, 700-ü isə MSK-da qey­diy­ya­ta alı­nıb. Mü­şa­hi­də­çi­lə­rin ək­sə­riy­yə­ti müs­tə­qil şəxs­lər­dir.
Na­mi­zəd­lə­rin te­le­de­bat­la­rı­nı iz­lə­yən yox­dur
Sey­ran Sə­xa­vət:
   "Bi­ri­nə də ol­sun bax­ma­mı­şam, bax­ma­ğa ma­ra­ğım da yox­du. On­lar nə de­yə­cək ki?"
   
   Aqil Ab­bas:
   "Mən yal­nız pre­zi­den­tin
   təb­li­ğa­tı ilə məş­ğu­lam"
   
   Ni­za­mi Cə­fə­rov:
   "Özüm ba­xa bil­mə­səm də
   gö­rü­rəm ki, ra­yon­lar­da
   ba­xır­lar, ma­raq gös­tə­rir­lər"
   
   Ay­dın Qu­li­yev:
   "Tə­sa­dü­fən te­le­de­bat­la­rın
   get­di­yi vaxt te­le­vi­zo­ru aç­ma­sam, xü­su­si ma­ra­ğım yox­dur"
   
   Seç­ki Mə­cəl­lə­si­nin tə­ləb­lə­ri­nə uy­ğun ola­raq İc­ti­mai Te­le­vi­zi­ya­nın efi­rin­də pre­zi­dent seç­ki­lə­rin­də na­mi­zəd ki­mi iş­ti­rak edən şəxs­lə­rə ay­rıl­mış pul­suz efir vax­tı çər­çi­və­sin­də te­le­de­bat­lar təş­kil olu­nur. Na­mi­zəd­lər te­le­vi­zi­ya va­si­tə­si ilə MSK-nın ya­rat­dı­ğı bu şə­ra­it­dən is­ti­fa­də edə­rək öz plat­for­ma­la­rı­nı açıq­la­yır, se­çi­ci­lə­ri­nə vəd­lər ve­rir­lər.
   
   "Şərq" qə­ze­ti ola­raq na­mi­zəd­lə­rin İc­ti­mai Te­le­vi­zi­ya­da­kı çı­xış­la­rı­nın nə də­rə­cə­də ma­raq­la iz­lən­di­yi­ni aş­ka­ra çı­xar­maq məq­sə­di ilə öl­kə­nin ta­nın­mış zi­ya­lı­la­rı ara­sın­da sor­ğu ke­çir­dik. Mə­lum ol­du ki, te­le­de­bat­lar heç də ha­mı tə­rə­fin­dən ma­raq­la qar­şı­lan­mır.
   Ya­zı­çı Sey­ran Sə­xa­vət bi­zim­lə söh­bə­tin­də bil­dir­di ki, onun üçün ta­mam­la­maq üz­rə ol­du­ğu ye­ni ro­ma­nı­nın üzə­rin­də iş­lə­mək da­ha va­cib­dir, nə­in­ki na­mi­zəd­lə­rin çı­xış­la­rı­na qu­laq as­maq: "Te­le­de­bat­la­rı iz­lə­mi­rəm. Bi­ri­nə də ol­sun bax­ma­mı­şam, bax­ma­ğa ma­ra­ğım da yox­du. On­lar nə de­yə­cək ki? Ma­raq­lı ol­say­dı, bəl­kə də ba­xar­dım. Ha­zır­da ya­ra­dı­cı­lıq­la məş­ğu­lam. Ro­ma­nı­mı bi­tir­mək üz­rə­yəm. Mə­nim üçün ən va­cib olan bu­dur". Dün­ya­nın in­ki­şaf et­miş baş­qa öl­kə­lə­rin­də pre­zi­dent seç­ki­lə­ri ilə bağ­lı ke­çi­ri­lən te­le­de­bat­la­rın ma­raq­la qar­şı­lan­ma­sı mə­sə­lə­si­nə gə­lin­cə isə S.Sə­xa­vət bil­di­rib ki, Azər­bay­can­da da ox­şar mü­na­si­bə­tin ol­ma­sı ar­zue­di­lən­dir: "Mə­sə­lən, Ame­ri­ka­da na­mi­zəd­lə­rin te­le­de­bat­la­rı ma­raq­la qar­şı­la­nır və ha­mı te­le­vi­zi­ya ek­ran­la­rı­nın qar­şı­sı­na yı­ğı­şır. Dün­ya­da bu nü­mu­nə var. Dün­ya­da bu nü­mu­nə var­sa, ümid edi­rik ki, bu nü­mu­nə nə vaxt­sa bi­zə də gə­lib çı­xa­caq".
   Mil­lət və­ki­li, ya­zı­çı-pub­li­sist Aqil Ab­bas da te­le­de­bat­la­rı iz­lə­mir. O bu­nu Ye­ni Azər­bay­can Par­ti­ya­sı­nın pre­zi­dent seç­ki­lə­ri­nə na­mi­zə­di, öl­kə baş­çı­sı İl­ham Əli­ye­vin təb­li­ğa­tı ilə məş­ğul ol­ma­sı ilə əla­qə­lən­di­rib: "Mən yal­nız pre­zi­den­tin təb­li­ğa­tı ilə məş­ğu­lam. Ağ­dam­da, Ağ­ca­bə­di­də, ümu­miy­yət­lə, Qa­ra­bağ­da təb­li­ğat apar­maq­la məş­ğu­lam. Ona gö­rə də te­le­de­bat­la­rı iz­lə­mi­rəm".
   Mil­lət və­ki­li, pro­fes­sor Ni­za­mi Cə­fə­ro­vun isə te­le­de­bat­la­rı iz­lə­mə­yə ma­ra­ğı var. Sa­də­cə ola­raq iş fəa­liy­yə­ti ona mü­əy­yən olun­muş sa­at­lar­da ek­ran qar­şı­sın­da otu­rub na­mi­zəd­lə­rin çı­xış­la­rı­nı iz­lə­mə­yə im­kan ver­mir. Mil­lət və­ki­li de­yir ki, təb­li­ğat kam­pa­ni­ya­sı çər­çi­və­sin­də te­le­de­bat­la­rın təş­ki­li müs­bət hal­dır və se­çi­ci­lər tə­rə­fin­dən bu­na ki­fa­yət qə­dər ma­raq var: "Kim­sə de­yir­sə ki, ma­raq­la qar­şı­la­mır, bu onun öz fik­ri­dir və əs­lin­də bu­nun özü də ma­raq­la qar­şı­lan­ma de­mək­dir. Bu o de­mək­dir ki, re­ak­si­ya var. O mə­na­da te­le­de­bat­sız de­mok­ra­tik seç­ki­lər müm­kün de­yil. Bu yol­la bə­ra­bər şə­ra­it ya­ra­dı­lır ki, in­san­lar bil­sin ki, na­mi­zəd­lər nə de­yir. Hər cə­hət­dən te­le­de­bat yax­şı me­tod­dur və dün­ya­da sı­na­nıb. Na­mi­zəd­lər qar­şı­lıq­lı fi­kir bil­di­rən­də da­ha yax­şı olur. Mən özüm ba­xa bil­mə­səm də gö­rü­rəm ki, ra­yon­lar­da ba­xır­lar, ma­raq gös­tə­rir­lər. Kim ma­raq­la qar­şı­lan­ma­dı­ğı­nı de­yir­sə, düz­gün de­mir".
   "Ba­kı-Xə­bər" qə­ze­ti­nin baş re­dak­to­ru Ay­dın Qu­li­yev isə de­yir ki, yal­nız bi­rin­ci de­ba­ta ba­xıb. La­kin son­ra­dan bu ve­ri­liş­lə­ri iz­lə­mə­yə ma­ra­ğı qal­ma­yıb: "Sö­zün dü­zü, son­ra­kı de­bat­la­rı iz­lə­mə­mi­şəm. O qə­dər də ma­raq dai­rəm­də de­yil. Bi­rin­ci de­ba­ta da ma­ra­ğım var idi, ən azın­dan mə­sə­lə­lə­rin qo­yu­lu­şu­nu, ki­min han­sı plat­for­ma ilə çı­xış edə­cə­yi­ni bil­mək üçün. Ar­tıq bi­rin­ci de­bat­dan son­ra hər şey mə­nə mə­lum ol­du. Tə­sa­dü­fən te­le­de­bat­la­rın get­di­yi vaxt te­le­vi­zo­ru aç­ma­sam, xü­su­si ma­ra­ğım yox­dur". A.Qu­li­yev na­mi­zəd­lə­rin te­le­de­bat­la­rı­na nə üçün ma­ra­ğın ol­ma­ma­sı­na şərh ver­mə­yə çə­tin­lik çək­di­yi­ni bil­di­rib.
   
Nə­si­mi Cə­fər­li
"Siz Nost­ra­da­mus de­yil­si­niz"
Pre­zi­dent­li­yə eks-na­mi­zəd İsa Qəm­bər, Əli Kə­rim­li və La­lə Şöv­kə­tə mü­ra­ci­ət edib
Pre­zi­dent­li­yə eks-na­mi­zəd, fi­zi­ka-ri­ya­ziy­yat elm­lə­ri dok­to­ru Qüd­rət İsa­qov Mü­sa­vat Par­ti­ya­sı­nın baş­qa­nı İsa Qəm­bər, AXCP səd­ri Əli Kə­rim­li və ALP li­de­ri La­lə Şöv­kə­tə mü­ra­ci­ət edib.
   
   Q.İsa­qov adı­çə­ki­lən şəxs­lə­rə xi­ta­bən vur­ğu­la­yıb ki, 2003-cü il­dən eti­ba­rən rəh­bər­lik et­dik­lə­ri par­ti­ya­la­rın sı­ra­la­rı­nın kəs­kin şə­kil­də sey­rəl­mə­si və elek­to­rat­la­rı­nı itir­mə­lə­ri sə­bə­bin­dən seç­ki­ni boy­kot et­mə­yə və bə­zi par­ti­ya­la­rı seç­ki­də iş­ti­rak et­mə­mə­yə sövq edib­lər. "Xa­ri­ci öl­kə­lə­rin ək­sər döv­lət xa­dim­lə­ri, bey­nəl­xalq təş­ki­lat­la­rın nü­ma­yən­də­lə­ri və Azər­bay­ca­nın ək­sər si­ya­si dai­rə­lə­ri si­zin bu hə­rə­kə­ti­ni­zi seç­ki pro­se­si­nə dəx­li ol­ma­yan uğur­suz bir cəhd ki­mi qiy­mət­lən­di­rib. Bu­na bax­ma­ya­raq siz da­ha bir uğur­suz cəh­də də əl atıb­sı­nız ki, bu da seç­ki­lə­rin nə­ti­cə­lə­ri­nin əv­vəl­cə­dən ta­nın­ma­ma­sın­dan və se­çi­lə­cək pre­zi­den­ti qey­ri-le­gi­tim he­sab et­mək­dən iba­rət­dir. Nə­zə­ri­ni­zə çat­dı­rı­ram ki, bu tak­ti­ka­nı Siz 1993, 1998-ci il­lər­də də hə­ya­ta ke­çir­mi­si­niz və nə­ti­cə­lər uğur­suz olub. Bü­tün dün­ya öl­kə­lə­ri və bey­nəl­xalq təş­ki­lat­lar hə­min seç­ki­lə­rin nə­ti­cə­lə­ri­ni ta­nı­dı". Q.İsa­qov İ.Qəm­bər, Ə.Kə­rim­li və L.Şöv­kə­ti pre­zi­dent seç­ki­lə­rin­də da­ha düz­gün möv­qe nü­ma­yiş et­dir­mə­yə də­vət edib. "He­sab edi­rəm ki, Siz Nost­ra­da­mus de­yil­si­niz və in­di­dən seç­ki­lə­rin nə­ti­cə­lə­ri­ni ta­nı­ma­maq­la par­ti­ya üzv­lə­ri­ni­zin gə­lə­cək fəa­liy­yə­ti­nə zər­bə vu­rur­su­nuz. Mən seç­ki pro­se­si­ni cid­di təh­lil et­di­yim­dən bi­li­rəm ki, bu­il­ki seç­ki­lər əv­vəl­ki seç­ki­lər­lə mü­qa­yi­sə­də da­ha de­mok­ra­tik, da­ha şəf­faf və əda­lət­li bir şə­ra­it­də ke­çi­ri­lə­cək. Ona gö­rə də si­zi dün­ya prak­ti­ka­sın­da qə­bul olun­ma­yan hə­rə­kət­lər­dən çə­kin­mə­yə, dün­ya ilə vu­ruş­maq­dan vaz keç­mə­yə də­vət edi­rəm".
   
Fir­dov­si
Mü­xa­li­fət "yox" ca­va­bı al­dı
Me­ri­ya mi­tinq üçün Bi­bi­hey­bət sta­dio­nu­nu gös­tər­di
Ba­kı Şə­hər İc­ra Ha­ki­miy­yə­ti seç­ki­ni boy­kot edən beş mü­xa­li­fət təş­ki­la­tı­nın - Mü­sa­vat, Xalq Cəb­hə­si, Li­be­ral, Və­tən­daş və İn­ki­şaf par­ti­ya­la­rı­nın və "Azər­bay­can Na­mi­nə" İc­ti­mai Fo­ru­mun bir­ləş­di­yi Mü­xa­li­fə­tin Əmək­daş­lıq Mər­kə­zi­nin sent­yab­rın 28-nə tə­yin et­di­yi mi­tinq üçün mü­ra­ciə­ti ca­vab­lan­dı­rıb.
   
   Şə­hər İc­ra Ha­ki­miy­yə­ti­nin mət­bu­at xid­mə­tin­dən "Şərq"ə ve­ri­lən mə­lu­ma­ta gö­rə, me­ri­ya mü­xa­li­fə­tə mi­tinq ke­çir­mək üçün Azər­bay­can Döv­lət Neft Şir­kə­ti­nin Bi­bi­hey­bət­də­ki İd­man-Sağ­lam­lıq Mər­kə­zi­ni (Bi­bi­hey­bət sta­dio­nu) ayı­rıb. La­kin mü­xa­li­fət me­ri­ya­nın bu ca­va­bın­dan ra­zı qal­ma­yıb. Mü­sa­vat Par­ti­ya­sı­nın İc­ra Apa­ra­tı­nın rəh­bə­ri Arif Ha­cı­lı de­yib ki, ic­ra ha­ki­miy­yə­ti­nin ayır­dı­ğı yer mü­xa­li­fə­ti qa­ne et­mir: "Mi­tin­qi bur­da ke­çir­mək niy­yə­tin­də de­yi­lik və Ba­kı Şə­hər İc­ra Ha­ki­miy­yə­ti­nin bu qa­nun­suz qə­ra­rın­dan məh­kə­mə­yə id­dia əri­zə­si ilə mü­ra­ci­ət et­mək mə­sə­lə­si­ni də mü­za­ki­rə edə­cə­yik. Bun­dan əv­vəl Mü­sa­va­tın me­ri­ya­nın qa­nun­suz qə­rar­la­rı ilə bağ­lı qal­dır­dı­ğı id­dia üz­rə iş ar­tıq apell­ya­si­ya mər­hə­lə­si­ni ke­çib. Sə­nəd­lər in­di Ali Məh­kə­mə­yə ha­zır­la­nır". A.Ha­cı­lı­nın söz­lə­ri­nə gö­rə, me­ri­ya­nın bu cür möv­qe­yi sank­si­ya­laş­dı­rıl­ma­mış küt­lə­vi ak­si­ya­la­rın ke­çi­ril­mə­si möv­zu­su­nu ak­tu­al­laş­dı­ra­caq. Mə­lu­mat üçün qeyd edək ki, Mü­xa­li­fə­tin Əmək­daş­lıq Mər­kə­zi­nin me­ri­ya­ya ün­van­la­dı­ğı mək­tub­da ak­si­ya­nın 9 mey­dan­dan bi­rin­də ke­çi­ril­mə­si­nə ra­zı­lıq ve­ril­mə­si xa­hiş olu­nur­du. Bun­lar Pre­zi­dent Apa­ra­tı­nın 200 metr ra­diu­sun­da olan "Az­neft" mey­da­nı, Mil­li Məc­li­sin 200 metr­lik ra­diu­sun­da yer­lə­şən Əziz­bə­yov hey­kə­li­nin qar­şı­sı, Na­zir­lər Ka­bi­ne­ti­nin 200 metr­li­yin­də­ki Te­le­te­at­rın bi­na­sı qar­şı­sın­da­kı mey­dan, "Nə­ri­ma­nov" ki­no­te­at­rı­nın qar­şı­sın­da­kı mey­dan, Cə­fər Cab­bar­lı mey­da­nı, Fü­zu­li mey­da­nı, Gənc­lik mey­da­nı, Mil­li Elm­lər Aka­de­mi­ya­sı­nın qar­şı­sın­da­kı mey­dan və Hü­seyn Ca­vid ba­ğı idi.
   Nə­si­mi
Həm­sədr­lər Nyu-York­da Er­mə­nis­tan pre­zi­den­ti ilə gö­rü­şüb
Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin ni­zam­lan­ma­sı pro­se­si mü­za­ki­rə olu­nub
ATƏT-in Minsk Qru­pu­nun həm­sədr­lə­ri Met­yu Bray­za (ABŞ), Ber­nar Fa­sie (Fran­sa) və Yu­ri Merz­lya­kov (Ru­si­ya ) Nyu-York­da sə­fər­də olan Er­mə­nis­tan pre­zi­den­ti Serj Sər­kis­yan­la gö­rü­şüb­lər.
   APA-nın "Ar­ka-nyus" agent­li­yi­nə is­ti­na­dən yay­dı­ğı mə­lu­ma­ta gö­rə, gö­rüş­də Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin ni­zam­lan­ma­sı pro­se­si mü­za­ki­rə olu­nub. Tə­rəf­lər həm­çi­nin Azər­bay­can və Er­mə­nis­tan pre­zi­dent­lə­ri ara­sın­da növ­bə­ti gö­rü­şün təş­ki­li pers­pek­tiv­lə­ri­ni mü­za­ki­rə edib­lər. Gö­rüş­də ATƏT səd­ri­nin şəx­si nü­ma­yən­də­si An­jey Kasp­şik və Er­mə­nis­ta­nın xa­ri­ci iş­lər na­zi­ri Ed­vard Nal­band­yan da iş­ti­rak edib.
   Qeyd edək ki, ATƏT-in Minsk Qru­pu­nun həm­sədr­lə­ri Azər­bay­can və Er­mə­nis­tan xa­ri­ci iş­lər na­zir­lə­ri­nin gö­rü­şü­nü təş­kil et­mək üçün Nyu-York­da­dır­lar. Hər iki na­zi­rin iş qra­fi­ki gər­gin ol­du­ğun­dan gö­rü­şün də­qiq ta­ri­xi­ni mü­əy­yən­ləş­dir­mək hə­lə­lik müm­kün ol­ma­yıb. Bu­nun­la be­lə gö­rü­şün bu gün və ya sa­bah baş tu­ta­ca­ğı bil­di­ri­lir. Ey­ni za­man­da sa­bah Azər­bay­can, Tür­ki­yə və Er­mə­nis­tan xa­ri­ci iş­lər na­zir­lə­ri­nin üç­tə­rəf­li for­mat­da gö­rü­şü göz­lə­ni­lir.
DAK həm­sədr­lə­ri ABŞ-a ge­dir
Da­ğılq Qa­ra­bağ və Gü­ney mə­sə­lə­si mü­za­ki­rə olu­na­caq
DAK rəh­bər­li­yi, həm­sədr­lər və İda­rə He­yə­ti­nin bir ne­çə üz­vü ABŞ-a sə­fər edə­cək. Sə­fər çər­çi­və­sin­də bir sı­ra rəs­mi­lər­lə gö­rüş­lər də nə­zər­də tu­tu­lub.
   
   Bu ba­rə­də "OLAY­LAR"a mə­lu­mat ve­rən DAK NTK-nın üz­vü Sa­mir Əsəd­li gə­lən həf­tə baş tu­ta­caq sə­fər­də Azər­bay­ca­nın ta­le­yük­lü mə­sə­lə­lə­ri-Xo­ca­lı soy­qı­rı­mı, Qa­ra­bağ mü­na­qi­şə­si, Er­mə­nis­ta­nın öl­kə­mi­zə tə­ca­vü­zü, İran re­ji­mi­nin Azər­bay­can türk­lə­ri­nə qar­şı apar­dı­ğı si­ya­sət bir sü­ra yük­sək dai­rə­lər­də mü­za­ki­rə olu­na­caq. S.Əsəd­li­nin de­di­yi­nə gö­rə, mü­za­ki­rə olu­na­caq mə­sə­lə­lər ara­sın­da Gü­ney­də­ki soy­daş­la­rı­mı­zın du­ru­mu­na da­ha çox diq­qət ay­rı­la­caq. Mə­lu­mat üçün bil­di­rək ki, ha­zır­da sə­fər­lə bağ­lı bir sı­ra ha­zır­lıq iş­lə­ri gö­rü­lür.
Azər­bay­can­da hər ha­ki­mə il ər­zin­də 450 məh­kə­mə işi dü­şür
Bu Tür­ki­yə ilə mü­qa­yi­sə­də iki də­fə az­dır
Azər­bay­can ha­kim­lə­ri­nin bir il ər­zin­də bax­dı­ğı məh­kə­mə iş­lə­ri­nin sa­yı Tür­ki­yə ilə mü­qa­yi­sə­də iki də­fə az­dır.
   
   APA-nın mə­lu­ma­tı­na gö­rə, bu ba­rə­də Tür­ki­yə və Azər­bay­can əd­liy­yə na­zir­lə­ri­nin bu gün ke­çi­ri­lən gö­rü­şün­də bil­di­ri­lib. Azər­bay­can əd­liy­yə na­zi­ri Fik­rət Məm­mə­dov Azər­bay­can­da ha­kim­lə­rin sa­yı­nın ar­tı­rıl­ma­sın­dan son­ra in­di bir ha­ki­mə il ər­zin­də 450 məh­kə­mə işi­nin düş­dü­yü­nü bil­di­rib. Tür­ki­yə­nin əd­liy­yə na­zi­ri Meh­met Əli Şa­hin isə öz öl­kə­sin­də bu rə­qə­min iki də­fə çox ol­du­ğu­nu, bir ha­ki­mə il ər­zin­də 1000 məh­kə­mə işi­nin düş­dü­yü­nü söy­lə­yib. Gö­rüş­də Tür­ki­yə­də məh­bus­la­rın sa­yı­nın 100 min nə­fə­rə çat­dı­ğı, Azər­bay­can­da isə bu rə­qə­min beş də­fə aşa­ğı, yə­ni 20 min nə­fər ol­du­ğu bil­di­ri­lib.
Er­mə­ni­lər atəş­kə­si po­zub­lar
Er­mə­nis­tan Si­lah­lı Qüv­və­lə­ri­nin böl­mə­lə­ri sent­yab­rın 24-də sa­at 23.15-dən 23.35-dək, sent­yab­rın 25-də sa­at 00.20-dən 01.05-dək, 01.45-dən 03.10-dək və 05.50-dən 06.20-dək fa­si­lə­lər­lə Tər­tər ra­yo­nu­nun Qı­zıl Oba, Sey­su­lan, Gö­yarx və Çay­lı kənd­lə­ri ya­xın­lı­ğın­da yer­lə­şən möv­qe­lər­dən Azər­bay­can Si­lah­lı Qüv­və­lə­ri­nin üz­bə­üz möv­qe­lə­ri­ni av­to­mat və pu­lem­yot­lar­dan atə­şə tu­tub­lar. Mü­da­fiə Na­zir­li­yi­nin mət­bu­at xid­mə­tin­dən APA-ya ve­ri­lən mə­lu­ma­ta gö­rə, bü­tün hal­lar­da düş­mən ca­vab atə­şi ilə sus­du­ru­lub, it­ki yox­dur.
 
 
spacer
  Copyright © 2008 Bütün haqqları qorunur.
Content by azDesign.ws