"20 Yanvar"dakı
bazar bağlanmayacaq
Aparılan söküntü işləri "Velotrek"ə aid deyil
Bakı Metropoliteninin "20 Yanvar" stansiyasının üzərində yerləşən "Velotrek" bazarı bağlanmayacaq. Aparılan söküntü işləri bazara aid deyil.
Bu barədə "Şərq"ə adıçəkilən bazarda ticarət işləri ilə məşğul olan satıcılar məlumat verib. Satıcılar bildirib ki, söküntü işləri bazarın yuxarısında yerləşən hoteldə aparılır: "Bazarın bağlanacağı ilə bağlı xəbərləri biz də qəzetlərdən oxumuşuq. Amma burada işləyənlər bilirlər ki, elə bir şey yoxdur. Əksinə deyirlər ki, bazarı daha da böyüdəcəklər. Dükanlar yeniləşəcək və hamısı müasir səviyyədə qurulacaq. Sökülən hotelin yerində də yekə dükanlar tikiləcək. Ona görə də narahat olmağa dəyməz. Doğrusu, yayılan xəbərlərdən xəbərdar olan kimi biz də narahat olmağa başlamışdıq. Amma məsələni öyrənəndən sonra sakitləşdik".