Menyu
spacer


spacer
spacer
spacer spacer
spacer spacer
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
Yüzlərlə ailə təlaş içindədir
Diplomlarını ala bilməyən məzunlar daha çox sarsılıb
Sentyabrın 6-dan isə ABU-nun tələbələrinin özəl ali məktəblərə köçürülməsi prosesinə başlanacaq
Məlum olduğu kimi, Azərbaycan Beynəlxalq Universiteti (ABU) rəsmi şəkildə qapadıldı. Qeyd edək ki, Təhsil nazirinin müvafiq əmri ilə sentyabrın 1-dən etibarən ABU-nun lisenziyası dayandırılıb. Və artıq dünəndən ABU ərazisində söküntü işlərinə başlanıb.
   
   
   
   Universitetin 2 metr hündürlüyündə olan daş divarın 150 metrədək hissəsi artıq sökülüb. Hətta sökülmüş ərazinin bəzi hissələri tör-töküntülərdən də təmizlənib. Xatırladaq ki, ötən ilin yayında Bakı Metropoliteninin rəisi Tağı Əhmədov ABU-nun yerləşdiyi ərazinin bir hissəsinin Bakı Metropoliteninə məxsus olduğunu söyləmişdi. Buranın Bakı Metropoliteninin mövcud hərəkət xətlərinin genişləndirilməsi planına daxil olduğunu deyən Tağı Əhmədov ərazinin tezliklə geri alınacağı barədə xəbərdarlıq da etmişdi. Tələbələr və universitetin ətrafında yaşayanlar deyirlər ki, ABU-nun ərazisindəki söküntü işlərini məhz Bakı Metropoliteni aparıb. Universitetin inzibati ərazisinə bitişik idman meydançasının yeri hazırda tikilməkdə olan Bakı Metropoliteninin deposunun tikinti sahəsinə düşür. Bu səbəbdən də ərazi ABU-ya məxsus tikinti sahələri sökülərək Bakı Metropoliteninə qaytarılıb. Söküntü işləri universitetin idman meydançasının sağ hissəsi boyunca böyük bir ərazini əhatə edir. Söküntü işləri universitetin Olimpiya İdman Kompleksinin giriş hissəsində davam etdirilir.
   
   ABU-nun bağlandığını eşidən bu universitetin tələbələri və onların valideynləri isə təşviş içərisindədirlər. Universitet tələbəsinin atası Saleh İsmayılov deyir ki, televiziya kanallarında ABU-nun bağlanacağı xəbərini eşidəndə oğlunun diplom ala bilməyəcəyini yəqinləşdirib: "Bilirdim ki, universitetlə bağlı problem var. Amma biz hüquqi dövlətdə yaşayırıq, necə ola bilər ki, bir ali məktəb xarici universitetlərdən özünə tələbə köçürsün, lakin Təhsil Nazirliyinin bundan xəbəri olmasın? İndi ki, Təhsil Nazirliyi bundan xəbər tutub, buyurub hər kəsin haqqını təmin etsin. Oxuyanlara diplom versin, yarımçıq təhsil alanların ödədiyi pulları geri qaytarsınlar. 2008-ci ildə universitetin xarici dil fakültəsini bitirən Günay Cəfərova isə "Şərq"ə bildirib ki, indiyə qədər diplomunu ala bilməyib: "3000 manat ödəməklə bütün imtahanları, o cümlədən dövlət imtahanını verdim. Amma iki ildir ki, diplomumu ala bilmirəm. Hər dəfə gələndə deyirlər ki, get, bir aydan sonra gəl. Bunlar heç vaxt ciddi problemin olduğunu deməyiblər. Bircə onu deyiblər ki, siyahını yazıb vermişik nazirliyə. Nazirlik bu gün-sabaha diplomları göndərəcək. Başımızı belə-belə aldadıblar, indi də qarar verildi ki, universitet bağlanır. Heç bilmirik axırı necə olacaq. Mən 4 il bura ayaq döymüşəm, imtahanlarda nə qədər "soyulmuşam". Hələ universiteti bitirəndən sonra diploma, imtahanlara görə də 3000 manatım çıxdı. İndi də diplomumu əlimə almamış universiteti bağlayırlar. Belə şey olar? Yaxşı, dedilər ki, indi oxuyanlar başqa universitetlərə yerləşdiriləcəklər. Bəs mən oxuyub bitirmişəm. Bizim də diplomumuzu başqa universitetlər verəcək?" TQDK-nın keçirdiyi test imtahanı ilə ABU-ya daxil olan və 2008-ci ildə universiteti bitirən Ceyhun Babayev də "Şərq"ə bildirib ki, diplomunu hələ ala bilməyib: "Bu necə ola bilər axı? Dünəndən burada elə bil başıma qaynar su töküblər. Hər həftə gedirdim universitetə, Ədil müəllim deyirdi ki, gələn həftə gəl. İki ildi ki sürünürəm. Hələ ondan əvvəl nə qədər pulum çıxıb. Bəlkə də nazirlik indi təhsil alanları başqa universitetlərə köçürdəcək. Amma diplomunu ala bilməyənlərin elə anlayıram ki, qanı batdı. Çünki heç bir başqa universitet məncə, ABU-nun yerinə məzuna diplom verməz. Həm də bu, düzgün deyil axı". Universitetin bağlanmasından narahat olanlardan biri ali məktəbin 4-cü kurs tələbəsi Nigar Əlizadə deyir ki, çox ağır duruma düşüblər: "Mən yeni tədris dövründən IV kurs tələbəsi olmalıydım. Bilmirəm, indi nə olacaq. ABU-ya test üsulu ilə daxil olmuşam, heç kimdən dəqiq məlumat ala bilmirəm. Bu xəbəri eşidəndə məndən çox ailə üzvlərimiz sarsıldı. Çünki ailəmiz yemədi, içmədi, istədiyi paltarı geymədilər ki, universitet bitirib, diplom alım. Hər il 4-5 min arasında təhsilimə görə pul xərclənib. Rektor, prorektorlar hər ilin bu vaxtı universitetdə outurub təhsil haqqı yığırdılar. Mühafizəçilərin dediyinə görə, rektor Elşad müəllim başda olmaqla universitet rəhbərliyi məzuniyyətdədir. Yetim-yesirin, kasıbın pulu ilə yəqin hansısa istirahət mərkəzlərində öz keflərindədir. Onların pulu tək buradan çıxmır axı. Fənn müəllimlərimiz dövlət universitetlərində də dərs deyirdilər".
   
   Məlumdur ki, universitet bağlanan gün nazirliyin nümayəndəsi İlyar Vahabov şikayətçilərlə görüşüb. O bildirdi ki, kim TQDK-nın test üsulu ilə keçirdiyi imtahan nəticəsində universitetə qəbul olmayıbsa, Dağıstan və Moskva Universitetlərindən ABU-ya köçürülübsə, onlara nə diplom veriləcək, nə də başqa ali məktəblərə köçürülməyəcəklər. Dünən sonuncu məlumat isə ABU-nun lisenziya müddəti uzadılmadığı üçün artıq bu məktəbin Moskva filialının fəaliyyətinə xitam verilməsi ilə bağlı oldu. Təhsil Nazirliyinin icra aparatından APA-ya bildirilib ki, hazırda nazirlik ABU tələbələrinin sənədlərinin təhvil-təslimi üçün müvafiq komissiya yaradır. Sentyabrın 6-dan isə ABU-nun tələbələrinin özəl ali məktəblərə köçürülməsi prosesinə başlanacaq. Nazirlikdən verilən məlumata görə, ABU Azərbaycandakı özəl ali məktəblər arasında ən aşağı təhsil haqqı olan təhsil müəssisəsi olub. Bunu nəzərə alan TN hazırda ABU tələbələrinin aşağı təhsil haqqı ilə digər özəl ali məktəblərdə təhsil alması üçün araşdırmalar aparır və müvafiq təhsil müəssisələrini müəyyənləşdirir.
   
   
   
   
Anar Bayramoğlu
Bakıda kafedə partlayış olub
Hadisə nəticəsində xəsarət alan var
Azərbaycan paytaxtında kafedə partlayış olub. Bu barədə APA-ya Xəzər Rayon Polis İdarəsindən bildirilib.
   
   Məlumata görə, sentyabrın 2-də saat 19.00 radələrində, Xəzər rayonu Mərdəkan qəsəbəsinin ərazisində, qəsəbə sakini, 1970-ci il təvəllüdlü Baxışov Firdovsi Tehran oğluna məxsus kafedə, Şüvəlan qəsəbə sakini, 1984-cü il təvəllüdlü Heydərov Həmid Baba oğlu təmir işləri apararkən, təbii qazın sızmasından partlayış baş verib. Nəticədə, kafenin pəncərə şüşələri sınıb, yanıq xəsarəti alan H. Heydərov isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Bərdə rayonunda qorxu
Canavarlar şəxsi təsərrüfata hücum edib
Cəbhəyanı ərazilərdə və ətraf yaşayış məntəqələrində yırtıcıların hücumlarına rast gəlinir.
   
   APA-nın Qarabağ bürosunun məlumatına görə, bu dəfə Bərdənin Xan Ərəb kənd sakini Mənsur Əkbərovun təsərrüfatı canavarların hücumuna məruz qalıb. Onun 13 baş qoyunu yırtıcıların qurbanı olub. Onların 6-sı həyətə soxulmuş canavarlar tərəfindən parçalanaraq tələf edilib, 7-si isə yaralanıb. Bərdə Baytarlıq İdarəsindən APA-ya bildirilib ki, yaralı heyvanlar quduzluq və ya başqa yoluxucu xəstəliyin olub-olmamasını müəyyən etmək üçün kəsiləcək və onlardan götürülən nümunələr laboratoriya şəraitində yoxlamadan keçəcək. Öldürülmüş qoyunlar isə müvafiq qaydada torpağa basdırılacaq.
   
   Qeyd edək ki, təkcə bu il ərzində Ağdam, Bərdə və Tərtər rayonlarında kəndlilərə məxsus 100 başa qədər ev heyvanı yırtıcılar tərəfindən məhv edilib.
Daha bir əsgərimizi itirdik
Cavad Abdullayev xəstəlikdən dünyasını dəyişib
Azərbaycan Ordusu daha bir əsgərini itirib.
   
   APA-nın məlumatına görə, hadisə sentyabrın 2-də Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissəsində baş verib.
   
   Kürdəmir rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 1992-ci il təvəllüdlü Abdullayev Cavad Aydın oğlu xəstəlikdən dünyasını dəyişib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirib ki, əsgər C. Abdullayevin ölümü ilə nəticələnən xəstəliyin səbəbləri həkim tibbi ekspertizası tərəfindən araşdırılır.
Şirvan sakini kollektorda batıb
Şirvan şəhərinin 14 yaşlı sakini Baş Şirvan Kollektorunda batıb.
   
   Hallar Nazirliyindən verilən məlumata görə, kollektorun Şirvan şəhəri yaxınlığından keçən hissəsində batmış 1996-cı il təvəllüdlü Kambayev Ceyhun Oruc oğlunun axtarışları başa çatıb. C. Kambayevin cəsədi batdığı yerdən 600 metr aralıda FHN-in dalğıc-xilasediciləri tərəfindən sudan tapılaraq çıxarılıb.
Nəsimi polisindən bir şikayət var
Elçin Behbudov Ramil Usubova müraciət edəcək
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Abşeron, Nəsimi rayon polis şöbələrinin və Keşlə Xətt Polis Şöbəsinin müvəqqəti saxlanma məntəqələrində monitorinq keçirib.
   
   Komitə sədrinin APA-ya verdiyi məlumata görə, Abşeron və Keşlə Xətt Polis şöbələrinin müvəqqəti saxlanma məntəqələrində saxlanılan şəxslərin saxlanma şəraiti və onlara qarşı münasibətlə bağlı şikayətləri olmayıb: "Lakin Nəsimi rayon Polis Şöbəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanılan bir nəfər mənə müraciət etdi. Mən də bununla bağlı daxili işlər naziri Ramil Usubova müraciət edəcəyəm".
Axtarışda olan azərbaycanlılar Rusiyada ələ keçdi
Axtarışda olan iki nəfər Rusiyada həbs olunub. Daxili İşlər Nazirliyindən yayılan məlumata görə, Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Camal Hacıyev tutulub.
   
    O, Rusiyanın Rostov şəhərində tutularaq respublikamıza gətirilib. Digər axtarışda olan şəxsi isə Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosu əməkdaşları yaxalamağa müvəffəq olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Cinayət Məcəlləsinin 132-ci (döymə) maddəsi ilə axtarışda olan Kitabəli İsayev Rusiyada tutulub. K.İsayevin ekstradisiyası üçün tədbirlər görülür.
Balıq tutanı elektrik cərəyanı vurdu
Gəncə şəhər sakinini çaydan balıq tutarkən elektrik cərəyanı vurub.
   
   Daxili İşlər Nazirliyindən verilən məlumatına görə, hadisə sentyabrın 2-si saat 17:40 radələrində baş verib. Samux rayonunun Hacallı kəndi ərazisində, Gəncə şəhər sakini İsmayıl Qafuri Gəncə çayında elektrik cərəyanı ilə balıq tutarkən cərəyan vurması nəticəsində ölüb.
 
 
spacer
  Copyright (c) 2008 Bütün haqqları qorunur.
Content by azDesign.ws