Menyu
spacer


spacer
spacer
spacer spacer
spacer spacer
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
"Bey­nəl­xalq aləm­də qor­xu var"
Zi­ba Nor­man: "Qaf­qaz­da don­du­rul­muş mü­na­qi­şə­lər si­lah­lı qar­şı­dur­ma­ya çev­ri­lə bi­lər"

"İn­gil­tə­rə ic­ti­ma­iy­yə­tin­də Qa­ra­bağ haq­qın­da, mü­na­qi­şə ba­rə­sin­də çox az bil­gi­lər var. On­lar Qa­ra­ba­ğın Azər­bay­ca­nın tər­kib his­sə­si ol­ma­sı ba­rə­də mə­lu­mat­sız­dır­lar. Bi­zim təş­ki­lat Lon­don­da Azər­bay­can haq­qın­da, Qa­ra­bağ konf­lik­ti ba­rə­də iki də­fə bö­yük təd­bir dü­zən­lə­di və ora­da­kı in­san­la­rı maa­rif­lən­dir­di. Təd­bir­lər­də 60-dan ar­tıq KİV nü­ma­yən­də­lə­ri iş­ti­rak edir­di­. Bu sə­bəb­dən də dü­zən­lə­di­yi­miz təd­bir­lə­rin va­cib əhə­miy­yət da­şı­dı­ğı­nı zənn edi­rəm".
   
   Bu söz­lə­ri ötən gün "Trend" xə­bər şir­kə­ti­nin ofi­sin­də jur­na­list­lər üçün bri­finq ke­çi­rən İn­gil­tə­rə­nin Tran­sat­lan­tik İns­ti­tu­tu­nun di­rek­to­ru Zi­ba Nor­man səs­lən­di­rib. Rəh­bər­lik et­di­yi qu­rum ba­rə­də mə­lu­mat ve­rən qo­naq Azər­bay­ca­na gəl­mə­yi­nin sə­bəb­lə­rin­dən də da­nı­şıb. O bil­di­rib ki, re­gi­on­da­kı və­ziy­yə­ti öy­rən­mək, in­san­la­rın fi­kir­lə­ri ilə ma­raq­lan­maq üçün Azər­bay­can­da­dır. Z.Nor­ma­nın qə­naə­tin­cə, bu yay Ru­si­ya ilə Gür­cüs­tan ara­sın­da baş ve­rən mü­ha­ri­bə Qaf­qaz re­gio­nu­nun cid­di mü­na­qi­şə oca­ğı ol­du­ğu­nu bir da­ha sü­but edib: "Ha­zır­da dün­ya ic­ti­ma­iy­yə­tin­də, bey­nəl­xalq aləm­də qor­xu var ki, Qaf­qaz­da don­du­rul­muş mü­na­qi­şə­lər si­lah­lı qar­şı­dur­ma­ya çev­ri­lə bi­lər. Qaf­qaz­da qan tö­kül­mə­sə, dün­ya ic­ti­ma­iy­yə­ti bu re­gi­on­la bağ­lı da­nış­mır­lar. Bey­nəl­xalq aləm hə­rə­kə­tə keç­mir. Hal­bu­ki Qaf­qaz hər an dün­ya­nın diq­qət mər­kə­zin­də ol­ma­lı­dır". Transat­lan­tik İns­ti­tu­tu­nun ya­ran­dı­ğı gün­dən Ru­si­ya­nın re­gi­on­da­kı möv­qe­yi­ni ana­liz et­di­yi­ni de­yən qo­naq vur­ğu­la­yıb ki, Ru­si­ya-Gür­cüs­tan mü­ha­ri­bə­si baş­la­ya­na qə­dər Qərb bu­ra­da don­du­rul­muş konf­likt­lə­rin si­lah­lı mü­ha­ri­bə­yə çev­ri­lə­cə­yi­nə inan­ma­yıb: "Ru­si­ya­nın qaz si­la­hı bir çox eks­pert­lə­rin proq­noz ar­qu­ment­lə­ri­nə çev­ri­lib. Qərb ic­ti­ma­iy­yə­ti Ru­si­ya­nın ener­ji si­la­hın­dan is­ti­fa­də edə­rək re­gi­on­da mey­dan su­la­ma­sı­nı, so­yuq mü­ha­ri­bə­yə baş­la­ma­sı­nı cid­di qə­bul et­mir­di. Bu yay baş ve­rən ha­di­sə­lər onu gös­tər­di ki, Ru­si­ya Krem­lin si­ya­si ma­raq­la­rı üçün hət­ta so­yuq mü­ha­ri­bə­yə start ver­mək­dən çə­kin­mir". Ye­ni pro­ses­lə­rin baş ve­rə­cə­yi­ni de­yən Z.Nor­man bu­nun­la Ru­si­ya­nın tə­əc­cüb­lə­nə­cə­yi­ni də diq­qə­tə çat­dı­rıb: "BMT-də­ki mü­za­ki­rə­lər, Tür­ki­yə-Er­mə­nis­tan mü­na­si­bət­lə­ri və Qa­ra­bağ da­nı­şıq­la­rı ilə yə­qin ki ta­nış­sız. Qaf­qaz­da bu gü­nə ki­mi və­ziy­yət qey­ri-sa­bit olub və bun­dan son­ra da tam sa­bit­li­yin ya­ra­na­ca­ğı­nı gü­man et­mi­rəm. Am­ma Tür­ki­yə re­gi­on­da möv­qe­yi­ni güc­lən­di­rir. Er­mə­nis­tan isə həm da­xi­li, həm də bey­nəl­xalq təz­yiq­lə­rə mə­ruz qal­maq­da­dır. Çün­ki dün­ya ic­ti­ma­iy­yə­ti Gür­cüs­tan ha­di­sə­lə­ri­nin tək­rar­lan­ma­sı­nı is­tə­mir. Tür­ki­yə­nin möv­qe­yi­nin güc­lən­mə­si Azər­bay­can­la Er­mə­nis­tan ara­sın­da va­si­tə­çi­lik ro­lu­nu ar­tı­ra bi­lər". Bü­tün hal­lar­da Tür­ki­yə­nin eh­ti­yat­lı ad­dım­lar at­ma­sı­nı va­cib sa­yan Tran­sat­lan­tik İns­ti­tu­tu­nun di­rek­to­ru onun NA­TO-nun üz­vü ol­du­ğu üçün Ru­si­ya ilə ara­sın­da gər­gin­lik ya­şa­dı­ğı­nı diq­qə­tə çat­dı­rıb: "Ey­ni za­man­da Tür­ki­yə iq­ti­sa­diy­ya­tı Ru­si­ya­dan ası­lı ol­du­ğu­na gö­rə bu öl­kə diq­qət­li ol­ma­lı­dır. He­sab edi­rəm ki, Cə­nu­bi Ose­ti­ya­da baş ver­miş ha­di­sə­lər Qaf­qaz üçün müs­bət nə­ti­cə ve­rə­cək. Bey­nəl­xalq aləm Ru­si­ya­nın ye­ni­dən so­yuq mü­ha­ri­bə­yə baş­la­ma­sı­nın qar­şı­sı­nı ala­caq". Ru­si­ya ilə ti­ca­rət əla­qə­lə­ri olan döv­lət­lə­rin bu öl­kə­yə eti­ba­rı­nın azal­dı­ğı­nı de­yən Z.Nor­ma­nın qə­naə­tin­cə, Vla­di­mir Pu­tin bu­nun­la dər­si­ni al­mış ol­du: "Pu­tin in­di ka­pi­ta­liz­min nə ol­du­ğu­nu yax­şı dərk edir". Azər­bay­can­dan əv­vəl Gür­cüs­tan­da, Qo­ri şə­hə­rin­də ol­duq­la­rı­nı, ora­da mü­ha­ri­bə­dən əziy­yət çə­kən in­san­lar­la gö­rüş­dük­lə­ri­ni bil­di­rən qo­naq Er­mə­nis­ta­na sə­fər plan­la­rı­nın ol­ma­dı­ğı­nı de­yib.
   
Anar Bay­ra­moğ­lu
Oxunub: 480
ARXİV
AKP-dən bir mil­lət və­ki­li is­te­fa ve­rib
Ya­şar Öz­türk is­te­fa­sı­nın sə­bəb­lə­ri­ni açıq­la­ma­yıb
Saa­kaş­vi­li­nin xa­nı­mı Ba­kı­ya gə­lə­cək
"Me­dia­fo­rum" seç­ki ke­çi­rir
İl­ham Əli­yev bi­rin­ci­li­yi­ni qo­ru­yub sax­la­yır
Pre­zi­dent sə­rən­cam­lar im­za­la­yıb
Bir qrup qa­dın təl­tif olu­nub
Qu­sar­da əmə­liy­yat­lar...
Da­xi­li Qo­şun­la­ra məx­sus 13 hər­bi ma­şın və 1 ədəd ZTR me­şə mas­si­vin­də ax­ta­rış­lar apa­rır
"Bey­nəl­xalq aləm­də qor­xu var"
Zi­ba Nor­man: "Qaf­qaz­da don­du­rul­muş mü­na­qi­şə­lər si­lah­lı qar­şı­dur­ma­ya çev­ri­lə bi­lər"
Na­zir­lər Hel­sin­ki­yə top­la­şa­caq
GU­AM­+ABŞ for­ma­tın­da gö­rüş da­vam et­di­ri­lə­cək
 
spacer
  Copyright © 2008 Bütün haqqları qorunur.
Content by azDesign.ws