"Mediaforum" seçki keçirir
İlham Əliyev birinciliyini qoruyub saxlayır
"Mediaforum" saytı bu il oktyabr ayının 15-də ölkəmizdə keçiriləcək prezident seçkisi ilə bağlı rəy sorğusu keçirir.
Sorğuda prezidentliyə namizədlərin birinin lehinə, yaxud hamısının əleyhinə səs vermək mümkündür. Saytın seçki bülletenində namizədlərin soyadları əlifba sırası ilə yerləşdirilib. Hər bir oxucuya səsvermədən qabaq da, sonra da nəticələri izləmək imkanı verilib. İki həftə davam edəcək səsvermənin ilkin nəticələrinə görə YAP-ın prezidentliyə namizədi İlham Əliyev rəqiblərini böyük fərqlə geridə qoyub. İqbal Ağazadə ikinci yerdə qərarlaşıb. Qulamhüseyn Əlibəyli 1 faiz səs toplayıb. Qüdrət Həsənquliyev, Fazil Mustafayev (Qəzənfəroğlu) və Hafiz Hacıyevə isə səs verilməyib.