TQDK ali və orta
məktəb müəllimləri
üçün seminarlar təşkil edir
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) test tərtibi metodikasını təkmilləşdirmək və növbəti tədris ili üçün qəbul imtahanlarına hazırlıq işini həyata keçirmək məqsədilə ali və orta məktəb müəllimləri üçün seminarlar təşkil edir.
TQDK-dan "Şərq"ə verilən məlumata görə, oktyabr ayının 1-dən start veriləcək elmi-metodiki seminarlarda ali məktəblərə qəbul zamanı istifadə olunan test blanklarının hazırlanması texnologiyası öyrədiləcək. Elmi-metodik mərkəzlərin mütəxəssislərin də dəvət olunduğu seminarda ayrı-ayrı fənn məşğələlərinin keçirilməsi nəzərdə tutulub. Məşğələlər 11 fənn üzrə həyata keçiriləcək. Bunlar ana dili və ədəbiyyat, ingilis, fransız, alman, şərq dilləri, kimya, fizika, tarix, biologiya, coğrafiya və riyaziyyat fənləridir.
Anar