Menyu
spacer


spacer
spacer
spacer spacer
spacer spacer
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
Eldar İbrahimov: "YAP-ın siyahısı ilə seçkiyə qatılan namizədlər özlərinə fond yaratmalıdır"

"Yeni Azərbaycan Partiyasının siyahısı ilə parlament seçkisinə qatılan namizədlər özlərinə fond yaratmalıdır".
   
   Bunu APA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Eldar İbrahimov deyib. O bildirib ki, ötən parlament seçkilərində namizədlərin tək başına təbliğat-təşviqat işləri ilə məşğul olması müəyyən sistemsizlik yaradıb. O, seçki kampaniyasında namizədlərin buklet, təqvim, plakat və digər müxtəlif formalı təbliğat vasitələri hazırlatdığını xatırladıb: "Hərə özü üçün bir şüar müəyyənləşdirirdi. Kimsə yazırdı ki, mən XXI əsrin deputatıyam. Namizədlərin çoxu isə prezidentlə birgə çəkdirdikləri şəkillərdən istifadə edirdi. Şəxsən mən bunun tərəfdarı deyiləm. Prezident bir partiyanın deyil, bütün ölkənin prezidentidir. Bu fakt beynəlxalq təşkilatlar tərəfindən də müsbət qarşılanmır. Yəni bu cür şüarlarla seçkiyə getmək olmaz. Bu iş mütəşəkkil qaydada olmalıdır" .
   
   E. İbrahimov hesab edir ki, YAP-ın icra katibliyi bu işi öz boynuna götürsə, yaxşı olar: "Belə olsa YAP-ın siyahısından namizədliyi irəli sürülən şəxslərin seçkiyə necə getdikləri müəyyənləşdirilə bilər. Bu işə gecikmədən başlamaq lazımdır. Yaradılacaq fonda namizədlər tərəfindən müəyyən olunmuş məbləğdə pul köçürülməlidir. Həmin vəsait isə təbliğat, təşviqat dövründə namizədlər üçün istifadə olunmalıdır" .
Oxunub: 58
ARXİV
Axıska türklərinin liderləri Gürcüstana buraxılmır
IX siniflərin nəticələri daha qaneedicidir
Misir Mərdanov mərkəzləşdirilmiş sınaq imtahanlarından razı qalıb
Eldar İbrahimov: "YAP-ın siyahısı ilə seçkiyə qatılan namizədlər özlərinə fond yaratmalıdır"
"Gürcüstan vasitəsi ilə Ermənistana silah daşınmayacaq"
Hüseynbala Səlimov: "Bu heç Tiflisin maraqlarına cavab vermir"
Müsavat-AXCP birliyi...
Buna əngəl törədən faktorlar, mümkün edə biləcək amillərdən daha ciddidir
 
spacer
  Copyright (c) 2008 Bütün haqqları qorunur.
Content by azDesign.ws