Tükürpədici faciə yaşanıb
Bir ailə özünü göydələndən atdı
Şotlandiyada tükürpədici faciə yaşanıb. Lent.az-ın "BBC"yə istinadən verdiyi məlumata görə, ata, ana və onların oğlu 15-ci mərtəbədən tullanaraq intihar ediblər.
Olay martın 8-də axşam baş verib. İlkin məlumata görə, intihar edən ailə bundan əvvəl Kanadadan deportasiya ediliblərmiş. Kanada hökuməti onların siyasi sığınacaq xahişini rədd edib.
Bundan sonra Şotlandiyaya köçən ailə burada da siyasi sığınacaq üçün müraciət edib. Lakin Şotlandiya hökuməti də onlara sığınacaq verməkdən imtina edib. Ata, ana və oğul tikilməkdə olan "Red Road" yaşayış kompleksinin 15-ci mərtəbəsində məskunlaşıblar. Martın 8-də axşam isə onlar yaşadıqları mərtəbədən özlərini ataraq intihar ediblər.
İntihar edən ailənin ruslar olduğu bildirilir. Hələlik ölənlərin adı açıqlanmır.