Menyu
spacer


spacer
spacer
spacer spacer
spacer spacer
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
Bəzi mətbuat xidmətləri qəzetlər arasında ayrıseçkilik edir
"KİV və mətbuat xidmətləri: mövcud vəziyyətin təhlili və strateji inkişaf istiqamətləri" müzakirə olunub

Dünən Söz Azadlığının Müdafiə Fondu "KİV və mətbuat xidmətləri: mövcud vəziyyətin təhlili və strateji inkişaf istiqamətləri" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən fondun prezidenti, şair Musa Yaqub bu sahədə normal fəaliyyət üçün bütün qanunların qəbul edildiyini deyib.
   
   
   
   "Problemlər nədən doğur", sualına aydınlıq gətirən M.Yaqub bildirib ki, mətbuat xidmətlərinin başlıca vəzifələri jurnalisti həmin qurumun və yaxud müvafiq strukturun rəhbəri ilə calaşdırmağa yardım etməkdir. Çünki bir çox hallarda mətbuat xidmətinin məlumatı bir çox jurnalistləri qane etmir", - deyə o əlavə edib.
   
   Sonra icraçı direktor Vüqar Tofiqli vurğulayıb ki, mətbuat xidmətləri bir çox hallarda jurnalistlərin müraciətlərinə operativ və düzgün cavab vermirlər. Onun sözlərinə görə, buna baxmayaraq, mətbuat xidmətlərinin rəhbərlərinin fəaliyyətlərində bir çox irəliləyişlər olub. Bununla belə, problemlərin hələ də olduğunu deyən V.Tofiqli bəzi mətbuat xidmətlərinin media qurumları arasında ayrıseçkilik qoyduğunu bildirib.
   
   Fondun layihələr üzrə koordinatoru Nəzirməmməd Quliyevin sözlərinə görə, problemlər daha çox jurnalistin informasiya alması zamanı ortaya çıxır.
   
   Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli mətbuat xidmətlərinin fəaliyyətlərində problemlər olduğunu etiraf etməklə yanaşı, bəzi problemləri jurnalistlərin peşəkarlıq səviyyəsinin aşağı olması ilə izah edib. Xidmət rəhbəri əlavə edib ki, jurnalistlər daha çox nazirlə və yaxud qurumun 1-ci şəxsi ilə görüşməyə can atır. O, nazirin bütün jurnalistləri qəbul etməyə və onların suallarının cavablandırmağa imkanı ola bilmədiyini də vurğulayıb.
   
   Bakı şəhər Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Cəmilə Əliqızı jurnalistlərin ixtisaslaşması istiqamətində ciddi addım atmağın zamanının yetişdiyini deyib.
   
   "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı bildirib ki, adətən cəmiyyət üçün maraq doğuran məlumatların əldə olunmasında problem yaranır: "Bəzən isə mətbuat xidmətinin rəhbəri nazirliyin hər hansı bölməsindən məlumatı alıb jurnalistə ötürmək istəmir. Bu da daha çox araşdırmalar zamanı yetərli məlumatların əldə olunmasında ciddi problemlər yaradır".
   
   Sonda tədbirdə QHT-lərin mətbuat xidmətlərinin rəhbərləri mövzu ilə bağlı öz təkliflərini irəli sürüb və fikirlərini bildiriblər.
Oxunub: 582
ARXİV
Təhsil Nazirliyinin saytı yeni versiyada...
"Kitab mağazasını bağlayıb..."
Çingiz Abdullayev: "...Qadın corabları satılan dükan açdılar"
Misir Mərdanov Gürcüstanda səfərdədir
"Azərbaycan məktəblərinin dərslik ehtiyacını biz ödəyəcəyik"
AMİP və Müsavat namizədlərinin təbliğatını aparacaq
"Ümid"çilər isə iddia edir ki, onların namizədlərinin 90 faizi qeydə alınmayıb
Bəzi mətbuat xidmətləri qəzetlər arasında ayrıseçkilik edir
"KİV və mətbuat xidmətləri: mövcud vəziyyətin təhlili və strateji inkişaf istiqamətləri" müzakirə olunub
Münhen danışıqlarında ciddi irəliləyiş olubmu?
Ekspertlər Qarabağ münaqişəsi ətrafında gərginliyin yenə davam edəcəyini proqnozlaşdırırlar
 
spacer
  Copyright (c) 2005-2012 Bütün haqqları qorunur.
Content by azDesign.ws