Yeni siyasi partiya yaradılır
Azərbaycan Demokratik
Sol Partiyası da olacaq
Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) Mərkəzi Komitəsi Bürosunun sabiq üzvü, partiyanın keçmiş ideologiya katibi Elşən Manafov Azərbaycan Demokratik Sol Partiyasının (ADSP) Təşəbbüs Qrupunu yaradıb.
Bu barədə APA-ya E. Manafov məlumat verib. O bildirib ki, prezident seçkisindən sonra təşkilat komitəsi formalaşdırılacaq: "Partiyanın proqramı üzərində iş gedir. Çalışırıq ki, partiyanın sənədlərində beynəlxalq təcrübə nəzərə alınsın". E. Manafovun sözlərinə görə, Təşəbbüs Qrupunda ASDP üzvləri də var: "ASDP-yə mənə görə üzv olanlar bu partiyanı tərk edəcəklər". E. Manafov digər sol təmayüllü partiyalarla danışıqlar apardıqlarını da söyləyib: "Danışıqlar apardığım partiyalar arasında iqtidaryönümlü partiyaların toplaşdığı Məşvərət Məclisində təmsil olunan qurumlar da var".