20 700 yerli müşahidəçi qeydiyyatdan keçib
Oktyabrın 15-də keçiriləcək prezident seçkiləri ilə bağlı seçki komissiyalarında bu günə qədər 20 700 yerli müşahidəçi qeydiyyatdan keçib.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib. Onun sözlərinə görə, həmin müşahidəçilərin 20 mini Dairə Seçki Komissiyalarında, 700-ü isə MSK-da qeydiyyata alınıb. Müşahidəçilərin əksəriyyəti müstəqil şəxslərdir.