Menyu
spacer


spacer
spacer
spacer spacer
spacer spacer
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
"Gürcüstan vasitəsi ilə Ermənistana silah daşınmayacaq"
Hüseynbala Səlimov: "Bu heç Tiflisin maraqlarına cavab vermir"

Dünən Gürcüstanda nəşr olunan "Axali Taoba" qəzetində maraqlı bir xəbər yer alıb. Xəbərdə bildirilir ki, Ermənistan Gürcüstandan tranzit ölkə kimi istifadə edəcək və ölkəsinə hərbi yük daşıyacaq.
   
   
   
   Nəşrin yazdığına görə, "Yaşıllar Partiyası"nın lideri Giorgi Qaçeçiladze bəyan edib ki, Rusiya ilə Gürcüstan sərhədində yerləşən "Yuxarı Lars" sərhəd məntəqəsinin açılması 2006-cı ildə iki ölkə arasında imzalanan sazişin tərkib hissəsidir "Sazişdə söhbət konkret olaraq Rusiya Müdafiə Nazirliyinin maraqlarından irəli gələn tranzit üçün Gürcüstan ərazisindən istifadədən gedir",- deyə Qaçeçiladze bildirib. Onun sözlərinə görə, sazişdə birbaşa qeyd edilib ki, bu, Rusiyanın Ermənistanda yerləşən 102-ci hərbi bazasının ehtiyacları üçün edilir. G.Qaçeçiladze vurğulayıb ki, Rusiya Gürcüstandan Ermənistana hərbi yükün tranziti üçün istifadə edir.
   
   Məsələni şərh edən politoloq Hüseynbala Səlimov isə hesab edir ki, Gürcüstan onun ərazisindən silah-sursatın daşınmasına imkan verməyəcək: "Silah-sursatın daşınacağı ilə bağlı artıq bir neçə gündür ki, müzakirələr aparılır. Gürcüstanla Rusiya arasında sərhəd məntəqəsi açılandan sonra bu məsələ gündəliyə gəlib. Gürcüstan tərəfi dəfələrlə bəyan edib ki, məntəqədən ancaq qeyri-silah, qeyri-hərbi mallar tranzit olunacaq. Dəfələrlə deyilir ki, həmin məntəqədən bir dənə olsun belə silah keçməyəcək. Təbii ki, həmin məntəqənin açılması daha çox Ermənistanla Rusiyanın maraqlarına cavab verir. Rəsmi İrəvan bu hadisəni hətta özünün qələbəsi kimi qələmə verir. Çünki Rusiyanın Ermənistanda hərbi bazası var. Rusiya bu məntəqədən öz hərbi bazası ilə əlaqə saxlamaq istəyir. Amma bir daha qeyd edirəm ki, bunu Gürcüstan tərəfi də nəzərə alır və təminat verir ki, həmin məntəqədən silah-sursat keçirilməyəcək".
   
   Sərhəd məntəqəsinin açılması məsələsində Gürcüstanın vəziyyətini nəzərə almağın vacibliyini qeyd edən H.Səlimov deyib ki, hazırda rəsmi Tiflis çox ağır bir vəziyyətdədir: "Vəziyyətdən çıxmaq üçün rəsmi Tiflis də müəyyən addımlar atır. Çalışır ki, regiondakı digər dövlətlərlə - Ermənistanla, o cümlədən Rusiyanın özü ilə münasibətlərini azacıq da olsa, tarazlasın. O ki qaldı Azərbaycanla strateji müttəfiqlik məsələsinə, mən hesab edirəm ki, bu müttəfiqlik indi də qalmaqdadır. Düşünürəm ki, rəsmi Tiflisin Rusiya ilə sərhəd məntəqəsinin birini açmasını Azərbaycana qarşı etdiyi xəyanət kimi yozmaq düzgün deyil. Gürcüstan dəfələrlə deyib ki, bu məntəqədən Ermənistana silah-sursat daşınmayacaq. Bu məntəqənin hərbi məqsədlər üçün istifadə olunması heç Gürcüstanın da maraqlarına cavab vermir. Gürcüstanın özündə də Cavaxetiya ermənilərilə bağlı problemi var".
   
   
Seymur Qasımbəyli
Oxunub: 52
ARXİV
Axıska türklərinin liderləri Gürcüstana buraxılmır
IX siniflərin nəticələri daha qaneedicidir
Misir Mərdanov mərkəzləşdirilmiş sınaq imtahanlarından razı qalıb
Eldar İbrahimov: "YAP-ın siyahısı ilə seçkiyə qatılan namizədlər özlərinə fond yaratmalıdır"
"Gürcüstan vasitəsi ilə Ermənistana silah daşınmayacaq"
Hüseynbala Səlimov: "Bu heç Tiflisin maraqlarına cavab vermir"
Müsavat-AXCP birliyi...
Buna əngəl törədən faktorlar, mümkün edə biləcək amillərdən daha ciddidir
 
spacer
  Copyright (c) 2008 Bütün haqqları qorunur.
Content by azDesign.ws