Prezident təqaüdünə namizədlərin
siyahısı Ağ Evə verilib
Siyahıda 103 abituriyentin adı yer alıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali məktəblərə keçirilən qəbul imtahanlarında ən yüksək bal toplayaraq "Prezident təqaüdü"nə namizəd abituriyentlərin siyahısını Prezident Administrasiyasına təqdim edib.
Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya bildirib ki, siyahıda 103 abituriyentin adı qeyd edilib. Onların 3-ü Naxçıvan Muxtar Respublikasının ən yüksək bal toplayan abituriyentləridir. Qalan 100 abituriyent isə qəbul imtahanlarında hər bir ixtisas qrupu üzrə ən yüksək bal toplayan ilk 25 abituriyentdir.