Menyu
spacer


spacer
spacer
spacer spacer
spacer spacer
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
Məmurlar narkotestdən keçirilsə, maraqlı olar
Hansısa nazir, yaxud məmur narkotikə meyillidirsə, testdən yaxşı çıxmaq üçün səhiyyə strukturlarını da ələ alacaq
Cümşüd Nuriyev:
   
   "Amma mən Azərbaycanda belə bir testin uğuruna,
   
   effektli olacağına inanmıram"
   
   
   
   Əliməmməd Nuriyev:
   
   "Azərbaycanda da bu üsul tətbiq olunsa, yaxşıdır.
   
   Nəzərə almaq lazımdır ki,
   
   bir çox məmurlar əhəmiyyətli vəzifə yerinə yetirirlər"
   
   
   
   Gürcüstan prezidenti Mixail Saakaşvili hökumət təmsilçiləri ilə bağlı maraqlı prosesə başlayıb. Prezidentin qərarı ilə hazırda vəzifə başında bütün nazirlər, yüksəkvəzifəli məmurlar narkotestdən keçiriləcək.
   
   Kiminsə narkotikə aludəçiliyi aşkarlanarsa, təbii ki, həmin şəxs vəzifə ilə vidalaşmalı olacaq. Saakaşvilinin nədən belə bir addım atdığını Gürcüstan reallığına həvalə edək. Azərbaycan reallığı isə bunu deyir ki, narkoticarətin beşiyi başında bəzi hallarda yüksəkvəzifəlilər dayanır. Bu məsələ kasıblıq deyil. Narkotikə aludə olmuş kasıb yaxşı halda ancaq bunu "bacarır" ki, evdən-eşikdən oğurlayıb "ağ ölüm"ə verir, pis halda isə narkotik vasitələrin qanunsuz daşınmasına qurşanıb yolunu türməyə salır.
   
   
   
   Belə olduğu halda dövlət qulluğunda çalışanların narkotestdən keçirilməsi doğrudan da çox maraqlı və lazımlı olardı. Təbii, əgər şəffaf keçirilərsə.
   
   Politoloq Cümşüd Nuriyev isə bu fikirdədir ki, Azərbaycanda belə bir testin şəffaf keçiriləcəyi sual altında olduğundan onun nəticəsinin müsbət effekt verəcəyindən də danışmağına dəyməz:
   
   - Qərbin əksər dövlətlərində analoji testlər keçirilir. Bu da bütün hallarda hökumətdəki biabırçılıqların qarşısını almaq üçün edilir. Gürcüstan xristian ölkəsidir. Orada narkotikə meyillilik güclü ola bilər. Ancaq Azərbaycanda bu, hansı effekti verəcək, onu demək çətindir. Keçirilsə də, ola bilər, bizim bilmədiyimiz, gözləmədiyimiz məsələlər üzə çıxsın. Bəlkə elə adamlar var ki, onlarda buna meyillilik var. Bu cür adamlar nəinki dövlətin yüksək postlarında işləyə, ümumiyyətlə, məmur da ola bilməzlər. Çünki narkotik vasitəni əldə etmək üçün tutduğu postdan istifadə edəcək. Özünə rüşvət mənbəyi yaradacaq ki, narkotik almaq üçün bu puldan xərcləsin. Keçirilsə, yaxşı olardı. Amma bizdə bunun üçün mexanizm yoxdur. Hansısa nazir, yaxud məmur narkotikə meyillidirsə, testdən yaxşı çıxmaq üçün səhiyyə strukturlarını da ələ alacaq. Azərbaycanda belə bir testin uğuruna, effektli olacağına da mən inanmıram. Belə bir testin şəffaflığı qətiyyən inandırıcı görünmür.
   
   Bu, bir faktdır ki, bəzi məmurların övladları, xüsusən də Avropada təhsil alanlar, orada yaşayanlar arasında narkotikə meyilli olanlar var. Biabırçılıqların hamısı da bundan törəyir. Eynicinslə evlənmək və s. bunlar hamısı narkotikin gətirdiyi bəlalardır. ABŞ Dövlət Departamenti ölkələrdə narkotik vasitələrdən istifadə göstəricilərinə dair hesabat yaydı. Hesabatda Azərbaycanda guya tələbələrin 30-35 faizinin narkoman olduğu qeyd edildi. Çox qəribədir ki, aidiyyətli qurumların heç biri - nə Səhiyyə Nazirliyi, nə Təhsil Nazirliyi, nə də Xarici İşlər Nazirliyi hesabatda yazılanları təkzib edən bəyanat vermədilər. Bu, çox haqsız bir hesabat idi. Mən özüm ali məktəb müəllimiyəm. Və qəti şəkildə deyə bilərəm ki, tələbələr arasında narkotikə meyillilik 2-3 faiz ancaq olar. Ümumi tələbə sayının 35 faizini narkomanlar təşkil edə bilməz. Məlum məsələdir ki, varlılar, imkanlılar narkotik vasitələrə aludə olur. İstifadəçi əsasən bunlardı və bir də narkokuryerlərdir. Dövlət məmurları arasında da narkotikə bağlı olanlar var və məhz bu şəxslər ölkəyə narkotik vasitələrin gətirilməsinə bilavasitə yardımçı olur və bu zəhərin ölkəyə axınının qarşısının alınmasına maraq göstərmirlər. Test keçirilsə, əlbəttə, yaxşı olardı. Ancaq bunun həqiqətən uğurlu olacağı inandırıcı deyil. Belə bir testin aqibəti bəri başdan bəllidir.
   
   Konstitusiya Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Əliməmməd Nuriyev də bir sıra ölkələrdə bu təcrübənin mövcud olduğunu dedi:
   
   - Məsələn, ABŞ-da bir sıra vəzifələr var ki, bunlara təyinat olanda həmin şəxs müxtəlif testlərdən keçirilir, Onlardan biri də məhz narkotikdən asılılıqdır. Çünki o işin xarakteri elədir ki, əgər bu amil nəzərə alınmazsa, gələcəkdə müəyyən problemlər yarana bilər. Digər tərəfdən, əgər şəxs vəzifəyə təyin edilirsə, o vəzifə ilə bağlı müəyyən tələblər vardır. Vəzifəyə iddia edən şəxs də bunu bilir və testdən keçməyə özü razılıq verir. Hətta bir sıra qərb ölkələrində "detektor lji" deyilən bir test də var. Bunun sayəsində şəxsin yalan danışmağa nə dərəcədə meyilli olub-olmadığı öyrənilir. Hazırda bu üsulun geniş miqyasda tətbiqi və rəsmiləşdirilməsi istiqamətində çalışılır. Azərbaycanda dövlət qulluğuna qəbul qaydaları artıq bir neçə ildir ki, dəyişdirilib. Dövlət qulluğuna iddialı şəxslər test üsulu ilə imtahan verirlər. Dövlət qulluğuna qəbul zamanı sağlamlıq haqqında arayış da təqdim edilir. Ancaq orada narkotik vasitələrə aludəçiliklə bağlı bənd var, ya yox, narkotestdən keçmə var, ya yox, bunu deyə bilmərəm. Ancaq bunu qadağan edən qanun da yoxdu. Hazırda psixoloji testlərdən istifadə üzərində iş gedir. Yəqin ki, burada ABŞ təcrübəsinə istinad ediləcək. Daxili İşlər Nazirliyinə qəbul zamanı psixoloji testdən keçirilmə mövcuddur. Çünki bunu işin mahiyyəti tələb edir. İnsanın bilik səviyyəsinin müəyyən edilməsi işin bir tərəfidir. Ancaq bu insan həmin vəzifədə özünü necə aparacaq, o, hansı zərərli vərdişlərə sahibdir və qazanılması sonradan mümkün olan vərdişlərə nə dərəcədə meyillidir, buna aydınlıq gətirilməsi çox xeyirlidir. Bunlar dünyada geniş tətbiq olunan üsullardır. Ümumiyyətlə, əhəmiyyətli funksiya yerinə yetirən məmurların sağlamlıq durumları haqqında arayış təqdim etmələri, həkim nəzarətindən keçmələri vacibdir. Testdən keçirilmələr heç bir halda insan hüquq və azadlıqlarının pozulması, məhdudlaşdırılması kimi qəbul edilməməlidir. Hansısa şəxsə məsul vəzifə həvalə edilirsə, onun səhhəti, eyni zamanda psixoloji durumu da bəlli olmalıdır. Məsələn, Rusiya səhiyyə nazirinin qərarı var ki, dövlət qulluğuna qəbul olunan şəxs sağlamlıq haqqında arayış təqdim etməlidir. Xüsusilə də burada şizofreniya, əsəb sistemi xəstəlikləri, aktiv maddələrin qəbuluna ciddi fikir verilir. Bu hallar aşkarlanarsa, həmin adam dövlət qulluğuna alına bilməz. Vəzifədə olan şəxslər də periodik olaraq dispanserizasiyadan keçməlidirlər, yəni vaxtaşırı həkim nəzarətindən keçməlidirlər və tibbi arayış təqdim etməlidirlər. Azərbaycanda da bu üsul tətbiq olunsa, yaxşıdır. Nəzərə almaq lazımdır ki, bir çox məmurlar əhəmiyyətli vəzifə yerinə yetirirlər. Məsələn, DİN-in Narkotiklərlə mübarizə idarəsinin əməkdaşları narkotiklərə aludəçiliklə bağlı yoxlamadan keçsələr, yaxşıdır. Çünki bu işdə çalışan şəxslər müəyyən vaxtdan sonra narkotikdən asılı vəziyyətə də düşə bilər. Hesab edirəm ki, belə yoxlamalar yüksək vəzifələrə qəbul zamanı mütləq olmalıdır. Nəzərə alsaq ki, Azərbaycanda bəzi nazirlər, məmurlar artıq 10 ildən artıqdır vəzifədədirlər, onların bu illər ərzində hansı vərdişlərə yiyələndiyini öyrənmək siyasi hakimiyyət üçün heç də pis olmaz.
   
   
Məlahət Rzayeva
Əsgər hərbçi yoldaşını güllələyib
Müdafiə Nazirliyi faktı təsdiqləyib
Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını öldürüb. Hadisə dünən Müdafiə Nazirliyinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb.
   
   Bakı şəhəri, Nəsimi rayonundan həqiqi hərbi xidmətə çağırılmış, 1991-ci il təvəllüdlü Vasif Rasim oğlu Əliyevin əlindəki avtomat silahdan qəflətən açılan atəş onun əsgər yoldaşı, Göyçay rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 1990-cı il təvəllüdlü Elçin Məmmədova dəyib. E. Məmmədov yerindəcə dünyasını dəyişib.
   
   Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev faktı təsdiqləyib. Onun sözlərinə görə, artıq baş vermiş hadisə ilə bağlı cinayət işi qaldırılıb, araşdırmalar davam etdirilir.
Tükürpədici faciə yaşanıb
Bir ailə özünü göydələndən atdı
Şotlandiyada tükürpədici faciə yaşanıb. Lent.az-ın "BBC"yə istinadən verdiyi məlumata görə, ata, ana və onların oğlu 15-ci mərtəbədən tullanaraq intihar ediblər.
   
   Olay martın 8-də axşam baş verib. İlkin məlumata görə, intihar edən ailə bundan əvvəl Kanadadan deportasiya ediliblərmiş. Kanada hökuməti onların siyasi sığınacaq xahişini rədd edib.
   
   Bundan sonra Şotlandiyaya köçən ailə burada da siyasi sığınacaq üçün müraciət edib. Lakin Şotlandiya hökuməti də onlara sığınacaq verməkdən imtina edib. Ata, ana və oğul tikilməkdə olan "Red Road" yaşayış kompleksinin 15-ci mərtəbəsində məskunlaşıblar. Martın 8-də axşam isə onlar yaşadıqları mərtəbədən özlərini ataraq intihar ediblər.
   
   İntihar edən ailənin ruslar olduğu bildirilir. Hələlik ölənlərin adı açıqlanmır.
Bakıda 4 aylıq körpə yanaraq öldü
Bakıda yaşayış evi yanıb. Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə martın 8-i, axşam saatlarında rayonun İ. İsmayılov küçəsində qeydə alınıb.
   
   Bakı şəhər sakini Elnur Yarıyevə məxsus mənzildə baş vermiş yanğına qısaqapanma səbəb olub. Hadisə nəticəsində evdə olan 4 aylıq körpə Rafiq Yarıyev yanaraq ölüb. Faktla bağlı araşdırma aparılır.
Şirvan şəhərində keçmiş vəkil özünü asıb
İntiharın səbəbi hələlik bəlli deyil
Şirvan şəhər sakini intihar edib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan Şəhər Polis Şöbəsindən məlumat verilib.
   
   Məlumata görə, Şirvan şəhər sakini Ş. Şükürov küçəsi döngə 1, ev 11 ünvanında yaşayan, 1955-ci il təvəllüdlü Mirzəyev Rafiq Rza oğlunun meyiti bu gün saat 11.00 radələrində asılmış vəziyyətdə aşkar edilib. Şəhər Prokurorluğunun müstəntiqi Elmar Bayramov APA-ya bildirib ki, intiharın səbəbi hələlik bəlli deyil. Qeyd edək Rafiq Rzayev əvvəllər müstəntiq işləyib, vəkillik fəaliyyəti ilə məşğul olub.
   
   Amma son zamanlar vəkillik fəaliyyəti ilə də məşğul deyilmiş. Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.
 
 
spacer
  Copyright © 2008 Bütün haqqları qorunur.
Content by azDesign.ws