Menyu
spacer


spacer
spacer
spacer spacer
spacer spacer
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
Sevgili bayrağım...
Sentyabr ayında daha bir tarix yaşadıq
Sentyabr ayının Azərbaycan türkünün taleyində xüsusi yeri var.
   
   Paytaxtımız məhz bu ayda erməni daşnaklarından və eserlərin əlindən xilas edilib. Qafqaz İslam Ordusu qanı bahasına doğma Bakımızı onun əzəli sahiblərinə - Azərbaycan türkünə qaytarıb. Üçrəngli, aylı-ulduzlu bayrağımız ilk parlament binası üzərində məhz bu ayda dalğalanmağa başlayıb... Bayrağın bu qürurlu duruşu istiqlal şairi Əhməd Cavada bu misraları yazdırmışdı:
   
   
   
   Köksümdə tufanlar gəldim irəli,
   
   Öpüm kölgən düşən mübarək yeri.
   
   Allahın yıldızı, o gözəl pəri,
   
   Sığınmış köksündə aya bayrağım...
   
   
   
   Adına bayram dediyimiz bu müqəddəs rəmzə Əhməd Cavaddan qeyri-kim belə heyranlıqla şeir həsr edə bilərdi ki?!. Əhməd Cavad istiqlal şairi idi. Və istiqlalımızın əsas rəmzlərindən biri olan bayrağımızı öyməkdən, onun tərənnümündə ən gözəl epitetlər, təşbihlər işlətməkdən də yorulmurdu.
   
   
   
   Gül rəngində bir yarpağın ortasında bir hilal,
   
   Sevgili bayrağım, söylə, rəngin nədən böylə al,
   
   Nədən rəngin bənzər şəhidlərin qanına
   
   Uğurunda can verənlər neçin qıyar canına?!
   
   
   
   Əhməd Cavadın bu şerini oxuyanda bir nüans gözdən qaçmır; bayrağımızın al rəngdə olması. Həqiqətən də Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı ilk əvvəl tək bir rəngdə - qırmızı rəngdə olub. Bayrağın üçrəngli olması sonradan qəbul edilib.
   
   Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verilib. Həmin qərar: Azərbaycan bayrağını qırmızı materialdan, üstündə ağ, aypara və qırmızı fonda ağ səkkiz guşəli ulduzun təsviri verilmiş bayraq kimi qəbul etmək. Bu qərar qəbul edilərkən Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi və Bakıda fəaliyyət göstərmək qeyri-mümkün idi. Azərbaycan hökuməti Bakıda yalnız sentyabrın 15-də - şəhər türk qoşunlarının köməyi ilə düşmən qüvvələrdən təmizləndikdən sonra fəaliyyət göstərə bildi. Göründüyü kimi, ilk dövlət bayrağı qırmızı rəngdə, hazırkı Türkiyə Cümhuriyyətinin dövlət bayrağının rəngində olub. Azərbaycanın ilk hökumətinin fəaliyyətə başlamasından az sonra, bayraq haqqında ikinci qərar 9 noyabr 1918-ci il tarixdə qəbul olunub və bayrağın rəngi mavi, qırmızı, yaşıl olmaqla üç zolaqlı təsdiq edilib.
   
   Bunları niyə xatırladıq. Məlum olduğu kimi, sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirildi. Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Prezident təntənəli mərasimdə söylədiyi nitqində dedi ki, bu, dünyanın ən hündür bayraq dirəyidir. Və bu dirək bu gün paytaxtın bütün nöqtələrindən görünür. Azərbaycanın istənilən memarlıq nümunəsini yaratmağa imkanı olduğunu vurğulayan prezident İlham Əliyev bildirdi ki, onun Sərəncamına əsasən, hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd ediləcək.
   
   Qeyd etməliyik ki, Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır.
   
   Amerika Birləşmiş Ştatlarının "Trident Support" şirkəti tərəfindən hazırlanmış layihənin icrasını Azərbaycanın "Azenko" şirkəti yerinə yetirib. Ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetr olan meydanda bütün infrastruktur yaradılıb. Xüsusi layihə əsasında reallaşdırılan tikinti işlərini xarici və yerli mütəxəssislər həyata keçiriblər.
   
   İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. Bir əsas məqamı da vurğulamalıyıq ki, Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.
   
   Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.
   
   Bu da sentyabr ayının Azərbaycana verdiyi daha bir töhfə. Dövlət Bayraq Meydanının açılışı da hər bir Azərbaycan türkü üçün əziz olan sentyabr ayına təsadüf etdi. Təki sentyabr ayında ürəyimi riqqətə gətirən belə tarixi hadisələrin sırasına biri də yazılsın - torpaqlarımızın işğaldan azad olunması. İnşallah, o günü də görəcəyik.
   
   
Məlahət Rzayeva
Azərbaycan və Rusiyanın birinci xanımları görüşüblər
Svetlana Medvedeva görülən işlərin təqdirəlayiq olduğunu söyləyib
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunda Rusiya Prezidentinin xanımı Svetlana Medvedeva ilə görüşüb.
   
   Birinci xanımlar əvvəlcə Fondun fəaliyyəti, təhsil, elm, səhiyyə və digər sahələrdə həyata keçirdiyi layihələrdən bəhs edən filmə baxıblar. Sonra Mehriban Əliyeva ilə Svetlana Medvedevanın görüşü olub.
   
   Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bildirib ki, Fond Azərbaycanın tərəqqisinə yönələn, mədəniyyətimizin və ölkəmizin tarixinin geniş təbliği ilə bağlı görülən işləri dəstəkləyir. Azərbaycanın birinci xanımı deyib ki, rəhbərlik etdiyi qurum müxtəlif sahələri əhatə edən və cəmiyyəti düşündürən, ölkəmizin həqiqətlərinin dünyada təbliğ olunmasına yönələn genişmiqyaslı layihələr həyata keçirir. Fond bir sıra beynəlxalq təşkilatlar ilə sıx əməkdaşlıq edir.
   
   Heydər Əliyev Fondunun Rusiya Prezidentinin xanımının rəhbərlik etdiyi Sosial-Mədəni Təşəbbüslər Fondu kimi geniş xeyriyyəçilik və irimiqyaslı sosial və humanitar layihələr həyata keçirdiyini söyləyən Mehriban xanım deyib ki, biz bir yerdə əməkdaşlıq çərçivəsində çox şeyə nail ola bilərik. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirən Rusiyanın birinci xanımı Svetlana Medvedeva görülən işlərin təqdirəlayiq olduğunu söyləyib. O, Fondun reallaşdırdığı layihələrin əhəmiyyətini xüsusi qeyd edərək Heydər Əliyev Fonduna gələcək fəaliyyətində uğurlar arzulayıb. Rusiyanın birinci xanımı özünün rəhbərlik etdiyi Sosial-Mədəni Təşəbbüslər Fondunun fəaliyyəti haqqında məlumat verərək qurumun bir sıra iri layihələr həyata keçirdiyini söyləyib.
   
   Görüşdə mədəni irsin qorunması sahəsində müzakirələr aparılıb. Birinci xanımlar Fondlar arasında əlaqələrn inkişafı ilə bağlı razılığa gəliblər. Xeyriyyəçilik missiyası ilə bərabər, ölkələrimizin mədəniyyətlərinin təbliğatına da böyük diqqət ayrılmasının vacibliyi vurğulanıb.
   
   Görüşdən sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Svetlana Medvedevaya xatirə hədiyyələri təqdim edib.
   
   Rusiyanın birinci xanımı Heydər Əliyev Fondundan zəngin təəssüratlarla ayrılıb.
Rusiya prezidenti BDU-nun fəxri doktoru oldu
Rusiya prezidenti Dmitri Medvedyev Azərbaycana səfəri çərçivəsində Bakı Dövlət Universitetində olub.
   
   APA-nın İTAR-TASS agentliyinə istinadən yaydığı məlumata görə, D Medvedyevə universitetin fəxri doktoru diplomu təqdim edilib. Rektor Abel Məhərrəmov bildirib ki, D. Medvedyev Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsi və təhsil əlaqələrinin inkişafındakı xidmətlərinə görə BDU Elmi Şurası tərəfindən bu ada layiq görülüb.
Yerevan meriyası icazə verməyib
Erməni müxalifətinin mitinqi qadağan edilib
Yerevan meriyası Ermənistan müxalifətinə mitinq keçirməyə icazə verməyib.
   
   Milli.az xəbər portalı Gazeta.Ru-ya istinadən xəbər verir ki, Erməni Milli Konqresi qadağaya baxmayaraq, sentyabrın 17-də kütləvi etiraz aksiyası keçirəcək. Hərəkatın əlaqələndiricisi Levon Zurabyan məlumat verib ki, müxalifət mitinqi Yerevandakı Milli opera və balet teatrının binası qarşısındakı "Azadlıq" meydanında keçirmək niyyətindədir.
   
   Müxalifət Yerevan meriyasının qərarının hüququ baxımdan tamamilə qanunsuz olduğunu bildirib. Yerevan hökuməti isə öz qərarını həmin gün "Azadlıq" meydanında başqa bir tədbirin keçirilməsi ilə əsaslandırıb. Müxalifətə mitinqi başqa yerdə - Qədim Əlyazmalar İnstitutunun binası qarşısındakı "Matenadaran" meydanında keçirmək təklif olunub. Erməni Milli Konqresi meriyanın təklifini rədd edib. Müxalifətçilər "Azadlıq" meydanında mitinq keçirməkdə israrlı olduqlarını və bunun üçün qətiyyətli addımlar atacaqlarını bildiribər. Erməni Milli Konqresinin əsas tələbləri siyasi məhbusların azadlığa buraxılması və hakimiyyət dəyişikliyidir.
Saakaşvili müxalifəti sakitləşdirdi
O, növbəti prezident seçkilərində iştirak etməyəcəyini bir daha bəyan edib
Gürcüstan lideri Mixail Saakaşvili növbəti prezident seçkilərində iştirak etməyəcəyini bir daha bəyan edib.
   
   O, dünyanın bir çox ölkələrində olduğu kimi referendum keçirmək və üçüncü dəfə prezident seçkilərində iştirak etmək niyyətində olmadığını deyib.
   
   "Bunu Gürcüstanda da etmək olduqca asandır, lakin biz bunu etməməliyik...",- deyə Saakaşvili söyləyib.
   
   Qeyd edək ki, M. Saakaşvilinin prezidentlik səlahiyyətləri 2013-cü ildə başa çatır.
Prezident təqaüdünə namizədlərin siyahısı Ağ Evə verilib
Siyahıda 103 abituriyentin adı yer alıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali məktəblərə keçirilən qəbul imtahanlarında ən yüksək bal toplayaraq "Prezident təqaüdü"nə namizəd abituriyentlərin siyahısını Prezident Administrasiyasına təqdim edib.
   
   Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya bildirib ki, siyahıda 103 abituriyentin adı qeyd edilib. Onların 3-ü Naxçıvan Muxtar Respublikasının ən yüksək bal toplayan abituriyentləridir. Qalan 100 abituriyent isə qəbul imtahanlarında hər bir ixtisas qrupu üzrə ən yüksək bal toplayan ilk 25 abituriyentdir.
 
 
spacer
  Copyright (c) 2008 Bütün haqqları qorunur.
Content by azDesign.ws