İki günlük fasilədən sonra...
Naxçıvan Beynəlxalq Hava Limanı təyyarələrin qəbuluna başlayıb
Fevralın 4-ü axşam saatlarından etibarən Naxçıvan Muxtar Respublikasına (MR) güclü qarın yağması ilə əlaqədar işini müvəqqəti dayandıran Naxçıvan Beynəlxalq Hava Limanı bu gün axşam saatlarında fəaliyyətini bərpa edib.
APA-nın yerli bürosu xəbər verir ki, iki günlük fasilədən sonra liman təyyarələrin qəbuluna başlayıb. Limandan APA-ya bildiriblər ki, Bakı-Naxçıvan istiqamətində dünən səhər saatlarında baş tutmalı olan ilk reys üzrə təyyarə ötən gün saat 18:30 radələrində Naxçıvan Beynəlxalq Hava Limanına enib. Əks istiqamətə aviareys yaxın saatlarda Heydər Əliyev Beynəlxalq Hava Limanına doğru istiqamət götürəcək.