DAK həmsədrləri ABŞ-a gedir
Dağılq Qarabağ və Güney
məsələsi müzakirə olunacaq
DAK rəhbərliyi, həmsədrlər və İdarə Heyətinin bir neçə üzvü ABŞ-a səfər edəcək. Səfər çərçivəsində bir sıra rəsmilərlə görüşlər də nəzərdə tutulub.
Bu barədə "OLAYLAR"a məlumat verən DAK NTK-nın üzvü Samir Əsədli gələn həftə baş tutacaq səfərdə Azərbaycanın taleyüklü məsələləri-Xocalı soyqırımı, Qarabağ münaqişəsi, Ermənistanın ölkəmizə təcavüzü, İran rejiminin Azərbaycan türklərinə qarşı apardığı siyasət bir süra yüksək dairələrdə müzakirə olunacaq. S.Əsədlinin dediyinə görə, müzakirə olunacaq məsələlər arasında Güneydəki soydaşlarımızın durumuna daha çox diqqət ayrılacaq. Məlumat üçün bildirək ki, hazırda səfərlə bağlı bir sıra hazırlıq işləri görülür.