Sumqayıtda qadağan olunmuş dini ədəbiyyatlar aşkarlanıb
Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət-Axtarış İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhərindəki mağazadan qadağan olunmuş dini ədəbiyyat aşkarlanıb.
DİN mətbuat xidmətindən "Şərq"ə verilən məlumata görə, Sumqayıt şəhər 17-ci mikrorayon ərazisində, şəhər sakini Nəriman Kərimovun işlətdiyi "İslam Nuru" mağazasından müxtəlif dini təriqətləri təbliğ edən, qanunla qadağan edilmiş 77 ədəd dini kitab aşkarlanaraq götürülüb.