İnsan Haqları Məhkəməsi...
Azərbaycanla bağlı
növbəti qərar çıxaracaq
Fevralın 11-də Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanla bağlı növbəti qərar çıxaracaq.
APA-nın məhkəmənin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Azərbaycan məhkəməsi evi məcburi köçkünlər tərəfindən zəbt edilən Cəfərov soyadlı Azərbaycan vətəndaşının xeyrinə qərar versə də, bu qərar hakimiyyət orqanları tərəfindən icra olunmayıb. Cəfərov bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.