Burcanadzedən maraqlı iddia
"Saakaşvili Medvedyev və Putinlə
görüşmək üçün Moskvaya elçilər göndərir"
Gürcüstan prezidenti Mixail Saakaşvili rusiyalı həmkarı Dmitri Medvedyev və baş nazir Vladimir Putinlə görüşmək üçün cəhdlər göstərir.
Milli.Az xəbər portalının məlumatına görə, bunu Gürcüstan parlamentinin sabiq spikeri, hazırda müxalifətçi "Demokratk hərəkat - Vahid Gürcüstan" partiyasına rəhbərlik edən Nino Burcanadze "Rezonansı" qəzetinə bildirib. Onun sözlərinə görə, Saakaşvilinin bu istiqamətdə ardıcıl cəhdləri nəticə vermir.
"Saakaşvili Medvedyev və Putinlə görüşmək üçün Rusiyaya bir-birinin ardınca elçilər göndərir. Lakin onlar Saakaşvilinin görüş təkliflərini qəbul etmirlər" - deyən Burcanadze bu məlumatın dəqiqliyinə heç kimin şübhə etməməsini istəyib: "Saakaşvili onlarla açıq olmasa da, gizli görüş keçirmək üçün cəhdlər göstərir".