"Bakıelektrikşəbəkə"də faciə
Mühəndis Asəf Musayev
cərəyan vurması nəticəsində ölüb
"Bakıelektrikşəbəkə" ASC-nin mühəndisini cərəyan vurub. Bu barədə APA-ya Səbail Rayon Prokurorluğundan məlumat verilib.
Hadisə fevralın 7-də "Səbail Ticarət-Tədarük" MMC-nin ofisində baş verib. Sözügedən ünvanda elektrik verilişində yaranmış problemi aradan qaldırmaq üçün ora çağırılan "Bakıelektrikşəbəkə"nin mühəndisi Asəf Musayev cərəyan vurması nəticəsində ölüb.