Nazir də etiraf edir
Azərbaycanda olan cəzaçəkmə müəssisələri müasir standartlara cavab vermir
Azərbaycanda olan cəzaçəkmə müəssisələri müasir standartlara cavab vermir.
APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Türkiyəli həmkarı Mehmet Əli Şahinlə ötən gün keçirdiyi görüşdə deyib. Azərbaycanda olan cəzaçəkmə müəssisələrinin böyük əksəriyyətinin sovet dönəmindən qaldığını vurğulayan nazir onların müasir standartlara cavab vermədiyini vurğulayıb. O, artıq Naxçıvan Muxtar Respublikasında (MR) müasir standartlara cavab verən yeni cəzaçəkmə müəssisəsinin istifadəyə verildiyini və analoji tədbirlərin ölkənin bütün əyalətlərində aparılacağını bildirib. Tükiyənin ədliyyə naziri Mehmet Əli Şahin də öz növbəsində Naxçıvanda istifadəyə verilən cəzaçəkmə müəssisəsinə baş çəkəcəyini bildirib.