Xəzərin statusu çözüləcək
XİN başçılarının müavinləri Bakıya toplaşır
Xəzərin hüquqi statusuna dair Sahilyanı ölkələrin XİN başçılarının müavinlərinin növbəti görüşü martın 11-12-də Bakıda keçiriləcək.
İclasda Xəzərdə sərhəd, gömrük, fövqəladə hallar və digər bu kimi məsələlərlə bağlı "saziş" layihəsi müzakirəyə çıxarılacaq. İclasda xarici işlər naziri Elmar Məmmədyarov açılış nitqi ilə çıxış edəcək. Xarici İşlər nazirinin müavini Xələf Xələfov bildirib ki, təhlükəsizlik məsələlərinin müzakirəsinə həsr olunan müzakirələrə Sahilyanı ölkələrin sərhəd, gömrük xidməti, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin nümayəndələri də qatılacaqlar. Qeyd edək ki, müzakirələrin nəticəsi olaraq əldə olunacaq razılaşmalar Xəzəryanı ölkələrin dövlət başçılarının toplantısının planına daxil ediləcək. Məlumat üçün deyək ki, Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti toplantısının Bakıda keçirilməsi nəzərdə tutulsa da, hələlik görüşün vaxtı bəlli deyil. Hazırda bu görüşə hazırlıq işlərinin aparıldığı bildirilir.
Vüsalə