"SEÇKİ 2008" internet
resursu yaradılıb
"Seçki 2008" QHT Koalisiyası tərəfindən prezident seçkiləri ilə əlaqədar "SEÇKİ 2008" internet resursu yaradılıb.
Bu barədə "Şərq"ə adıçəkilən koalisiyadan verilən məlumata görə, internet resurs www.sechki2008.org ünvanında yerləşir. Saytın hazırlanmasında məqsəd seçki prosesində seçicilərin informasiya əldə etməsi üçün alternativ informasiya mənbəyi formalaşdırmaqdan ibarətdir. Koalisiyadan bildiriblər ki, sayt "Xəbərlər", "Monitorinq", "Qanunvericilik", "Press-reliz", "Partiyalar və bloklar" bölmələrindən ibarətdir. Məlumatda bildirilir ki, "Xəbərlər" bölməsində seçkilərlə bağlı gündəlik ölkə mətbuatında gedən yazılar və koalisiyanın hazırladığı məlumatlar öz əksini tapacaq. "Ümumiyyətlə, saytda seçkilərlə, seçki qanunvericiliyi və seçki subyektləri ilə bağlı kifayət qədər statistik və informasiyayönümlü xəbərlər yerləşdirilib". Qeyd edək ki, sayt Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.
Seymur