"Azərbaycan alyansın fəal tərəfdaşıdır"
ABŞ-ın NATO-dakı nümayəndəsi belə deyib
"Azərbaycan NATO-nun çox fəal tərəfdaşıdır və alyans bu ölkə ilə aktiv işini davam etdirəcək".
APA-nın xəbərinə görə, bu sözləri ABŞ-ın NATO-dakı nümayəndəsi, xanım Cenifer Devis deyib. "NATO: Dünyanın son 60 ili və demokratiya faktoru" adlı konfransa qatılmaq üçün Bakıya gələn C. Devis demokratik islahatlar, müdafiə sahələrində Azərbaycanla əməkdaşlıq etdiklərini söyləyib: "Azərbaycan eyni zamanda NATO-nun Əfqanıstanda vacib tərəfdaşıdır". Azərbaycanın Əfqanıstandakı hərbi kontingentini artırmağı düşünüb-düşünmədiyi haqda sualı cavablandıran C. Devis Azərbaycanın öz kontingentini iki dəfə artıraraq 45-dən 90-a yüksəltdiyini xatırladıb: "Biz bunu alqışlayırıq. Azərbaycanın bu sahəyə töhfəsini yüksək qiymətləndiririk".