Menyu
spacer


spacer
spacer
spacer spacer
spacer spacer
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
"Amerikanın müsbət mövqeyini görməsək..."
Ərdoğan: "...Səfirimizi Vaşinqtona göndərməyəcəyik"
"Müsbət mövqe görməsək, səfirimizi Vaşinqtona göndərməyəcəyik". APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanında yerli media mənsublarına açıqlamasında deyib. Kral Faysal Fondu tərəfindən "Kral Faysal İslama Xidmət Mükafatı"na layiq görülən R. T. Ərdoğan mükafatlandırma mərasiminə qatılmaq üçün bu ölkəyə gedib. Kral sarayında keçirilən mərasimdə çıxış edən baş nazir daha sonra səudiyyəli jurnalistlərin suallarını cavablandırıb.
   
   
   
   O, ABŞ Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinin uydurma "erməni soyqırımı" ilə bağlı qərarından sonra Türkiyənin hansı addımları atacağı barədə suala belə cavab verib: "Bu qərar Türkiyəni incidib. ABŞ bizim strateji müttəfiqimiz və dostumuzdur. Türkiyə ilə Ermənistan arasında protokolların imzalandığı bir vaxtda belə bir qərarın qəbulu komediyadır. Komitədə komediya səhnələşdirilib. Konqresmenlərin səsvermə zamanı ən gec 5 dəqiqə ərzində salonda olması tələbinə baxmayaraq, sədr ortadan qeyb oldu. Bir neçə saat keçdi. Səsvermə zamanı kokteyl olar? 22 üzv qərarın əleyhinə, 20-si lehinə səs vermişdi. Üzvlərdən 4-ü yox idi. Bu dörd nəfərin 3-nü tapıb gətirdilər. Lakin sonuncunun gəlişini gözləmədən səsvermənin bitdiyini elan etdilər. Bu, Amerika Konqresinə yaraşmır. Belə bir şey olmaz. Bir tərəfdən özünüzü inkişaf etmiş demokratik ölkə elan edirsiniz, digər tərəfdən isə demokratiyaya zidd bütün çirkinlikləri ortaya qoyursunuz".
   
   R. T. Ərdoğan qərara etirazlarını operativ şəkildə bildirərək Vaşinqtondakı səfiri geri çağırdıqlarını xatırladıb: "Bundan sonra qarşı tərəfin hansı mövqe tutacağı bizim üçün önəmlidir. Biz bunu izləyirik. Türkiyə bu cür məsələlərdə çox həssasdır. Qürurumuzla oynanmasına imkan vermərik. ABŞ-ın da bəsit siyasi maraqlar üçün Türkiyə kimi strateji ortağını fəda edəcəyinə inanmıram. ABŞ buna getsə, onda bizim deyəcəyimiz bir şey qalmaz. Biz də durumu ən geniş planda dəyərləndirəcəyik. Ortada konkret nəticə görməsək, səfirimizi Amerikaya göndərməyəcəyik".
   
   
"Qarabağ münaqişəsi ilə bağlı qərar qəbul etmək zamanıdır"
Qoran Lenmarker: "Məncə, Minsk Qrupunun fəaliyyəti o deməkdi ki, problemin həlini tapmaq üçün baza mövcuddur
"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı indiki vəziyyəti qərar qəbul etmək mərhələsi kimi dəyərləndirərəm". Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında ATƏT Parlament Assambleyasının (PA) Dağlıq Qarabağ və Gürcüstan üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker deyib.
   
   
   
   Q. Lenmarker Gürcüstanda görüşləri başa çatdırandan sonra İrəvan və Bakıya səfərlər edəcəklərini bildirib: "Hər iki ölkənin prezidentləri də daxil olmaqla çox vacib görüşlər keçirəcəyik. Düşürəm ki, artıq Qarabağ münaqişəsinin həlli yolunun tapılmasının vaxtı çatıb. Məncə, Minsk Qrupunun fəaliyyəti o deməkdi ki, problemin həlini tapmaq üçün baza mövcuddur. Amma burada hər iki ölkə başçısını və dövləti razı salacaq həll yolların tapılması əsas vacib məsələdir. Problemin həlli Azərbaycan üçün daha vacibdir. Çünki Azərbaycanın çoxlu sayda qaçqın və məcburi köçkünü var. Onların öz yurd-yuvalarına qayıtmaq hüququ bərpa olunmalıdır".
   
   Q. Lenmarker onu da deyib ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində tərəqqi müşahidə olunur: "ATƏT-in Minsk Qrupunun təklifləri əsasında xarici işlər nazirləri və prezidentlər səviyyəsində görüşlər davam etdirilir. Mən indiki vəziyyəti qərar qəbul etmək zamanı kimi dəyərləndirərəm. Hər iki prezident mövcud imkanları nəzərə alaraq, problemin həlli istiqamətində razılıq əldə olunmasına çalışmalıdır".
Polşanın Baş naziri Bakıda səfərdədir
Dünən Polşanın Baş naziri Donald Tusk Azərbaycana rəsmi səfərə gəlib.
   
    Hər iki ölkənin dövlət bayraqlarının asıldığı Heydər Əliyev adına Beynəlxalq hava limanında hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Polşalı həmkarını Baş nazir Artur Rasizadə və digər rəsmi şəxslər qarşılayıblar. Qarşılanma mərasimindən sonra hava limanının ali qonaqlar üçün salonunda Donald Tusk və Artur Rasizadə arasında qısa protokol söhbəti olub.
Azərbaycandan Rusiyaya qaz ixracının həcmi artırılıb
Bundan sonra qonşu ölkəyə sutkada 3 milyon kubmetr qaz ötürüləcək
Bu aydan Azərbaycandan Rusiyaya qaz ixracının gündəlik həcmi 2 dəfə artırılıb.
   
   Dövlət Neft Şirkətinin məlumatına görə, ilin əvvəlindən indiyədək Rusiyaya gündə 1,5 milyon kubmetr qaz ötürülüb. Martın 5-dən nəql həcminin 3 milyon kubmetrə çatdırılması il ərzində Rusiyaya 1 milyard kubmetr qazın nəqlinə imkan yaradacaq.
   
   Bu ayın sonunda isə Azərbaycan kommersiya şərtləri əsasında İrana qazın ixracına başlayacaq. Martın sonunda Astara Qaz Kompressor Stansiyasında yenidənqurma işləri başa çatdırılacaq və bundan sonra ixraca start veriləcək.
   
   Xatırladaq ki, hazırda İrana ötürülən qaz Naxçıvanın tələbatını ödəmək üçün verilir.
Əli Həsənov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
Azərbaycan prezidenti İlham Əliyev Əli Məhəmmədəli oğlu Həsənovun 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
   
   Ə. Həsənov Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif olunub. Qeyd edək ki, Ə. Həsənov Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiridir.
Xəzərin statusu çözüləcək
XİN başçılarının müavinləri Bakıya toplaşır
Xəzərin hüquqi statusuna dair Sahilyanı ölkələrin XİN başçılarının müavinlərinin növbəti görüşü martın 11-12-də Bakıda keçiriləcək.
   
   İclasda Xəzərdə sərhəd, gömrük, fövqəladə hallar və digər bu kimi məsələlərlə bağlı "saziş" layihəsi müzakirəyə çıxarılacaq. İclasda xarici işlər naziri Elmar Məmmədyarov açılış nitqi ilə çıxış edəcək. Xarici İşlər nazirinin müavini Xələf Xələfov bildirib ki, təhlükəsizlik məsələlərinin müzakirəsinə həsr olunan müzakirələrə Sahilyanı ölkələrin sərhəd, gömrük xidməti, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin nümayəndələri də qatılacaqlar. Qeyd edək ki, müzakirələrin nəticəsi olaraq əldə olunacaq razılaşmalar Xəzəryanı ölkələrin dövlət başçılarının toplantısının planına daxil ediləcək. Məlumat üçün deyək ki, Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti toplantısının Bakıda keçirilməsi nəzərdə tutulsa da, hələlik görüşün vaxtı bəlli deyil. Hazırda bu görüşə hazırlıq işlərinin aparıldığı bildirilir.
Vüsalə
"Azərbaycan alyansın fəal tərəfdaşıdır"
ABŞ-ın NATO-dakı nümayəndəsi belə deyib
"Azərbaycan NATO-nun çox fəal tərəfdaşıdır və alyans bu ölkə ilə aktiv işini davam etdirəcək".
   
   APA-nın xəbərinə görə, bu sözləri ABŞ-ın NATO-dakı nümayəndəsi, xanım Cenifer Devis deyib. "NATO: Dünyanın son 60 ili və demokratiya faktoru" adlı konfransa qatılmaq üçün Bakıya gələn C. Devis demokratik islahatlar, müdafiə sahələrində Azərbaycanla əməkdaşlıq etdiklərini söyləyib: "Azərbaycan eyni zamanda NATO-nun Əfqanıstanda vacib tərəfdaşıdır". Azərbaycanın Əfqanıstandakı hərbi kontingentini artırmağı düşünüb-düşünmədiyi haqda sualı cavablandıran C. Devis Azərbaycanın öz kontingentini iki dəfə artıraraq 45-dən 90-a yüksəltdiyini xatırladıb: "Biz bunu alqışlayırıq. Azərbaycanın bu sahəyə töhfəsini yüksək qiymətləndiririk".
Sergey Lavrov Edvard Nalbandyanla görüşüb
Nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə ediblər
Rusiyanın xarici işlər naziri Sergey Lavrov martın 8-də Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüb.
   
   APA-nın Rusiya XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tərəflər Rusiya-Ermənistan tərəfdaşlıq münasibətlərinin bir sıra aktual məsələlərini, beynəlxalq və regional problemləri müzakirə ediblər. Nazirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin davam etdirilməsi mövzusuna xüsusi diqqət ayırıblar.
 
 
spacer
  Copyright (c) 2008 Bütün haqqları qorunur.
Content by azDesign.ws