Menyu
spacer


spacer
spacer
spacer spacer
spacer spacer
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
İsmət Abbasov məhkəməyə verilib
Sabiq əməkdaşı kənd təsərrüfatı naziri ilə haqq hesab çəkəcək
Bərdə Rayon Baytarlıq İdarəsinin sabiq baş həkimi onu işdən çıxardığına görə kənd təsərrüfatı naziri İsmət Abbasovu məhkəməyə verib.
   
   Bərdə Baytarlıq İdarəsinin sabiq baş həkimi Mehman İsmayılov APA-nın Qarabağ bürosuna bildirib ki, Yevlax Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsində müalicə olunduğu vaxt ona nazir İsmət Abbasov tərəfindən tutduğu vəzifədən uzaqlaşdırıldığı barədə məlumat verilib. İdarənin möhür və ştampını da elə xəstəxanada tərtib olunan akt əsasında Dövlət Baytarlıq Xidmətinin əməkdaşları ondan təhvil alıblar.
   
   Mehman İsmayılov bildirib ki, nazirə qarşı işə bərpa və məcburi iş buraxma ilə əlaqədar əməkhaqqının ödənilməsinə dair Bakının Səbail Rayon Məhkəməsində iddia qaldırıb. O, işdən uzaqlaşdırılmasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmovanı da ittiham edib. M. İsmayılovun qənaətinə görə, S. Rüstəmova ona qarşı qərəzli mövqe tutub, onun rəhbərlik etdiyi rayon şöbəsinə bir ayda iki dəfə yoxlama göndərib və nazirə əsassız şəkildə qərəzli məlumatlarla dolu məruzə təqdim edib: "Bundan sonra İsmət Abbasov məruzədə göstərilən məlumatların dəqiqliyini yoxlamadan mənim işdən çıxarılmağım haqda əmr imzalayıb". Onun sözlərinə görə, məhkəmə prosesi sentyabrın 13-də başlayacaq.
   
   Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev APA-ya bu barədə məlumatının olmadığını bildirib.
İnquşetiyada azərbaycanlı iş adamlarını gözləyirlər
Yunusbek Yevkurov: "Biz onlara pulsuz torpaq verməyə hazırıq"
Rusiya prezidentinin nümayəndə heyətində təmsil olunan İnquşetiya prezidenti Yunusbek Yevkurov mətbuat konfransı keçirib.
   
   Azərbaycanla Rusiya Federasiyasının şimal dairəsinə daxil olan subyektlər, o cümlədən İnquşetiya arasında oktyabr-noyabr aylarında əməkdaşlıq haqqında saziş imzalanacağını deyən İnquşetiya prezidenti bildirib ki, İnquşetiya ilə yanaşı digər Şimali Qafqaz respublikaları Azərbaycanın aqrar-sənaye, tikinti, idman və turizm sahələrinə daha çox maraq göstərir.
   
   "Kolxoz bazarlarının inşası üçün azərbaycanlı investorlara bütün lazımı imkanlar yaradılacaq. İnquşetiyada 1.300 azərbaycanlı yaşayır və bu layihəyə təkcə inquşlar deyil, həmçinin azərbaycanlılar da cəlb ediləcək. Mən 2 aydan sonra Azərbaycanın Rusiyadakı səfirliyində olacam və İnquşetiyaya sərmayə qoymaq niyyətində olacaq investorlarla əlaqələr qurmağa çalışacam. Onu demək istəyirəm ki, biz onların sərmayələrinə 70 faiz zəmanət, eləcə də pulsuz torpaq və sənaye meydançaları verməyə hazırıq. Biz şəkər zavodu, çay və tikiş fabriki inşa etməyi nəzərdə tuturuq. Bizim üçün yeni iş yerlərinin açılması çox önəmlidir",- deyə İnquşetiya prezidenti Yunusbek Yevkurov bildirib.
Məktəb direktorları bir araya gələcək
Əbülfəs Qarayevin iştirakı ilə müşavirə keçiriləcək
Dövlət Rus Dram Teatrında mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri direktorlarının müşavirəsi keçiriləcək.
   
   Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, müşavirə respublikanın uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri üzrə 2009/2010-cu tədris ilinin yekunlarına həsr olunub.
   
   Müşavirədə respublikamızda bədii təhsilin inkişafı, uşaq və gənclərin keyfiyyətli təhsilə yiyələnməsi sahəsində qarşıda duran vəzifələr, 2009/2010-cu tədris ilində uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyəti, nailiyyətlər, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışılacaq.
 
 
spacer
  Copyright (c) 2008 Bütün haqqları qorunur.
Content by azDesign.ws