100 manat borca
görə adam öldürüb
Göyçay sakini ittiham olunur
Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Eynulla Vəliyevin sədrliyi ilə qətldə təqsirləndirilən Göyçay rayon sakini Sənan Tahirovun işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
S.Tahirov həmyerlisi Vüsal Abidovu qətlə yetirməkdə ittiham edilir. İttiham aktına görə, Sənan Vüsala borc verdiyi 100 manatı ala bilmədiyindən onu öldürüb. Prosesdə məhkəmə baxışı sentyabrın 27-nə təyin olunub.
Firdovsi