Menyu
spacer


spacer
spacer
spacer spacer
spacer spacer
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
"Hazırkı danışıqlar formatı ən düzgün formatdır"
Ceyms Steynberq: "Münaqişənin nizamlanmasında öz müqəddəratını təyinetmə prinsipinin qarışıq modelinin tətbiqini mümkün sayırıq"
ABŞ Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində dövlətlərin ərazi bütövlüyü və xalqların milli müqəddəratını təyinetmə prinsipinin qarışıq modelinin tətbiqini mümkün sayır.
   
   
   
   APA-nın "Armenia Today" saytına istinadən yaydığı məlumata görə, bu fikirləri Ermənistan İctimai Televiziyasına müsahibəsində ABŞ dövlət katibinin 1-ci müavini Ceyms Steynberq söyləyib. Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına böyük əhəmiyyət verdiyini deyən C. Steynberq bildirib ki, hazırkı danışıqlar formatı ən düzgün formatdır: "Minsk prosesi də effektlidir və bu yolu davam etdirmək daha düzgün olardı. ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi həll yolunun tapılması ilə bağlı üzərinə götürdüyü öhdəliyə sadiqdir". Steynberq nizamlanma prosesinin başa çatmaqda olduğu barədə fikirləri bölüşmədiyini vurğulayıb: "Həllini gözləyən məsələlər çoxdur. Bu xüsusilə iki ölkə arasında etimad mühitinin formalaşdırılması və prosesin gələcək formatı ilə əlaqədardır. Vaşinqtonda hesab edirlər ki, münaqişə tərəfləri öz silahlanma proqramlarına və onların nəticələrinə diqqətlə yanaşmalıdır. Hər bir tərəfin müdafiə və təhlükəsizlik hüququ var, amma bunu təmin edən zaman digər tərəfin də təhlükəsizlik məsələsinə baxmaq lazımdır".
Rəfiyevlər ailəsi narahatdır
Rail Rzayevin həbsdə olan köməkçisinin səhhətində problemlər yaranıb
Azərbaycan Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı, general-leytenant Rail Rzayevin hazırda həbsdə olan köməkçisi Aydın Rəfiyevin səhhətində problemlər yaranıb. Bu barədə APA-ya Rəfiyevlər ailəsindən bildirilib.
   
   
   
   Ailə üzvlərinin sözlərinə görə, Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılan Aydın Rəfiyev şiddətli ürək ağrılarından əziyyət çəkir. Bir neçə il əvvəl ürəyindən əməliyyat olunan A. Rəfiyev həbs olunandan sonra Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində müalicə də olunub. Dünən MTN-də A. Rəfiyevə baş çəkən vəkili onun xəstəliyi ilə əlaqədar yenidən Müalicə Müəssisəsinə köçürülməsini xahiş edib.
   
   Xatırladaq ki, R. Rzayevin köməkçisi A. Rəfiyev və onun oğlu Anar ötən il aprelin 16-da Yasamal rayonu ərazisində yerləşən hərbi şəhərcikdə yerləşən evlərində həbs ediliblər. Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində yaradılmış istintaq qrupunun üzvləri generalın köməkçisi Aydın Rəfiyevin hərbi şəhərcikdə yerləşən mənzilinə və "Mitsubishi-Pajero" markalı maşınına baxış keçiriblər. Baxış zamanı maşından general Rail Rzayevə məxsus 1 ədəd qış gödəkcəsi və generalın xidməti avtomobilinin dövlət nömrə nişanı aşkar edilib. Məhkəmə Anar Rəfiyevi Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 179-cu (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilərək barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
   
   Təqsirləndirilən şəxslər avtomobildə aşkarlanan Müdafiə Nazirliyinə məxsus 10-00 HM dövlət nömrə nişanı və generala məxsus qış gödəkcəsini R. Rzayevin ölümündən bir müddət sonra generalın şəxsi sürücüsü Bəxtiyar Ələsgərov tərəfindən nazirliyə qaytarılması üçün Aydın Rəfiyevə verildiyini bildiriblər. Lakin A. Rəfiyev məzuniyyətdə olduğu üçün onları Müdafiə Nazirliyinə təhvil verməyib.
   
   Baş prokuror Zakir Qaralov isə ötən ilin oktyabrında jurnalistlərə açıqlamasında Rail Rzayevin qətlindən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə olunduğunu və oradan bəzi maddi əşyaların oğurlandığını bildirib. Aydın Rəfiyev başda olmaqla daha bir neçə şəxsin bu qanunsuz əməllərin gizlədilməsində iştirak etdiyini vurğulayan Z. Qaralov onların məhz bu əməllərinə görə həbs olunduqlarını qeyd edib. Baş prokuror, həmçinin saxlanılan şəxslərin generalın qətlində bilavasitə iştirakının olub-olmamasının da araşdırıldığını qeyd edib.
   
   
İnformasiya portalları da monitorinqə cəlb edilib
Daşkəsən faciəsinin mətbuatda işıqlandırılması araşdırılır
Yanvarın 28-də Müdafiə Nazirliyinin Daşkəsəndə yerləşən "N" saylı hərbi hissəsində baş vermiş qanlı olayla bağlı mətbuatda əksini tapan yazıların monitorinqi davam edir. Bu barədə "Şərq"ə Mətbuat Şurasının katibi Rəhim Hüseynzadə məlumat verib.
   
   
   
   Məlumat üçün bildirək ki, hadisədən sonra rəsmi qurumların nümayəndələri bir neçə dəfə faciənin mediada qərəzli işıqlandırıldığını bəyan ediblər. Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu deyib ki, bəzi mətbuat orqanlarında qərəzsizliyi şübhə doğuran yanaşmalar və mülahizələr yer alıb. Baş prokuror Zakir Qaralovsa kütləvi informasiya vasitələrində obyektiv reallığa və konkret sübutlara əsaslanmayan fərziyyələr irəli sürüldüyünü, bununla da ictimai rəydə çaşqınlıq yaradıldığını vurğulayıb.
   
   Mətbuat Şurasının sədri Əflatun Amaşov isə hərbi hissədə baş vermiş məlum hadisənin mətbuatda işıqlandırılmasıyla bağlı monitorinq aparıldığını bildirib. O deyib ki, əsas məqsədləri ölkədə baş verən hadisələrin ictimaiyyətə düzgün çatdırılmasıdır. "Təbii ki, bu işlər qanunvericilik çərçivəsində görülməlidir, biz dövlət sirrini qorumağı unutmamalıyıq".
   
   Mətbuat Şurasının katibi Rəhim Hüseynzadə monitorinqin davam etdirildiyini söylədi. Onun sözlərinə görə, başlatdıqları yoxlama demək olar ki, bütün mətbuat orqanlarını əhatə edir. Hətta informasiya portalları da monitorinqə cəlb edilib. R.Hüseynzadə monitorinqin nə zaman başa çatacağı ilə bağlı konkret bir söz demədi. O, bu məsələdə tələsməməyin tərəfdarı olduqlarını söylədi. "Bu, elə bir məsələdir ki, tələm-tələsik yoxlama aparmaq, araşdırmaq olmaz. Bu prosesi dəqiq, düzgün, diqqətlə həyata keçirmək lazımdır. Ordu həssas bir məsələ olduğundan nəyinsə xatirinə tələsik nəticələr açıqlamaq düzgün olmazdı. Azərbaycan qanunvericiliyində açıq və qapalı məlumatlar barədə müddəalar var. Məsələn, "Dövlət sirri haqqında" qanunda göstərilib ki, hansı informasiyanı vermək olar, hansını yox. Amma təbii ki, ölkədə baş verən olaylar ictimaiyyətə çatdırılmalıdır. KİV-in əsas vəzifəsi də elə bundan ibarətdir.
   
   Bütün məqamlar diqqətlə araşdırılandan sonra, ictimaiyyətə açıqlama veriləcək. Belə məsələlərdə jurnalistlər məsuliyyətli olmalıdır. Hesab edirəm ki, fəaliyyətlərinə hörmət edən, əsl qəzetçiliklə məşğul olmağı qarşısına məqsəd qoymuş mətbu orqanlar monitorinqin nəticələrinə də ciddi yanaşacaqlar".
   
   
   
   
Firdovsi
ABŞ-da Qarabağ müzakirələri
Azərbaycan-Amerika Şəbəkəsinin (US Azeri Notwork) işlər müdiri, Azərbaycan-Amerika, Azərbaycan-yəhudi və türk-Amerika diaspor təşkilatlarının liderləri ABŞ senatorları və konqresmenləri ilə illik lançda iştirak ediblər.
   
    USAN-dan AzərTAc-a verilən xəbərə görə, Nyu-Yorkun yəhudu icması ilə münasibətlərə dair Şuranın təşkil etdiyi lançda ABŞ Senatının, Konqresin Nümayəndələr Palatasının və Ağ ev administrasiyasının nümayəndələri iştirak ediblər.
   
   Görüşdə senator Çarlz Şumer, konqresmenlər Hari Akerman, Çarlz Rengel, Eliot Engel, Adolfus Taun, Kerolayn Meloni, Nita Lauei və Ceralt Nadler çıxış ediblər.
   
   Senatın və Konqresin üzvlərinə Azərbaycan-Amerika birliyinin artan nüfuzu, Birləşmiş Ştatlar ilə Azərbaycan arasında strateji müttəfiqlik münasibətləri, habelə İsrail ilə çoxdankı dostluq əlaqələri, çoxetnik Azərbaycan cəmiyyəti barədə məlumat verilib.
   
   Xüsusi qeyd olunub ki, Azərbaycan dünyada antisemitizmin olmadığı azsaylı ölkələrdən biridir. Bundan əlavə, beynəlxalq və enerji təhlükəsizliyi, Azərbaycan torpaqlarının hələ də Ermənistanın işğalı altında olması və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların gedişi ilə bağlı məsələlər müzakirə olunub.
Bakı aeroportu fəaliyyətini tam bərpa edib
Bütün təxirə salınmış aviareyslər yerinə yetirilib
Heydər Əliyev Beynəlxalq Hava Limanı fəaliyyətini tam bərpa edib.
   
   Hava limanından "APA-Economics"ə verilən məlumata görə, ötən həftənin sonunda paytaxtda güclü qarın yağması ilə əlaqədar Bakı aeroportu müvəqqəti bağlanmışdır, bir çox beynəlxalq aviareys təxirə salınıb. Həmçinin, xaricə uçan təyyarələr marşrutdan kənarlaşaraq digər ölkələrdə məcburi eniş həyata keçirib, Bakıya gələn təyyarələrin əksəriyyəti isə Gəncə aeroportunda enib.
   
   "Hazırda havanın bir qədər sabitləşməsi aeroportun fəaliyyətini tam bərpa olunmasına imkan yaradıb. Belə ki, bütün təxirə salınmış aviareyslər yerinə yetirilib və hazırda bütün marşrutlar üzrə reyslər qrafik üzrə həyata keçirilir", - deyə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildirilib.
Türkiyə su altında qalıb
Şiddətli yağış ölkəni cənginə alıb
Şiddətli yağış Türkiyənin bir çox bölgələrini cənginə alıb. Gecə yağan güclü yağış nəticəsində yolları, bir çox evləri və tikililəri su basıb. İzmirdə isə yağış torpaq sürüşməsinə səbəb olub.
   
   İzmir meteorologiya xidmətindən verilən məlumata görə, şiddətli yağış gün ərzində davam edəcək. Sakinlərə tədbirli olmaq barədə xəbərdarlıq edilib.
   
   Antalyada da güclü fırtına müşahidə edilir. Küləyin sürəti burada saatda 87 km-ə çatır. Bəzi çimərliklərdə yüksələn dalğalar sahildəki daşları küçələrə atıb, onlarla ağaç kökündən çıxıb.
Magistral qaz kəmərində partlayış olub
Hadisə Zığ-Hövsan yolunda qeydə alınıb
Azərbaycan paytaxtında magistral qaz kəmərində partlayış baş verib.
   
   Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, hadisə dünən 13.00 radələrində Zığ-Hövsan yolunda qeydə alınıb. Abşeron əməliyyat şirkətinə məxsus magistral qaz kəmərində baş vermiş qəza ani partlayışa səbəb olub. Nəticədə qaz kəmərinin 60 pm yararsız hala düşüb. Hadisə zamanı yanğın qeydə alınmayıb.
Asim Mollazadə MDİ-nin təmsilçisi ilə görüşüb
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Azərbaycan üzrə direktoru Aleks Qriqoryevslə görüşüb.
   
   Partiyanın mətbuat xidmətindən "Şərq"ə verilən məlumata görə, görüşdə partiya ilə MDİ-nin əməkdaşlıq etdiyi layihələr, ölkəmizdəki ictimai-siyasi vəziyyət, Azərbaycanın Avroatlantik məkana inteqrasiyası ilə bağlı məsələlər müzakirə olunub. Partiya ilə MDİ arasında əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulub. Asim Mollazadə Aleks Qriqoryevsə partiyanın fəaliyyəti barədə ətraflı məlumat verib.
Firdovsi
65 əməkdaş məsuliyyətə cəlb olunub
6 əməkdaş isə prokurorluq orqanlarından xaric edilib
Prokurorluğun 6 əməkdaşı prokurorluq orqanlarından xaric edilib, 65 əməkdaşı məsuliyyətə cəlb olunub.
   
   Baş Prokurorluğun mətbuat xidmətindən "Şərq"ə verilən məlumata görə, 2009-cu hesabat ilində müxtəlif pozuntulara yol verdiklərinə görə prokurorluq orqanlarının 65 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub. Prokurorluqda xidmətlə bir araya sığmayan kobud qanunsuzluqlara yol verdiklərinə görə 6 əməkdaş prokurorluq orqanlarından xaric edilib və onlardan 3-nün barəsində cinayət işi başlanılıb.
   
   Baş Prokurorluqda keçirilən kollegiya iclasında baş prokuror Zakir Qaralov söyləyib ki, Baş Prokurorluğun Təşkilat-Analitik və Kadrlar idarələri, habelə Respublika Hərbi, Naxçıvan Muxtar Respublikasının və Bakı şəhər prokurorluqlarının müvafiq qurumları, habelə bütün strukturların rəhbərləri və tabe prokurorlardan tələb edilib ki, bundan sonra da əməkdaşların fəaliyyətlərində aşkara çıxarılan neqativ təzahürlərə qarşı barışmaz mübarizə xətti qətiyyətlə davam etdirilsin. Xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi məsələlərində prinsipiallıq daha da artırılsın.
   
   
Anar
 
 
spacer
  Copyright © 2008 Bütün haqqları qorunur.
Content by azDesign.ws