Asim Mollazadə MDİ-nin təmsilçisi ilə görüşüb
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Azərbaycan üzrə direktoru Aleks Qriqoryevslə görüşüb.
Partiyanın mətbuat xidmətindən "Şərq"ə verilən məlumata görə, görüşdə partiya ilə MDİ-nin əməkdaşlıq etdiyi layihələr, ölkəmizdəki ictimai-siyasi vəziyyət, Azərbaycanın Avroatlantik məkana inteqrasiyası ilə bağlı məsələlər müzakirə olunub. Partiya ilə MDİ arasında əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulub. Asim Mollazadə Aleks Qriqoryevsə partiyanın fəaliyyəti barədə ətraflı məlumat verib.
Firdovsi