Menyu
spacer


spacer
spacer
spacer spacer
spacer spacer
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
"Ermənistana səfərimdə heç bir gizli və ya digər niyyət olmayıb"
Dmitri Medvedyev: "Orda imzalanan hərbi müqavilənin Azərbaycan üçün heç bir təhlükəsi yoxdur"

Rusiya prezidenti Dmitri Medvedyev Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair təmas intensivliyini aşağı salmamağa çağırıb.
   
   APA-nın "İTAR-TASS"a istinadən yaydığı məlumata görə, Dmitri Medvedyev bu fikirləri Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlardan sonra keçirilən mətbuat konfransında söyləyib. O son dövrlər Rusiya prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında görüşlərin mütəmadi xarakter aldığını vurğulayıb: "Bu təmasların intensivliyi aşağı düşməməlidir. Rusiya Minsk Qrupu çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə hazırdır. Biz həmçinin qonşu dövlət kimi mənəvi öhdəliklərimizi də yerinə yetirməyə hazırıq. Mən bu cür əlaqələri davam etdirməyə və gündəlikdə qalan ən mürəkkəb məsələləri müzakirə etməyə hazıram".
   
   Azərbaycan prezidenti İlham Əliyev vasitəçilik missiyasına görə rusiyalı həmkarına təşəkkür edib: "Əminəm ki, Rusiya prezidentinin iştirakı pozitiv rol oynayır və onun iştirakı ilə keçirilən görüşlər daha effektli olur".
   
   "Rusiyanın Gümrüdəki hərbi bazası və bu bazanın dislokasiya müddətinin uzadılması Azərbaycan üçün heç bir təhlükə kəsb etmir".
   
   Bu açıqlamanı da jurnalistlərə Rusiya prezidenti Dmitri Medvedyev verib. O, Qafqazda stabilliyin qorunmasının Rusiya üçün böyük əhəmiyyət kəsb etdiyini deyib: "Biz burada sülh və əmin-amanlığın bərqərar olmasında maraqlıyıq. Mənim Ermənistana səfərinin nəticələrini də belə dəyərləndirmək lazımdır. Burada heç bir gizli və ya digər niyyət mövcud deyil".
   
   
Oxunub: 198
ARXİV
"Azərbaycan Rusiyaya qaz ixracını 2 mlrd. kubmetrə çatdıracaq"
"Qazprom" rəhbəri Aleksey Miller belə bir nəticəyə gəlib
Həvva Məmmədova yenə deputat olmaq istəyir
O, 122 saylı Xankəndi seçki dairəsindən namizədliyini irəli sürəcək
"Ermənistan təşvişə düşüb"
Səməd Seyidov: "Məsələnin BMT müstəvisinə çıxarılması ilə bağlı Ermənistanda ciddi narahatlıq var"
Piter Semnebi sentyabrın 5-də Azərbaycana gələcək
Qonaq hakimiyyətlə məsləhətləşmələr aparacaq, siyasi partiya təmsilçiləri ilə görüşlər keçirəcək
Türkiyə Davudoğlunun timsalında Rusiyaya mesaj verdi
"Azərbaycanın təklənməsinə izn verməyəcəyik"
"Ermənistana səfərimdə heç bir gizli və ya digər niyyət olmayıb"
Dmitri Medvedyev: "Orda imzalanan hərbi müqavilənin Azərbaycan üçün heç bir təhlükəsi yoxdur"
 
spacer
  Copyright (c) 2008 Bütün haqqları qorunur.
Content by azDesign.ws