Menyu
spacer


spacer
spacer
spacer spacer
spacer spacer
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
Da­hi və sa­də Azər­bay­can­lı - Lüt­fi Za­də

Onun haq­qın­da çox oxu­muş­dum. El­mə gə­tir­di­yi ye­ni­lik­lər, dün­ya­nın bu ye­ni­lik­lər­dən əl­də et­di­yi bö­yük nə­ti­cə­lər və qa­zanc­lar içim­də bu da­hi alim­lə gö­rüş­mək, onun­la nə­zə­riy­yə­lə­ri ilə bağ­lı fi­kir mü­ba­di­lə­si apar­maq, çox­lu su­al­la­rı­ma ca­vab al­maq is­tə­yi do­ğur­muş­du. Çün­ki bir azər­bay­can­lı ola­raq, bu da­hi azər­bay­can­lı ilə sö­zün əsil mə­na­sın­da fəxr edir­dim!
   Hər bir mil­lət dün­ya­ya, bə­şər ta­ri­xi­nə bəxş et­di­yi bö­yük in­san­la­rı ilə fəxr edir. Bü cür in­san­lar tək­cə öz mil­lə­ti üçün de­yil, bü­tün dün­ya və in­san­lıq üçün bö­yük iş­lər gö­rür və öz adı ki­mi, mil­lə­ti­nin də adı­nı ta­ri­xə ya­zır. Bə­zən bir in­san bir mil­lə­tin dün­ya­ya ta­nı­dıl­ma­sın­da çox bö­yük rol oy­na­yır və ya oy­na­ya bi­lər.
   
   Meh­ri­ban və sa­də in­san
   
   Həm­yer­li­miz O.Ba­ba­za­də­nin və M.Sə­mə­din çək­di­yi çox gö­zəl bir film "Uzaq və ya­xın Lüt­fi Za­də" fil­mi­ni seyr et­dik­dən son­ra onun­la tək­cə da­hi alim ki­mi el­mi iş­lə­rin­dən de­yil, bir azər­bay­can­lı ki­mi də sə­mi­mi söh­bət et­mək is­tə­yir­dim. Onun­la uzun il­lər­dir ya­şa­dı­ğı və fəa­liy­yət gös­tər­di­yi ABŞ-ın Ka­li­for­ni­ya Şta­tın­da ta­nış ol­duq. Qar­şım­da bə­zi­lə­ri­nin dü­şün­dü­yü ki­mi so­yuq və uzaq ame­ri­ka­lı alim L.Za­də yox, meh­ri­ban və ya­xın, sa­də azər­bay­can­lı L.Za­də da­yan­mış­dı. Bu in­san­da mə­ni ilk hey­rət­lən­di­rən həd­dən ar­tıq sa­də­lik və meh­ri­ban­lıq idi. Bir ne­çə də­qi­qə ər­zin­də dost­la­şıb çox meh­ri­ban­ca­sı­na söh­bə­tə baş­la­dı­ğı­mız bu in­san adı dün­ya el­mi­nin nə­həng­lə­ri ilə bir sı­ra­da çə­ki­lən bir alim, qey­ri-sə­lis mən­ti­qin ata­sı he­sab olu­nan Lüt­fi Za­də idi. Həd­dən ar­tıq sə­mi­mi və meh­ri­ban Lüt­fi Za­də...
   
   Dün­ya el­min­də in­qi­lab
   edən da­hi azər­bay­can­lı
   
   Ma­raq­lı­dır ki, uzaq San-Fran­sis­ko­da mil­li mət­bə­xi­mi­zin ən gö­zəl tə­am­la­rı­nın ol­du­ğu bir res­to­ran­da ma­sa ar­xa­sın­da Azər­bay­can­dan gəl­miş mil­lət və­kil­lə­ri, Los-An­ce­les­də­ki baş kon­su­lu­muz və kon­sul­lu­ğun əmək­daş­la­rı, bir söz­lə, soy­daş­la­rı ara­sın­da ol­maq­dan və söh­bət­lər­dən çox ra­zı gö­rü­nür­dü. Elə biz də... Bu bi­zim üçün Ka­li­for­ni­ya­da ke­çir­di­yi­miz gö­rüş­lə­rin bəl­kə də ən ma­raq­lı­sı idi. Azər­bay­can­la bağ­lı çox­lu su­al­lar ve­rir­di. Azər­bay­ca­nın Er­mə­nis­tan tə­rə­fin­dən iş­ğal olun­muş əra­zi­lə­ri, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin həl­li is­ti­qa­mə­tin­də və­ziy­yə­tin nə yer­də ol­ma­sı, Azər­bay­ca­nın in­ki­şa­fı, iq­ti­sa­di po­ten­sia­lı, öl­kə­mi­zin keç­di­yi yol, elm, mə­də­niy­yət və bir çox sa­hə­lər­də mü­za­ki­rə­lər edir­dik. Gö­rüş sa­at­lar­la da­vam et­di. Heç kəs ay­rı­lıb get­mək is­tə­mir­di. Bi­zim üçün də onun­la söh­bət çox ma­raq­lı idi. Ma­sa­da ye­ri­miz ya­na­şı ol­du­ğun­dan onun­la da­ha çox söh­bət et­mək im­ka­nım var­dı və bu da­hi ali­mi, azər­bay­can­lı­nı da­ha ya­xın­dan ta­nı­maq is­tə­yir­dim.
   
   Qu­ra­ni-Kə­rim və qey­ri-sə­lis
   mən­tiq nə­zə­riy­yə­si
   
   Lüt­fi Za­də­nin ən bö­yük xid­mə­ti klas­sik ri­ya­ziy­ya­tın əsa­sı olan iki­li çox­luq an­la­yı­şı­na ye­ni ifa­də ver­mə­si­dir - qey­ri-sə­lis çox­luq­la­rı tək­lif et­mə­si­dir. Elm­də qey­ri-sə­lis öl­çü­nün da­xil edil­mə­si tə­bi­ət­də və cə­miy­yət­də ge­dən pro­ses­lə­rin qey­ri-mü­əy­yən­li­yi­ni da­ha adek­vat nə­zə­rə al­ma­ğa im­kan ya­ra­dıb.
   Lüt­fi Za­də al­ter­na­tiv ri­ya­ziy­yat (qey­ri-sə­lis ri­ya­ziy­yat) ya­rat­dı! El­min di­li, qey­ri-mü­əy­yən­lik öl­çü­sü də­yiş­di­yin­dən qey­ri-sə­lis fi­zi­ka, qey­ri-sə­lis kim­ya, qey­ri-sə­lis ri­ya­ziy­yat və baş­qa qey­ri-sə­lis elm­lər ya­ran­dı. Onun­la bağ­lı oxu­du­ğum ya­zı­lar­da ma­raq­lı bir ifa­də var­dı. "O, elm­də elə bö­yük bir in­qi­lab et­di ki, bu nə­zə­riy­yə ya­yıl­ma su­rə­ti­nə və əha­tə dai­rə­si­nə gö­rə elm­dən çox di­ni xa­tır­la­dır". Ra­zı­laş­ma­maq müm­kün de­yil. Çün­ki bu gün dün­ya­da be­lə bir elm sa­hə­si yox­dur ki, hər il 10-lar­ca bey­nəl­xalq konf­rans­lar təş­kil olun­sun, 50-dən çox el­mi jur­nal nəşr olun­sun. Bu, Lüt­fi Za­də­nin ya­rat­dı­ğı qey­ri-sə­lis mən­tiq sa­hə­si­dir! Fəxr ət­mə­yə də­yər!
   
   Al­lah kai­nat­la zər oy­na­mır və ya
   hə­yat­la vi­da­la­şan Eyn­ştey­nin eti­ra­fı
   
   Ai­lə­sin­dən da­nı­şı­rıq. Hə­yat yol­da­şı Fey xa­nım de­yir ki, Nə­ri­man ad­lı bir oğul­la­rı və Stel­la adın­da bir qız­la­rı var. Hə­yat yol­da­şı onu bü­tün təd­bir­lə­rin­də, sə­fər­lə­rin­də mü­şayi­ət edir. Çox meh­ri­ban bir cüt­lük­dür, sö­zün hə­qi­qi mə­na­sın­da hə­yat dos­tu. Lüt­fi Za­də haq­qın­da bir ya­zı yaz­maq niy­yə­ti­mi de­yi­rəm. Fey xa­nım mə­nə is­ti­fa­də edə bi­lə­cə­yim mən­bə­lər­dən da­nı­şır. Mən­bə­lər isə say­sız-he­sab­sız... Söh­bə­ti ye­ni­dən Lüt­fi Za­də­nin dün­ya­ya səs sa­lan el­mi ye­ni­lik­lə­ri­nin üzə­ri­nə qay­ta­rı­rıq. Lut­fi Za­də dün­ya el­mi­nə 5 fun­da­men­tal nə­zə­riy­yə bəxş edib. "Tə­əs­sü­rat­lar nə­zə­riy­yə­si", "Fə­za və­ziy­yət­lə­ri nə­zə­riy­yə­si", "Söz­lə he­sab­la­ma nə­zə­riy­yə­si", "Soft Kom­pü­ting nə­zə­riy­yə­si", "Qey­ri-sə­lis mən­tiq və çox­luq­lar nə­zə­riy­yə­si" ki­mi el­mi kəşf­lər dün­ya el­mi­nin in­ki­şa­fın­da bö­yük rol oy­na­yıb. Ey­ni za­man­da, bu gün bu nə­zə­riy­yə­lər hə­ya­tı­mı­zın bü­tün sa­hə­lə­rin­də çox ge­niş tət­biq olu­nur.
   İn­san ki­mi dü­şün­mək qa­bi­liy­yə­ti­nə ma­lik kom­pyu­ter­lə­rin, yə­ni təc­rü­bə­yə və el­mi bi­lik­lə­rə yi­yə­lən­miş ma­şın­la­rın- sü­ni in­tel­lek­tin ya­ra­dıl­ma­sın­da bö­yük ali­min el­mi nə­ti­cə­lə­ri bö­yük rol oy­na­yıb
   
   Ya­şın fər­qi yox­dur
   
   87 ya­şı­nın ol­ma­sı­na bax­ma­ya­raq, ya­şın­dan çox ca­van gö­rü­nür. Bu ba­rə­də komp­li­ment­lə­ri­mi­zi mə­mu­niy­yət­lə qə­bul edir. Sə­bə­bi­ni düz­gün hə­yat tər­zi, düz­gün qi­da­lan­ma, id­man­la bağ­la­yır. Əla­və edi­rik ki, özü­nün nə­zə­riy­yə­lə­rin­dən yə­qin bir in­san ki­mi özü də bəh­rə­lə­nib. Qey­ri-sə­lis mən­tiq nə­zə­riy­yə­si onun hə­ya­ta ba­xı­şı, hə­yat fəl­sə­fə­si ki­mi onun bu yaş­la­ra ki­mi sağ­lam, güm­rah və hə­yat eş­qi ilə do­lu ya­şa­ma­sı­nın əsas sə­bəb­lə­rin­dən­dir. O, bu gün dün­ya­da ori­ji­nal ide­ya­lar irə­li sü­rən və ye­ni el­mi is­ti­qa­mət­lə­ri mü­əy­yən edən na­dir alim­lər­dən­dir. Onun hər bir əsə­ri elm alə­min­də ha­di­sə­yə çev­ri­lir. Am­ma vaxt ta­pıb Ka­li­for­ni­ya­da­kı Azər­bay­can di­as­po­ru­nun təd­bir­lə­ri­nə də qa­tıl­ma­ğa baş­la­yıb. Mə­sə­lən, Ka­li­for­ni­ya­da fəa­liy­yət gös­tə­rən Ame­ri­ka­lı Azər­bay­can­lı­lar Şu­ra­sı­nın Berk­li Uni­ver­si­te­tin­də təş­kil et­di­yi gənc­lə­rin 2-ci aka­de­mik fo­ru­mun­da iş­ti­rak və çı­xış edib. Tə­bii ki, Berk­li­nin if­ti­xa­rı olan L.Za­də­nin bir azər­bay­can­lı ola­raq azər­bay­can­lı­la­rın təd­bi­rin­də iş­ti­ra­kı çox va­cib və əhə­miy­yət­li­dir. Ona ba­xa­raq baş­qa mil­lət­lə­rin nü­ma­yən­də­lə­rin­də azər­bay­can­lı­lar haq­qın­da han­sı yük­sək təs­sü­rat­la­rın ya­ran­ma­sı­nı izah et­mə­yə, mən­cə, eh­ti­yac yox­dur. Ey­ni za­man­da, onun bu cür təd­bir­lər­də iş­ti­ra­kı­nın Ame­ri­ka­da ya­şa­yan və ya təh­sil alan azər­bay­can­lı­lar, azər­bay­can­lı gənc­lər üçün bö­yük bir sti­mul ol­ma­sı­nı da...
   
   Tə­va­zö­kar Lüt­fi Za­də
   
   İn­san ki­mi çox sa­də olan Lüt­fi Za­də­yə ba­xan­da ya­dı­ma bir ata­lar mi­sa­lı­mız dü­şür­dü: "Bar ve­rən ağac ba­şı­nı aşa­ğı di­kər". San­ki ya­rat­dı­ğı el­mi nə­zə­riy­yə­lər­lə dün­ya el­min­də in­qi­la­bi çev­ri­liş edib onun ümu­mi mən­zə­rə­si­ni də­yiş­dir­miş in­san o de­yil. San­ki ABŞ-ın Berk­li şə­hə­rin­də­ki İn­for­ma­si­ya Tex­no­lo­gi­ya­la­rı üz­rə Za­də ins­ti­tu­tu-ZİFT ins­ti­tu­tu onun şə­rə­fi­nə ya­ra­dıl­ma­yıb, Ya­po­ni­ya elm adam­la­rı­na ver­di­yi ən yük­sək mü­ka­fat - "Hon­da"-nın sa­hi­bi o de­yil. O, bu ada qey­ri-sə­lis mən­tiq nə­zə­riy­yə­si­nin sə­na­ye­də­ki uğur­la­rı­na gö­rə la­yiq go­rü­lüb. Lüt­fi Za­də bu gün dün­ya­da əsər­lə­ri­nə ən çox is­ti­nad edi­lən alim sa­yı­lır. O, bir çox aka­de­mi­ya­la­rın fəx­ri aka­de­mi­ki, uni­ver­si­tet­lə­rin fəx­ri pro­fes­so­ru­dur. Çox­lu say­da cə­miy­yət və fond­la­rın mü­ka­fat­la­rı­na la­yiq gö­rül­müş, me­dal­lar­la təl­tif edi­lib. Əs­lin­də onun al­dı­ğı mü­ka­fat­la­rın və la­yiq gö­rül­dü­yü me­dal­la­rın tam si­ya­hı­sı­nı ver­mək çox çə­tin­dir. Çün­ki bu­nun üçün sə­hi­fə­lər la­zım gə­lər. Bir azər­bay­can­lı­nın dün­ya­nın elm sa­hə­sin­də ən yük­sək sə­viy­yə­də qə­bul olun­ma­sı və qiy­mət­lən­di­ril­mə­sin­dən gö­zəl nə ola bi­lər?
   Bu gün dün­ya­da məi­şət tex­ni­ka­sın­dan tut­muş-qey­ri-sə­lis mən­tiq­li toz­so­ran­lar, pal­tar­yu­yan­lar, dom­na so­ba­la­rı, atom ener­ji blok­la­rı ki­mi mü­rək­kəb tex­no­lo­ji pro­ses­lə­rə, met­ro qa­tar­la­rı, av­to­mo­bil­lər, ver­tol­yot­lar, ro­bot­lar ki­mi di­na­mik ob­yekt­lə­rin ida­rə olun­ma­sın­da qey­ri-sə­lis ida­rə­et­mə mo­de­li tət­biq olu­nur. Yə­ni Lüt­fi Za­də nə­zə­riy­yə­si məi­şə­ti­miz­dən tut­muş hə­ya­tı­mı­zın bü­tün sa­hə­lə­ri­nə qə­dər nü­fuz edir. Fəxr et­mə­yə də­yər!
   O, Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı­nın üz­vü, Ba­kı Döv­lət Uni­ver­si­te­ti də da­xil ol­maq­la bir ne­çə uni­ver­si­te­tin fəx­ri dok­to­ru­dur. Söh­bət ara­sı da­vam­çı­la­rın­dan da da­nı­şı­rıq. Azər­bay­ca­nın məh­şur alim­lə­rin­dən bi­ri, aka­de­mik, zi­ya­lı Ra­fiq Əli­ye­vin adı­nı çə­kib, haq­qın­da çox yük­sək fi­kir­lər söy­lə­di. Xa­nı­mı isə əla­və et­di ki, on­lar həm də ai­lə dos­tu­dur­lar, çox yax­şı mü­na­si­bət­lə­ri var və vax­ta­şı­rı gö­rü­şür­lər. Ra­fiq mü­əl­li­min bey­nəl­xalq sə­viy­yə­də qə­bul edi­lən bir alim ol­du­ğu­nu bi­lir­dik, am­ma da­hi alim Lüt­fi Za­də­nin bu cür qiy­mə­ti bi­zi də se­vin­dir­di (Ye­ri gəl­miş­kən, bu ya­zı­nın ha­zır­lan­ma­sın­da Ra­fiq Əli­ye­vin Lüt­fi Za­də ilə bağ­lı mü­əy­yən fi­kir­lə­rin­dən qay­naq ki­mi is­ti­fa­də olu­nub).
   
   Unu­dul­maz ax­şam
   
   Çay­la­rı­mı­zı içib qur­tar­saq da sa­at­lar­la da­vam edən və ge­cə ya­rı­sı­na qə­dər uza­nan söh­bə­ti­mi­zi heç kəs tərk et­mək is­tə­mir­di. Ma­sa­mı­za bir nə­fər xa­ri­ci və­tən­daş ya­xın­la­şır. Lüt­fi Za­də­nin əli­ni sı­xa­raq, onun­la gö­rüş­mək­dən şə­rəf duy­du­ğu­nu de­yir. Ma­sa­ya ya­xın­la­şan in­san ali­min onu ta­nı­ma­dı­ğı­nı gö­rüb, "siz mə­ni ta­nı­mır­sı­nız, am­ma biz si­zi çox yax­şı ta­nı­yı­rıq və qiy­mət­lən­di­ri­rik" de­yir. Bir in­san üçün bun­dan bö­yük nə xoş­bəx­lik ola bi­lər!
   Xa­ti­rə şə­kil­lə­ri çək­dir­dik. Ona həd­di­yə edi­lən Azər­bay­can mu­si­qi­si disk­lə­ri­nə çox se­vin­di. Mu­si­qi­mi­zi çox sev­di­yi­ni və da­im qəl­bin­də və evin­də ya­şat­dı­ğı­nı de­di. Ay­rıl­maq vax­tı­dır. Am­ma söh­bə­ti­mi­zi kü­çə­də də da­vam et­di­ri­rik. Gö­zəl bir av­qust ge­cə­si idi. "İn­di Ba­kı­da gö­zəl ha­va var, lap bu­ra­nın ha­va­sı ki­mi, Ba­kı üçün ya­man da­rıx­dım" de­yi­rəm. Ba­xıb gü­lüm­sə­yir. Ha­mı­mız bir ağız­dan "Ba­kı­da gö­rü­şə­nə­dək" de­yi­rik.
   
   Və son...
   
   Mən da­hi azər­bay­can­lı alim Lüt­fi Za­də ilə fəxr edir­dim, onun­la gö­rüş­dən son­ra isə həm də qü­rur duy­dum. Mən­cə, siz də. İna­nı­ram ki, bu gün in­for­ma­si­ya tex­no­lo­gi­ya­la­rı sa­hə­si­ni özü­nün prio­ri­tet­lə­rin­dən bi­ri he­sab edən Azər­bay­can, onun elm alə­mi, bü­tün və­tən­daş­la­rı üçün bö­yük ali­min töv­si­yə və məs­lə­hət­lə­ri çox əhə­miy­yət­li olar­dı. Elə onun Azər­bay­ca­na sə­fər­lə­ri də... Ay­rı­lan­da "Azər­bay­can­da gö­rü­şə­nə­dək" de­miş­dik.
   
   Azər­bay­can­da gö­rü­şə­nə­dək, da­hi və sa­də azər­bay­can­lı Lüt­fi Za­də!
   
   PS. Məqalə ixtirasla verilib və Lent.az saytından götürülüb.
Qə­ni­rə PA­ŞA­YE­VA, Millət Vəkili
Oxunub: 663
ARXİV
Er­mə­ni­lər atəş­kə­si po­zub­lar
Azər­bay­can­da hər ha­ki­mə il ər­zin­də 450 məh­kə­mə işi dü­şür
Bu Tür­ki­yə ilə mü­qa­yi­sə­də iki də­fə az­dır
DAK həm­sədr­lə­ri ABŞ-a ge­dir
Da­ğılq Qa­ra­bağ və Gü­ney mə­sə­lə­si mü­za­ki­rə olu­na­caq
Həm­sədr­lər Nyu-York­da Er­mə­nis­tan pre­zi­den­ti ilə gö­rü­şüb
Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin ni­zam­lan­ma­sı pro­se­si mü­za­ki­rə olu­nub
Mü­xa­li­fət "yox" ca­va­bı al­dı
Me­ri­ya mi­tinq üçün Bi­bi­hey­bət sta­dio­nu­nu gös­tər­di
"Siz Nost­ra­da­mus de­yil­si­niz"
Pre­zi­dent­li­yə eks-na­mi­zəd İsa Qəm­bər, Əli Kə­rim­li və La­lə Şöv­kə­tə mü­ra­ci­ət edib
Na­mi­zəd­lə­rin te­le­de­bat­la­rı­nı iz­lə­yən yox­dur
20 700 yer­li mü­şa­hi­də­çi qey­diy­yat­dan ke­çib
Ye­ni si­ya­si par­ti­ya ya­ra­dı­lır
Azər­bay­can De­mok­ra­tik Sol Par­ti­ya­sı da ola­caq
ATƏT mü­şa­hi­də­çi­lə­ri Qə­bə­lə­də olub­lar
Pre­zi­dent­li­yə na­mi­zə­din id­dia­sı tə­min edil­mə­yib
Qüd­rət Hə­sən­qu­li­yev kas­sa­si­ya şi­ka­yə­ti ve­rə­cək
Da­hi və sa­də Azər­bay­can­lı - Lüt­fi Za­də
 
spacer
  Copyright (c) 2008 Bütün haqqları qorunur.
Content by azDesign.ws