Elmar Məmmədyarovun görüşləri davam edir
Nazir ABŞ Dövlət Departamentinin
insan alveri ilə mübarizə üzrə ofisin rəhbəri, səfir Mark Laqon ilə görüşüb
BMT Baş Assambleyasının 63-cü sessiyası çərçivəsində görüşlərini davam etdirən Azərbaycanın Xarici Siyasət İdarəsinin rəhbəri Elmar Məmmədyarov ABŞ Dövlət Departamentinin insan alveri ilə mübarizə üzrə ofisin rəhbəri, səfir Mark Laqon ilə görüşüb.
XİN-in mətbuat xidmətinin rəhbəri Xəzər İbrahimin "Şərq"ə verdiyi məlumata görə, görüşdə Azərbaycanla ABŞ arasında insan alverinə qarşı mübarizə sahəsində əməkdaşlıq müzakirə olunub. Nazir miqrasiya sahəsində Azərbaycanda görülən işlər haqqında danışaraq qəbul olunmuş qanunları və yaradılmış Dövlət Miqrasiya Xidmətini nümunə kimi göstərib. ABŞ tərəfi isə bu sahədə əldə etdiyi təcrübələrini Azərbaycanla bölüşəcəyini vəd edib. Elmar Məmmədyarov Baş Assambleyanın sessiyası çərçivəsində, həmçinin Avropa Şurasına üzv olan ölkələrin və İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) XİN başçılarının görüşündə də iştirak edib.
Vüsalə