Menyu
spacer


spacer
spacer
spacer spacer
spacer spacer
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
"Vaşinqton Ankaraya təzyiq edir"
Əhməd Davudoğlu: "Türkiyə o ölkə deyil ki, onunla təzyiq vasitəsi ilə danışmaq mümkün olsun"
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu hesab edir ki, Vaşinqtonun ifrat cəhdləri Türkiyə-Ermənistan münasibətlərinin normallaşması səylərini heçə endirə bilər.
   
   
   
   Modern.az xəbər verir ki, Davudoğlu bu barədə qondarma erməni genosidi məsələsinin cari ilin martında ABŞ Konqresində müzakirəyə çıxarılmasına münasibət bildirərkən deyib. XİN başçısı qeyd edib ki, Vaşinqton bununla Ankaraya təzyiq göstərməyə çalışır. "Lakin Türkiyə o ölkə deyil ki, onunla təzyiq vasitəsi ilə danışmaq mümkün olsun",-deyə Davudoğlu bildirib.
   
   Davudoğlu bəyan edib ki, qondarma genosid məsələsinin Konqresdə qaldırılması, erməni-turk protokollarına dair Ermənistan Konstitusiya Məhkəməsinin qərarı, Soçidə Qarabağa dair aparılan danışıqlarda prezident Serj Sərkisyanın qeyri-konstruktiv mövqeyi - bütün bunlar eyni bir zəncirin həlqələridir. "Qoy heç kim bizi 24 aprellə şantaj etməsin, kimsə bizə təzyiq göstərmək istəyirsə, bilsin, bu, mənasız işdir. Türkiyə qərarları özünün milli maraqlarına uyğun şəkildə qəbul edir",-deyə Davudoğlu deyib.
   
   Diplomat qeyd edib ki, məsələlərin bu cür qoyuluşu nə Vaşinqtonun, nə Ankaranın, nə də İrəvanın maraqlarına uyğundur. Buna görə də ABŞ bu məsələyə daha diqqətli yanaşmalı və ifrat səyləri ilə prosesə mane olmamalıdır.
"Səhər" telekanalından növbəti təxribat
İran kanalının efirində Azərbaycana qarşı təxribat xarakterli videoçarx yayımlanıb
İranın "Səhər" telekanalı Azərbaycana qarşı təxribat xarakterli videoçarx yayımlayıb. Kanalın "Kompas" proqramında efirə gedən videoçarxda İsrail-Fələstin müharibəsi zamanı Qəzzada qətlə yetirilən uşaqların görüntüləri, İsrail rəsmiləri ilə yanaşı Azərbaycanın dövlət xəritəsi də yer alib.
   
   
   
   Maraqlıdır ki, Qəzzada can verən uşaqların kadrlarının ardınca kontekstə uyğun olmayaraq həmin hadisələr fonunda Azərbaycan ordusu göstərilir, tez-tez İsrail-Azərbaycan bayraqlarının yanaşı kadrları, iki ölkə rəsmilərinin görüşləri nümayiş olunub. Təxribat xarakterli videoçarxda hadisələr açıq-aşkar kontekstdən çıxarılır və tamaşaçıda yanlış təəssüratın oyadılmasına cəhd edilir.
   
   "Səhər" telekanalının rəsmi Bakı ilə Tehran arasında ikitərəfli münasibətlərə xələl gətirən reportajları ilə bağlı İranın Azərbaycandakı səfirliyinin mövqeyini öyrənmək mümkün olub. İran hökumətinin bununla bağlı hər hansı tədbir görüb-görməyəcəyi ilə bağlı məsələyə İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami aydınlıq gətirib.
   
   "Mənim əqidəm budur ki, hər iki ölkədə media iki ölkənin və iki xalqın münasibətlərini möhkəmləndirmək üçün çalışmalıdır. Sizin ölkədə də bəzi media qurumları var ki, bu sahədə işləmir. Mən hər iki tərəfin mediasından istəyirəm ki, iki prezidentin iradəsini əks etdirən siyasəti, qardaşlıq və dostluğu daha da zənginləşdirmək üçün çalışsınlar", - deyə o vurğulayıb.
   
   Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov isə ANS-ə açıqlamasında bildirib ki, "Səhər" telekanalında yayımlanan videoçarxla bağlı səfirlik araşdırmalara başlayacaq. Axundovun sözlərinə görə, belə videoçarxların yayımlanması təxribat xarakteri daşıyır, iki ölkə arasında yüksək səviyyəli əməkdaşlığa və münasibətlərə kölgə salmaq məqsədi güdür.
   
   Onu da qeyd edək ki, fevralın 5-dən İranın "Səhər" telekanalı bu videoçarxın yayımlanmasını müvəqqəti dayandırsa da, bu gündən yenidən onun nümayişinə başlayıb. Bu telekanalda Azərbaycana qarşı verilən ənənəvi təxribat xarakterli məlumatların sayında da son günlər kəskin azalma müşahidə olunurdusa, İsrailin xarici işlər naziri Aviqdor Libermanın Bakıya səfəri ərəfəsində yenidən belə məlumatların sayı artıb.
   
   
Çingiz Abdullayev gileylənir
"Azərbaycan mütaliə səviyyəsinə görə Gürcüstan və Ermənistandan geri qalır"
Gənclər və İdman Nazirliyi, İrəli İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən "Gənc Liderlər üçün Qış Universiteti" sessiyası çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib . APA-nın məlumatına görə, görüşdə Ç. Abdullayev bu kimi tədbirlərin keçirilməyini yüksək qiymətləndirib və iştirakçıların çoxsaylı suallarını cavablandırıb.
   
   
   
   Azərbaycanda Yazıçılar Birliyinin 1500 üzvü olduğunu qeyd edən katib, öz qonorarı hesabına yaşayan yeganə yazıçı olduğunu deyib: "Gəlirlərimin hamısı kitablardan, kinolardan, ssenarilərdəndir. 20 ildən artıqdır ki, Azərbaycandan pul almıram". Xalq yazıçısı Qarabağ azad olmayınca Azərbaycanda çap olunan əsərlərinə görə pul almayacağını vurğulayıb. Kitablarının dünyada 27 dilə tərcümə olunduğunu bildirən Ç. Abdullayev gələcək planlarından da söz açıb. Yazıçı qeyd edib ki, yaxın vaxtlarda onun əsəri 28-ci dilə - Çin dilinə tərcümə olunacaq: "Hazırda tərcümə üçün icazə alınır. Eyni zamanda bildirim ki, bu vaxta kimi mənim ssenarilərim əsasında 8 film çəkilib. 9-cu filmin isə artıq çəkilişləri başlanılıb və bu film rejissor Ənvər Əbluc tərəfindən çəkilir. Sözügedən ekran əsəri Azərbaycan və İranın müştərək istehsalı olacaq". Gənclərin mütaliə səviyyəsinə də toxunan yazıçı, hazırda bununla bağlı Azərbaycanda vəziyyətin ağır olduğunu açıqlayıb: "Statistikaya görə, bu gün Avropada mütaliə səviyyəsi 70%, İngiltərədə 62%, Sankt-Peterburqda 58%, Gürcüstanda 31%, Ermənistanda 29% təşkil etdiyi halda, Azərbaycanda bu cəmi 8% təşkil edir. Bu nəticənin dəyişməsi üçün biz gərək lazımi tədbirləri görək. Heç olmasa Gürcüstan və Ermənistana çatmalıyıq".
   
   
   
   
Səfərin tarixi müəyyənləşib
Spiker Oqtay Əsədov fevralın 20-22-si İrana gedəcək
Azərbaycan Parlamentinin spikeri Oqtay Əsədov fevralın 20-22-i İrana rəsmi səfər edəcək.
   
   Bu barədə Azərbaycanın İrandakı səfirinin məsləhətçisi İlham Zamanov Trend News-a məlumat verib. Əsədovun Tehrana iranlı həmkarı Əli Laricaninin dəvəti üzrə səfəri bu ölkənin eks-spikeri Qulaməli Xədat Ədilyanın ölkəmizə səfərinə cavab olacaq.
   
   Səfər zamanı Əsədovun İran Prezidenti Mahmud Əhmədinejad, XİN-nin rəhbəri Mənüçöhr Möttəki və digər rəsmi şəxslərlə görüşü gözlənilir.
Yuliya Timoşenko hiddətlənib
"Son protokol sayılana qədər heç kim özünü qalib elan etməsin"
Ukraynanın baş naziri, prezidentliyə namizəd Yuliya Timoşenko opponentlərini son protokol sayılana qədər özlərini qalib edib bayram keçirməməyə çağırıb.
   
   APA-nın "UNİAN"a istinadən verdiyi məlumata görə, Y. Timoşenko keçirdiyi brifinqdə ona səs verən seçicilərə təşəkkür edib: "Əminəm ki, bu insanlar çoxluqdadır. Tarixdə belə nümunələr var ki, kimsə prezident elan olunur, ona vəsiqə verilir, lakin sonra hər şey başqa cür olur".
   
   Baş nazirin fikrincə, hər şey onun komandasının yerlərdə nəticələri necə müdafiə edəcəyindən asılı olacaq: "Mən onların hamısını hər protokol, hər yekun akt, hər səs uğrunda mübarizə aparmağa çağırıram. Bir dəqiqə belə arxayınlaşmaq olmaz. Bir səs Ukraynanın taleyini həll edə bilər".
"İran Qarabağın Azərbaycana qaytarılmasına qarşıdır"
Ermənistanın "Daşnaqsütyun" partiyasının İrandan səfərdən qayıdan rəsmisi Artsvik Minasyan keçirdiyi mətbuat konfransında Tehranın "Qarabağ siyasəti" haqda danışıb.
   
    Milli.Az iragir.am saytına istinadən xəbər verir ki, o, İranın Qarabağın Azərbaycana qaytarılmasına qarşı olduğunu bildirib. "Türkiyənin pantürkizmə əsaslanan siyasəti 20 milyonadək azərbaycanlının yaşadığı İranda narahatlıq yaradır. Bu səbəbdən də Qarabağın Azərbaycana qaytarılması Tehrana sərf etmir", - deyə daşnaq iddia edib.
Burcanadzedən maraqlı iddia
"Saakaşvili Medvedyev və Putinlə görüşmək üçün Moskvaya elçilər göndərir"
Gürcüstan prezidenti Mixail Saakaşvili rusiyalı həmkarı Dmitri Medvedyev və baş nazir Vladimir Putinlə görüşmək üçün cəhdlər göstərir.
   
    Milli.Az xəbər portalının məlumatına görə, bunu Gürcüstan parlamentinin sabiq spikeri, hazırda müxalifətçi "Demokratk hərəkat - Vahid Gürcüstan" partiyasına rəhbərlik edən Nino Burcanadze "Rezonansı" qəzetinə bildirib. Onun sözlərinə görə, Saakaşvilinin bu istiqamətdə ardıcıl cəhdləri nəticə vermir.
   
   "Saakaşvili Medvedyev və Putinlə görüşmək üçün Rusiyaya bir-birinin ardınca elçilər göndərir. Lakin onlar Saakaşvilinin görüş təkliflərini qəbul etmirlər" - deyən Burcanadze bu məlumatın dəqiqliyinə heç kimin şübhə etməməsini istəyib: "Saakaşvili onlarla açıq olmasa da, gizli görüş keçirmək üçün cəhdlər göstərir".
Avropa Şurasından Ermənistan üçün bəd proqnoz
"Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması 20 il də çəkə bilər"
Avropa Şurası Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına ümidlə baxır. Bunu "SNN Türk" telekanalına müsahibəsində qurumun baş katibi Torbyörn Yaqland deyib.
   
   Avropa Şurasının baş katibinin sözlərinə görə, bu prosesin qısa müddət ərzində nəticə verməsi az inandırıcıdır: "Qısa vaxt ərzində nəticənin nə olacaq, birmirəm. Protokolların iki ölkənin parlamentlərində ratifikasiya edilib-edilməyəcəyini də deyə bilmərəm. Bu məsələdə siyasi əngəllər var. Amma ilk addım atıldı. Əminəm ki, bu, son addım olmayacaq. Proses 5-10, ya da 20 il ala bilər. Amma Türkiyə və Ermənistan iki qonşu ölkədir".
   
   Torbyörn Yaqland rəsmi Ankaranı azsaylı xalqların hüquqlarına Konstitusiya ilə təminat verilməsinə də çağırıb.
Gürcüstanla İran arasında viza rejimi qaldırıla bilər
"Yaxın vaxtlarda Gürcüstanla İran arasında viza rejimi qaldırıla bilər". Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında İran İslam Respublikasının Gürcüstandakı səfiri Müctəba Dəmirçi deyib.
   
   Səfirin sözlərinə görə, hazırda bu məsələ müzakirə mərhələsindədir: "İran İslam Respublikasının ümumi siyasəti budur ki, bütün qonşu region ölkələri ilə elə şərait yaratsın ki, ölkələr arasında sərbəst gediş-gəliş mümkün olsun. Təbii ki, bu baxımdan Gürcüstanla İran arasında viza rejiminin ləğv olunması bizim gündəliyimizdə var. Lakin bunun nə zaman həyata keçiriləcəyini zaman göstərəcək".
Azərbaycanda yaşayan ukraynalıların çoxu...
Prezident seçkisidə Viktor Yanukoviçə səs verib
Azərbaycanda yaşayan Ukrayna vətəndaşlarının əksəriyyəti prezident seçkilərinin ikinci turunda Regionlar Partiyasının lideri Viktor Yanukoviçə səs verib.
   
   APA-nın Ukrayna xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, xaricdə fəaliyyət göstərən seçki məntəqələrinin protokollarının 88,4 faizi Mərkəzi Seçki Komissiyasına daxil olub. Hesablamaların nəticələrinə əsasən baş nazir Yuliya Timoşenko Viktor Yanukoviçi 17,98 faiz qabaqlayır. V. Yanukoviçin qalib gəldiyi xaricdəki məntəqələr arasında Azərbaycanda yaradılmış məntəqə də var.
 
 
spacer
  Copyright © 2008 Bütün haqqları qorunur.
Content by azDesign.ws