Qonaq qadın problemlərinin
həlli ilə bağlı Azərbaycan tərəfi ilə
əməkdaşlığa hazır olduğunu bildirib

Azərbaycanda səfərdə olan Misirin birinci xanımı Syuzan Mübarək dünən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə görüşüb.
Görüşdə Hicran Hüseynova Azərbaycanda qadınların hüquqlarının qorunması sahəsində görülən işlərdən danışıb. Həmçinin o, Misirin birinci xanımının dünyada qadınlara qarşı zorakılığın qarşısının alınması istiqamətində gördüyü işləri də yüksək qiymətləndirib. Azərbaycana səfər etməsindən məmnun olduğunu bildirən Misirin birinci xanımı Syuzan Mübarək bu səfərinin iki ölkə arasında əlaqələrin daha da sıxlaşmasına töhfə verəcəyinə əminliyini ifadə edib. Azərbaycanda gedən inkişafın şahidi olduğunu qeyd edən qonaq qadın problemlərinin həlli ilə bağlı Azərbaycan tərəfi ilə əməkdaşlığa hazır olduğunu da bildirib. Qeyd edək ki, Misirin birinci xanımı ilə keçirilən görüşdə TQDK-nın sədri Məleykə Abbaszadə, MM-in İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova və digər qadın millət vəkilləri iştirak ediblər.