Menyu
spacer


spacer
spacer
spacer spacer
spacer spacer
Saytda Axtar
Ətraflı axtarış
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer
spacer spacer
spacer spacer
Xəbər qrupuna abunə ol
Abunə ol
spacer
spacer
spacer
spacer
spacer
"Ermənistan təşvişə düşüb"
Səməd Seyidov: "Məsələnin BMT müstəvisinə çıxarılması ilə bağlı Ermənistanda ciddi narahatlıq var"

"Beynəlxalq təşkilatlarda Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı sənədlərin müzakirəyə çıxarılması çox vacib və əhəmiyyətlidir. Ona görə ki, dünya ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzü haqda geniş məlumat əldə edir".
   
   Bu fikirləri açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanın işğal olunmuş ərazilərinə dair məsələnin BMT Baş Assambleyasında müzakirəyə çıxarılmasına münasibət bildirərkən deyib. S.Seyidov qeyd edib ki, əsas məqamlardan biri budur ki, dünya ictimaiyyəti bu məlumatları əldə etdikdən sonra işğal faktına münasibət bildirməlidir. Onun fikrincə, bu məsələnin nüfuzlu beynəlxalq təşkilatlarda müzakirə edilməsi, bunun əsasında hansısa bir sənədin qəbul olunması öz-özlüyündə Dağlıq Qarabağ probleminin həlli istiqamətində görülən işlər üçün çox böyük əhəmiyyət kəsb edir. Komitə sədri artıq Ermənistanın təşvişə düşdüyünü də vurğulayıb: "Çünki BMT müstəvisində müzakirəyə çıxarılan bu məsələ Ermənistanı işğalçı kimi tanıtmaqla yanaşı, Azərbaycanın diplomatik uğurudur. Məsələnin BMT müstəvisinə çıxarılması ilə bağlı Ermənistanda ciddi narahatlıq var. Onlar da çox gözəl başa düşürlər ki, bu sənədin qəbulu işğalçı dövlətin mövqeyini daha da zəiflədəcək. Bütün hallarda, bu sənəd vacibdir, əhəmiyyətlidir və nə qədər çox ölkə Azərbaycanın mövqeyini dəstəkləsə, bir o qədər yaxşıdır".
   
   
Anar
Oxunub: 231
ARXİV
"Azərbaycan Rusiyaya qaz ixracını 2 mlrd. kubmetrə çatdıracaq"
"Qazprom" rəhbəri Aleksey Miller belə bir nəticəyə gəlib
Həvva Məmmədova yenə deputat olmaq istəyir
O, 122 saylı Xankəndi seçki dairəsindən namizədliyini irəli sürəcək
"Ermənistan təşvişə düşüb"
Səməd Seyidov: "Məsələnin BMT müstəvisinə çıxarılması ilə bağlı Ermənistanda ciddi narahatlıq var"
Piter Semnebi sentyabrın 5-də Azərbaycana gələcək
Qonaq hakimiyyətlə məsləhətləşmələr aparacaq, siyasi partiya təmsilçiləri ilə görüşlər keçirəcək
Türkiyə Davudoğlunun timsalında Rusiyaya mesaj verdi
"Azərbaycanın təklənməsinə izn verməyəcəyik"
"Ermənistana səfərimdə heç bir gizli və ya digər niyyət olmayıb"
Dmitri Medvedyev: "Orda imzalanan hərbi müqavilənin Azərbaycan üçün heç bir təhlükəsi yoxdur"
 
spacer
  Copyright (c) 2008 Bütün haqqları qorunur.
Content by azDesign.ws