Azad Mirzəcanzadənin
80 illiyi qeyd ediləcək
Oktyabrın 7-də akademik Azad Mirzəcanzadənin anadan olmasının 80 ili münasibətilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) anma mərasimi keçiriləcək.
ARDNŞ-dən Lent.az-a verilən məlumata görə, həmin gün A. Mirzəcanzadənin Fəxri Xiyabandakı məzarı ziyarət olunacaq, sonra isə Şirkətin inzibati binasında yubiley tədbiri təşkil ediləcək Tədbirdə ARDNŞ rəhbərliyinin nümayəndələri, alimlər, akademikin tələbələri onun elmi fəaliyyətindən söhbət açacaq, neftçi mütəxəssislərin yetişməsində rolundan bəhs edəcək, xatirələrini danışacaqlar.