Azərbaycandan Rusiyaya qaz ixracının həcmi artırılıb
Bundan sonra qonşu ölkəyə sutkada 3 milyon kubmetr qaz ötürüləcək
Bu aydan Azərbaycandan Rusiyaya qaz ixracının gündəlik həcmi 2 dəfə artırılıb.
Dövlət Neft Şirkətinin məlumatına görə, ilin əvvəlindən indiyədək Rusiyaya gündə 1,5 milyon kubmetr qaz ötürülüb. Martın 5-dən nəql həcminin 3 milyon kubmetrə çatdırılması il ərzində Rusiyaya 1 milyard kubmetr qazın nəqlinə imkan yaradacaq.
Bu ayın sonunda isə Azərbaycan kommersiya şərtləri əsasında İrana qazın ixracına başlayacaq. Martın sonunda Astara Qaz Kompressor Stansiyasında yenidənqurma işləri başa çatdırılacaq və bundan sonra ixraca start veriləcək.
Xatırladaq ki, hazırda İrana ötürülən qaz Naxçıvanın tələbatını ödəmək üçün verilir.