"Uydurma soyqırım
təzyiqləri mənasızdır"
Mübariz Qurbanlı deyir ki,
Türkiyə geri çəkilməyəcək
"Erməni lobbisi qondarma soyqırımın ABŞ Konqresi tərəfindən tanınması üçün bütün səylərini işə salıb".
Bu sözləri YAP-ın saytına YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici əlaqələr komitəsi tərəfindən mart ayında uydurma erməni soyqırımı məsələsini səsverməyə çıxarmağı nəzərdə tutmasına münasibət bildirərkən deyib. M.Qurbanlı deyib ki, "erməni soyqırımı"nın tanınması haqqında qətnamə layihəsi 2007-ci ilin yanvarında Kaliforniyadan olan demokrat-konqresmen Adam Şif tərəfindən Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinə təqdim edilib: "Həmin dövrdə ermənipərəst konqresmenlər bu qətnaməni komitədən keçirməyə nail olsalar da, prezident tərəfindən veto qoyulması nəticəsində ABŞ Konqresində və Senatda bütövlükdə səsverməyə çıxarılmamışdı. ABŞ-da olan bədnam Erməni Milli Komitəsi bu istiqamətdə daha çox canfəşanlıq etməkdədir. Bütün bu hərəkətlərin başlıca məqsədi Türkiyəyə təzyiq etməklə, onu Ermənistanla sərhədləri açmağa sövq etməkdir. Lakin hadisələrin gedişi göstərir ki, uydurma soyqırım təzyiqi qarşısında Türkiyə geri çəkilməyəcək".
Anar